22:59 / 23-02-2026
Budanov Ukrayna danışıqlarında irəliləyiş olduğunu bildirdi
22:54 / 23-02-2026
Yeddi Ukrayna polisi yaralanıb
22:51 / 23-02-2026
Pilotsuz təyyarə qəzaya uğrayıb və partlayıb
21:15 / 23-02-2026
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Ukraynadakı münaqişəni təşviq etməsi ilə bağlı iddialarını əsassız adlandırıb
20:40 / 23-02-2026
Moskva Şəhər Qüllələrindən birində yanğın baş verib
20:36 / 23-02-2026
Cərimənin gec ödənilməsinə görə cərimələndi
20:33 / 23-02-2026
Kallas Rusiyanın AB-dəki diplomatik nümayəndəliyinin azaldılmasını elan etdi
20:27 / 23-02-2026
Almaniya Merz Pinokkioya zəng edən təqaüdçüyə qarşı istintaqa başlayıb
20:22 / 23-02-2026
"Dodo", kuryerin işdən çıxarılmasına səbəb olan bir itin sığınacağı üçün pul ödəyəcəyinə söz verib
20:13 / 23-02-2026
Tramp Meksikanı narkotik kartellərinə qarşı mübarizəni gücləndirməyə çağırdı
20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:54 / 23-02-2026
Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Culfada seçiciləri ilə növbəti görüşü olub - FOTO
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
14:29 / 23-02-2026
Meksikada futbol matçları narkobaronun qətlindən sonra baş verən iğtişaşlar səbəbindən təxirə salınıb
14:24 / 23-02-2026
"Politico": AB liderlərinin Kiyevə səfəri ləğv edilə bilər
14:20 / 23-02-2026
Meksikada 3000-dən az Rusiya vətəndaşı var
14:12 / 23-02-2026
Kallas Rusiya ordusunun sayının azaldılmasına çağırdı
14:07 / 23-02-2026
Putin naməlum əsgərin məzarına çələng qoydu
14:04 / 23-02-2026
Polşanın keçmiş baş naziri keyfiyyətsiz kömür almaqda şübhəli bilinir
13:59 / 23-02-2026
Yanğında iki nəfər həlak olub
13:54 / 23-02-2026
Polis zərgərlik mağazasından zərgərlik əşyaları oğurlayan naməlum şəxsləri axtarır
23:59 / 22-02-2026
Olimpiya Oyunlarının bağlanış mərasimi İtaliyada başladı
23:56 / 22-02-2026
TRC zabitləri Ukrayna Silahlı Qüvvələrinin zabitini öldürdülər
23:44 / 22-02-2026
Dünyanın ən varlı adamı Elon Mask nadir hallarda özünü xoşbəxt hiss etdiyini etiraf etdi
21:40 / 22-02-2026
WSJ: Keçmiş Şahzadə Endryu Epsteinə məxfi məlumatların sızması ilə bağlı dindirilib
21:33 / 22-02-2026
Kiyevdə gecə ərzində üçüncü partlayış baş verib
21:30 / 22-02-2026
Yaponiyada "çılpaq festival"da basabasda altı kişi yaralanıb
21:24 / 22-02-2026
Bağdasarov: "Liviya ssenarisi" İran üçün yenidən yazılır"
21:20 / 22-02-2026
İran ABŞ ilə yeni müqavilənin nələri əhatə etməli olduğunu açıqladı
21:09 / 22-02-2026
Antimilli ünsürlər radikal erməni dairələrinin sifarişçisi qismində çıxış edir-Könül Nurullayeva
21:02 / 22-02-2026
Macarıstan Ukraynaya elektrik enerjisi təchizatını kəsməmək qərarına gəlib
20:58 / 22-02-2026
Hava hücumundan müdafiə Moskvaya gedən daha bir pilotsuz təyyarəni məhv etdi
20:54 / 22-02-2026
ABŞ İrandan təslim olmağı gözləyir
