20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
Yağışdan enerji alan 15 yaşlı ixtiraçı
Tarix: 29-11-2017 14:24 | Bölmə: Digər
Reyhan Camalova: “Dünyanı lərzəyə gətirəcək kəşflər etmək istəyirəm”
Hər bir yaradılışın məqsədi, vəzifəsi olduğuna inanır. Deyir ki, nə külək boşuna əsmir, nə yağış, nə də ildırım məqsədsiz çaxır. Ona görə, ətrafımızda nə görürüksə, hər birindən yeni kəşflər, insanlığa yararlı ixtiralar düzəltmək olar. Sadəcə, məqsədli olmaq, istəmək, araşdırmaq və düşünmək lazımdır.
Müsahibimiz15 yaşlı ixtiraçı Reyhan Camalovadır. Reyhan 9-cu sinifdə oxuyur. Yaşıdları oyuncaqla oynayarkən, 5 yaşından o, kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. Qeyri-adi istedada malik bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, "Nobel” mükafatını qazanmağı qarşısına məqsəd qoyub.
Yağış suyunu enerjiyə çevirən qurğu- Rainergy
Reyhan "Rainergy” layihəsi ilə gündəmə gəlib. Rainergy yağışdan elektrik enerjisi alan cihazdır. Deyir ki, yağış suyu xüsusi filtrlərdən keçdikdən sonra içməli su kimi də istifadə oluna bilər: "Hazırda dünyada alternativ enerji mənbələrindən istifadə geniş yayılıb. Elə sözügedən ”Rainergy”cihazı da alternativ enerji mənbəyi olaraq yağışdan elektrik enerjisi alır, yağışlı bölgələrdə yaşayan insanların enerji tələbatlarını ödəyir. Bu cihazın işləmə prinsipi hidroelektrik stansiyaların işləmə prinsipinə bənzərdir və buradan alınan enerji akkumlyatorda toplanır ki, daha sonra insanlar bu enerjidən ehtiyacları olduqları zaman istifadə etsin. Cihaz küçə lampalarının və reklamların gecələr işıqlandırılmasında da istifadə oluna bilər”.
Müsahibimizin sözlərinə görə, ixtira daha çox yağışlı bölgələr üçün nəzərdə tutulub: "Filipin, İndoneziya həmçinin Hindistanın bəzi bölgələri üçün çox əlverişlidir. Əsas prinsipi yağışdan enerji alınır. Hətta yağış suyu da xüsusi filtirlərlə təmizləndikdən sonra içməli su kimi də istifadə oluna bilər. Hindistanın bəzi bölgələri quraqlıq, bəzi bölgələri isə çox yağışlıdır. Toplanan su daha sonra quraq ərazilərə göndərilə bilər ki, orada insanlar istifadə edə bilsin. "Rainergy” yağış suyunu həm enerjiyə çevirir, həm də təmizləyib içməli su halına gətirə bilir”.

Yağışdan niyə enerji almayaq?!
Reyhan deyir ki, ixtirasını atası ilə birlikdə düşünüb ərsəyə gətirib: "Ailəm mənə çox dəstək olub. Adi kağız parçasından maket düzəltdikdə belə, məni tərfiləyib, özgüvən yaradıblar. Atam həkimdir və elmi araşdırmalarda çox maraqlıdır. Hər dəfə onunla nələrisə müzakirə edir, elmi araşdırmaları izləyir, bununla bağlı filmlərə baxırdıq. Bütün ideyalarımı birinci atama danışır, məsləhətləşirdim. "Rainergy” də belə meydana gəldi. Hazırda dünyada alternativ enerji mənbələrinə ehtiyac çoxalıb. Avropanın bir çox ölkələrində günəş panellərindən, külək enerjisindən çox istifadə edirlər. Günəş, külək, hətta çaylardan da enerji almaq mümkündür. Yağışdan niyə almayaq? Layihəni hazırladıq və müsabiqələrə qatıldıq”.

"Uğur qazanmasan belə, təcrübə qazanacaqsan”
Həmsöhbətimizin sözlərinə görə, startap yarışmalarına baş vurmazdan əvvəl, 10 layihə ətrafında düşünür, birini seçib müraciət edirmiş. Lakin özünün inandığı "Rainergy”ni məsləhətləşdiyi heç bir dostu, müəllimi dəstəkləməyib: "Sinif yoldaşlarım, məsləhətləşdiyim insanlar bu layihəyə inanmırdı. Müzakirə edərkən 10 layihədən elə birinci "Rainergy”ni çıxdaş edirdilər. Amma mən məhz ona inanırdım. Hər dəfə pessimistliyə qapılanda anama zəng vururdum. Anam deyir ki, qızım, əgər inanırsansa, hisslərinin arxasınca get. Ətrafın sənə təsir etməsinə imkan vermə. Öz fikrin, ideyanla hərəkət et. Uğur qazanmasan belə, təcrübə qazanacaqsan. Anamı dinlədim və bu layihə həqiqətən sevildi, uğur qazandı”.