20:44 / 22-02-2026
Fırıldaqçılar qripdən sonra sanatoriyalarda pulsuz reabilitasiya təklif etməyə başlayıblar
20:37 / 22-02-2026
Norveç 2026-cı il Olimpiya Oyunlarında medal cədvəlində rekordla qalib gəldi
20:33 / 22-02-2026
Lavrov Avropa nümayəndə heyətlərinin Cenevrədə nə ilə məşğul olduqlarını izah etdi
20:29 / 22-02-2026
İranın xarici işlər naziri Cenevrədə Vitkoffla mümkün görüşü elan etdi
20:22 / 22-02-2026
Qadınlarla seks çəkdirən bloqçu axtarılır
20:17 / 22-02-2026
Kliçko Trampa etibar barədə soruşulduqda tərəddüd etdi
20:12 / 22-02-2026
Filippot: "Makronun Trampdan Tyerri Breton əleyhinə sanksiyaları ləğv etməsini istəməsi rüsvayçılıqdır"
Yağışdan enerji alan 15 yaşlı ixtiraçı
Tarix: 29-11-2017 14:24 | Bölmə: Digər
Reyhan Camalova: “Dünyanı lərzəyə gətirəcək kəşflər etmək istəyirəm”
Hər bir yaradılışın məqsədi, vəzifəsi olduğuna inanır. Deyir ki, nə külək boşuna əsmir, nə yağış, nə də ildırım məqsədsiz çaxır. Ona görə, ətrafımızda nə görürüksə, hər birindən yeni kəşflər, insanlığa yararlı ixtiralar düzəltmək olar. Sadəcə, məqsədli olmaq, istəmək, araşdırmaq və düşünmək lazımdır.
Müsahibimiz15 yaşlı ixtiraçı Reyhan Camalovadır. Reyhan 9-cu sinifdə oxuyur. Yaşıdları oyuncaqla oynayarkən, 5 yaşından o, kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. Qeyri-adi istedada malik bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, "Nobel” mükafatını qazanmağı qarşısına məqsəd qoyub.
Yağış suyunu enerjiyə çevirən qurğu- Rainergy
Reyhan "Rainergy” layihəsi ilə gündəmə gəlib. Rainergy yağışdan elektrik enerjisi alan cihazdır. Deyir ki, yağış suyu xüsusi filtrlərdən keçdikdən sonra içməli su kimi də istifadə oluna bilər: "Hazırda dünyada alternativ enerji mənbələrindən istifadə geniş yayılıb. Elə sözügedən ”Rainergy”cihazı da alternativ enerji mənbəyi olaraq yağışdan elektrik enerjisi alır, yağışlı bölgələrdə yaşayan insanların enerji tələbatlarını ödəyir. Bu cihazın işləmə prinsipi hidroelektrik stansiyaların işləmə prinsipinə bənzərdir və buradan alınan enerji akkumlyatorda toplanır ki, daha sonra insanlar bu enerjidən ehtiyacları olduqları zaman istifadə etsin. Cihaz küçə lampalarının və reklamların gecələr işıqlandırılmasında da istifadə oluna bilər”.
Müsahibimizin sözlərinə görə, ixtira daha çox yağışlı bölgələr üçün nəzərdə tutulub: "Filipin, İndoneziya həmçinin Hindistanın bəzi bölgələri üçün çox əlverişlidir. Əsas prinsipi yağışdan enerji alınır. Hətta yağış suyu da xüsusi filtirlərlə təmizləndikdən sonra içməli su kimi də istifadə oluna bilər. Hindistanın bəzi bölgələri quraqlıq, bəzi bölgələri isə çox yağışlıdır. Toplanan su daha sonra quraq ərazilərə göndərilə bilər ki, orada insanlar istifadə edə bilsin. "Rainergy” yağış suyunu həm enerjiyə çevirir, həm də təmizləyib içməli su halına gətirə bilir”.

Yağışdan niyə enerji almayaq?!
Reyhan deyir ki, ixtirasını atası ilə birlikdə düşünüb ərsəyə gətirib: "Ailəm mənə çox dəstək olub. Adi kağız parçasından maket düzəltdikdə belə, məni tərfiləyib, özgüvən yaradıblar. Atam həkimdir və elmi araşdırmalarda çox maraqlıdır. Hər dəfə onunla nələrisə müzakirə edir, elmi araşdırmaları izləyir, bununla bağlı filmlərə baxırdıq. Bütün ideyalarımı birinci atama danışır, məsləhətləşirdim. "Rainergy” də belə meydana gəldi. Hazırda dünyada alternativ enerji mənbələrinə ehtiyac çoxalıb. Avropanın bir çox ölkələrində günəş panellərindən, külək enerjisindən çox istifadə edirlər. Günəş, külək, hətta çaylardan da enerji almaq mümkündür. Yağışdan niyə almayaq? Layihəni hazırladıq və müsabiqələrə qatıldıq”.

"Uğur qazanmasan belə, təcrübə qazanacaqsan”
Həmsöhbətimizin sözlərinə görə, startap yarışmalarına baş vurmazdan əvvəl, 10 layihə ətrafında düşünür, birini seçib müraciət edirmiş. Lakin özünün inandığı "Rainergy”ni məsləhətləşdiyi heç bir dostu, müəllimi dəstəkləməyib: "Sinif yoldaşlarım, məsləhətləşdiyim insanlar bu layihəyə inanmırdı. Müzakirə edərkən 10 layihədən elə birinci "Rainergy”ni çıxdaş edirdilər. Amma mən məhz ona inanırdım. Hər dəfə pessimistliyə qapılanda anama zəng vururdum. Anam deyir ki, qızım, əgər inanırsansa, hisslərinin arxasınca get. Ətrafın sənə təsir etməsinə imkan vermə. Öz fikrin, ideyanla hərəkət et. Uğur qazanmasan belə, təcrübə qazanacaqsan. Anamı dinlədim və bu layihə həqiqətən sevildi, uğur qazandı”.

"Tamaşaçıların ən sevimli startapı”
Reyhan həmçinin Climatelaunchpad yarışmasının ən gənc iştirakçısıdır. Deyir ki, bu yarışmaya baş vurduqda qalib olacağına inanmırdı: "Bu layihə dünyanın ən böyük yaşıl biznes ideya müsabiqəsidir. İlk dəfə Azərbaycan bu il müsabiqəyə qatıldı. Bu layihədə iştirak etdim. İki günlük kamp oldu. Burada yeni biliklər, ilkin biznes anlayışlarını öyrəndik. Daha sonra 10 həftəlik təlimlər oldu bu təlimlərdə cihazımızı genişləndirdik. Finalda ingilis dilində gözəl təqdimatımız oldu. "Rainergy” layihəsi Climatelaunchpad-in Azərbaycan finalında "Tamaşaçıların ən sevimli startap” adına layiq görüldü. Orada qazandığım ən böyük nailiyyət təcrübə idi”.
Gənc ixtiraçı deyir ki, "Rainergy”nin prototipi hazırda 22 led lampanı işıqlandırır: "Bu da təqribi 22 watt enerji deməkdir. Biz hazırda bu enerjini çoxaltmağın üzərində işləyirik. Bəzi ölkələrdə enerji həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik”.

"İstedad bütün uşaqlarda var”
Reyhanın anası Ulduz xanım deyir ki, qızı uşaqlıqdan fərqli olub və ailə olaraq da hər zaman ona dəstək olublar: "O, hələ körpəlikdən yaşıdlarından seçilirdi. Hər dəfə mənə deyirlər ki, siz necə tərbiyə edirsiniz ki, uşaq kəşf etməyə, ixtiraya maraqlı olur? İnanın fərqli heç nə etmirik. Hər dəfə cəmiyyətə xeyirli övladlar yetişdirməyi arzulamışam. Övladlarımın cəmiyyətə, insanlığa xeyirli olmasını istəmişəm. Bu, mənim həyat devizim olub. Övladlarımızı da o ruhda tərbiyə etmişik. Valideynlər uşaqda özgüvən yaratmalı və hər zaman onların yanında olduqlarını bildirməlidirlər. Biz Reyhanın özünə inanması üçün hər dəfə onunla söhbətlər aparmışıq. Atasıyla münasibətlərinin dost kimi olması Reyhana bu gün uğur qazandırır. Elmə marağının olmasında da atasının çox böyük dəstəyi olub. Daha sonra özünün çalışqanlığı və şansı ona yol açıb. Bütün uşaqlarda müəyyən istedad var. Sadəcə, valideynlər onu aşkara çıxarmağa dəstək olmalı və övladlarında özgüvən hissini yaratmalıdırlar”.

"Dünyada iz qoymaq istəyirəm”
Gələcək planlarlından danışan gənc ixtiraçı deyir ki, dünyada özündən sonra Lütfizadə kimi iz qoymaq istəyir: "Ən böyük arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır. İnsanlığa xeyri olan biri olmaq istəyirəm”.
Reyhan bu il Qlobal Sahibkarlıq Sammitinə öz ixtirası ilə qatılacaq: "Hazırda layihə Qlobal Sahibkarlıq Sammitinin tərkibində keçiriləcək "GİST catalyst pitch” müsabiqəsində iştirak edir. İctimai səsvermə noyabrın 24-ə qədər keçiriləcək. Qeydiyyatdan keçmiş 66 layihədən 32-si yarımfinala çıxmaq hüququ qazanacaq”.
Qeyd edək ki, sammit noyabrın 28-30 tarixlərində Donald Trampın qızı İvanka Trampın iştirakı ilə Hindistanda Heydərabad şəhərində baş tutacaq. "İlk növbədə qadınlar, tərəqqi hamı üçün” şüarı altında keçiriləcək sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə ediləcək.
Kaspi.az
Baxış sayı: 1 078
Bölməyə aid digər xəbərlər