"Tamaşaçıların ən sevimli startapı”
Reyhan həmçinin Climatelaunchpad yarışmasının ən gənc iştirakçısıdır. Deyir ki, bu yarışmaya baş vurduqda qalib olacağına inanmırdı: "Bu layihə dünyanın ən böyük yaşıl biznes ideya müsabiqəsidir. İlk dəfə Azərbaycan bu il müsabiqəyə qatıldı. Bu layihədə iştirak etdim. İki günlük kamp oldu. Burada yeni biliklər, ilkin biznes anlayışlarını öyrəndik. Daha sonra 10 həftəlik təlimlər oldu bu təlimlərdə cihazımızı genişləndirdik. Finalda ingilis dilində gözəl təqdimatımız oldu. "Rainergy” layihəsi Climatelaunchpad-in Azərbaycan finalında "Tamaşaçıların ən sevimli startap” adına layiq görüldü. Orada qazandığım ən böyük nailiyyət təcrübə idi”.
Gənc ixtiraçı deyir ki, "Rainergy”nin prototipi hazırda 22 led lampanı işıqlandırır: "Bu da təqribi 22 watt enerji deməkdir. Biz hazırda bu enerjini çoxaltmağın üzərində işləyirik. Bəzi ölkələrdə enerji həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik”.

"İstedad bütün uşaqlarda var”
Reyhanın anası Ulduz xanım deyir ki, qızı uşaqlıqdan fərqli olub və ailə olaraq da hər zaman ona dəstək olublar: "O, hələ körpəlikdən yaşıdlarından seçilirdi. Hər dəfə mənə deyirlər ki, siz necə tərbiyə edirsiniz ki, uşaq kəşf etməyə, ixtiraya maraqlı olur? İnanın fərqli heç nə etmirik. Hər dəfə cəmiyyətə xeyirli övladlar yetişdirməyi arzulamışam. Övladlarımın cəmiyyətə, insanlığa xeyirli olmasını istəmişəm. Bu, mənim həyat devizim olub. Övladlarımızı da o ruhda tərbiyə etmişik. Valideynlər uşaqda özgüvən yaratmalı və hər zaman onların yanında olduqlarını bildirməlidirlər. Biz Reyhanın özünə inanması üçün hər dəfə onunla söhbətlər aparmışıq. Atasıyla münasibətlərinin dost kimi olması Reyhana bu gün uğur qazandırır. Elmə marağının olmasında da atasının çox böyük dəstəyi olub. Daha sonra özünün çalışqanlığı və şansı ona yol açıb. Bütün uşaqlarda müəyyən istedad var. Sadəcə, valideynlər onu aşkara çıxarmağa dəstək olmalı və övladlarında özgüvən hissini yaratmalıdırlar”.

"Dünyada iz qoymaq istəyirəm”
Gələcək planlarlından danışan gənc ixtiraçı deyir ki, dünyada özündən sonra Lütfizadə kimi iz qoymaq istəyir: "Ən böyük arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır. İnsanlığa xeyri olan biri olmaq istəyirəm”.
Reyhan bu il Qlobal Sahibkarlıq Sammitinə öz ixtirası ilə qatılacaq: "Hazırda layihə Qlobal Sahibkarlıq Sammitinin tərkibində keçiriləcək "GİST catalyst pitch” müsabiqəsində iştirak edir. İctimai səsvermə noyabrın 24-ə qədər keçiriləcək. Qeydiyyatdan keçmiş 66 layihədən 32-si yarımfinala çıxmaq hüququ qazanacaq”.
Qeyd edək ki, sammit noyabrın 28-30 tarixlərində Donald Trampın qızı İvanka Trampın iştirakı ilə Hindistanda Heydərabad şəhərində baş tutacaq. "İlk növbədə qadınlar, tərəqqi hamı üçün” şüarı altında keçiriləcək sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə ediləcək.
Kaspi.az
Baxış sayı: 1 196
Bölməyə aid digər xəbərlər