23:58 / 02-01-2026
Vüqar Rəhimzadə: "Yeni ildə yeni hədəflərə, yeni uğurlara doğru…"
23:42 / 02-01-2026
FIS Yeddi Rusiya idmançısına neytral status verdi
23:29 / 02-01-2026
İsrail qüvvələri Livanın cənubunda BMT sülhməramlılarına atəş açıb
23:27 / 02-01-2026
Aktyor və rejissor vəfat edib
23:23 / 02-01-2026
Zelenski Budanov və İvaşçenkonun vəzifələrinə təyin edilməsi ilə bağlı fərmanlar imzaladı
22:42 / 02-01-2026
Meksikada baş verən zəlzələ 12 nəfərin yaralanmasına səbəb olub
22:39 / 02-01-2026
Qazanın təzyiqi aşağı düşməsi nəticəsində bir kişi ölüb
22:36 / 02-01-2026
WSJ: Odessa yarımblokada altındadır
22:27 / 02-01-2026
Tramp: "Ağ Ev həkimləri mənim səhhətimin əla olduğunu bildirirlər"
22:23 / 02-01-2026
Qayıqla ponton körpüsünün toqquşması nəticəsində üç nəfər ölüb
22:19 / 02-01-2026
Səkkiz ölkənin xarici işlər nazirləri Qəzzaya humanitar yardımın daxil olmasına imkan vermək üçün Rəfəh keçidinin açılmasını tələb etdilər
22:16 / 02-01-2026
Zelenski Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri vəzifəsinə Oleq İvaşenkonu təyin etdi
22:11 / 02-01-2026
Parisdə bir quldur Janna d'Arkın heykəlindən qılınc oğurlayıb
22:08 / 02-01-2026
Maya Sandu səkkiz rusiyalıya Moldova vətəndaşlığı verib
22:04 / 02-01-2026
ABŞ Polşadakı hərbi bazalarının inkişafına 500 milyon dollar sərmayə qoyacaq
22:01 / 02-01-2026
Məktəb yanğını ikinci gündür ki, davam edir
21:57 / 02-01-2026
İş adamı Sakuler:"Avstriya iqtisadiyyatı Rusiya ixracının itirilməsi səbəbindən əziyyət çəkir"
17:40 / 02-01-2026
Ərdoğan Ukrayna münaqişəsinin həllini Trampla müzakirə edəcək
17:38 / 02-01-2026
Belçika Kibertəhlükəsizlik Mərkəzinin direktoru De Bruyker: "Avropa interneti itirib"
17:34 / 02-01-2026
ABŞ Dövlət Departamenti amerikalıları dərhal Rusiyanı tərk etməyə çağırıb
17:31 / 02-01-2026
Budanov Zelenskinin təklifi ilə Ukrayna Prezident Aparatına rəhbərlik edəcək
17:29 / 02-01-2026
İran Xarici İşlər Nazirliyi: İran daxili məsələlərin həllində xarici müdaxiləyə icazə verməyəcək
22:59 / 01-01-2026
Qabon Afrika Millətlər Kubokundakı uğursuzluqdan sonra milli futbol komandasını buraxdı
22:56 / 01-01-2026
Şepp: "Alman şirkətlərinin yalnız 4%-i sanksiyaların sərtləşdirilməsi səbəbindən Rusiyanı tərk etməyə hazırdır"
20:05 / 01-01-2026
WSJ: Trampın qocalma əlamətləri müşahidə olunur
20:02 / 01-01-2026
Lavrov: "Moskva Rusiyanın sədrliyi fonunda KTMT tərəfdaşlarının dəstəyinə əmindir"
19:59 / 01-01-2026
6 yaşlı oğlanın əlində fişəng partladı
19:55 / 01-01-2026
Analitik Orsini: "Zelenskinin təslim olması yaxılaşır"
19:52 / 01-01-2026
Medvedçuk: "Zelenski Putinin iqamətgahına edilən hücumdan özünü təmizə çıxara bilməyəcək"
17:49 / 01-01-2026
Minlərlə sərnişin Yeni ili qatarlarda qeyd etdi
17:46 / 01-01-2026
Əlverişsiz hava şəraiti səbəbindən 15 yaşayış məntəqəsi elektriksiz qalıb
17:43 / 01-01-2026
Xorlidə baş verən terror aktının qurbanlarından biri Cankoy Mərkəzi Rayon Xəstəxanasında reanimasiyadadır
17:39 / 01-01-2026
"Çelsi" Futbol Klubu baş məşqçi Enzo Mareskanı istefaya göndərib
15:54 / 01-01-2026
Vergi səhvi IRS kompüterini sıradan çıxardı
15:50 / 01-01-2026
Saldo: "Ukrayna Silahlı Qüvvələrinin kafe və otelə dron hücumundan sonra yanğın altı saatdan çox vaxta söndürülüb"
15:46 / 01-01-2026
Şiddətli hava şəraiti səbəbindən təxminən 43.000 insan elektriksiz qalıb
15:40 / 01-01-2026
Ukrayna Silahlı Qüvvələri 10 hədəf hücumu həyata keçirib
15:37 / 01-01-2026
24 nəfərin öldüyü yanan kafenin fotosunu yayımladı
15:35 / 01-01-2026
Ukraynaya daha iki "Patriot" hava hücumundan müdafiə sistemi gəldi
Əli Həsənov: “Təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur”
Tarix: 20-11-2017 23:44 | Bölmə: ---
Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilir.
AZƏRTAC xəbər verir ki, Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.
Forumun “Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan ilk panelində toplantı haqqında məlumat verən moderator, Beynəlxalq və Avropa məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, Ukraynada rezident əlaqələndiricisi, səfir Fransis Martin O’DONEL tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. O, separatizmin müasir dünyanın ən aktual problemlərindən biri olduğunu vurğulayaraq bir çox ölkələrin bu problemdən əziyyət çəkdiyini qeyd edib. F.O’donel Azərbaycanın da separatizmdən əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizin bu mövzu ilə bağlı mövqeyini ifadə etmək üçün sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verib.
Azərbaycan Prezidentinin köməkçisi Əli HƏSƏNOV Forumda çıxış edib.
Forumun müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunduğunu vurğulayan Əli Həsənov deyib ki, tədbirdə beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur.
Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biri olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi bildirib ki, hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşayiət olunur.
“Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir”, - deyə Əli Həsənov əlavə edib.
Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğasının meydana gəldiyini deyən Prezidentin köməkçisi deyib ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır. Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda, etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər.
Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətinin etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına əngəl törətdiyinin təəssüf doğurduğunu deyən Əli Həsənov bildirib ki, bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həlli üçün səylərini artırmalıdır.
“Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işğalçılıq siyasəti aparmağa başladı. Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdi. Ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuşdur. Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma “Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir”, - deyə Əli Həsənov vurğulayıb.
Prezidentin köməkçisi deyib ki, Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir.
Millətçilik və etnomədəni terrorizmlə bağlı məsələlər dini inancların, milli mədəniyyətlərin yanaşı yaşaması və etnik müxtəlifliyin təmin olunmasının perspektivləri haqqında daha ətraflı fikirləşməyi tələb edir. Təəssüf ki, bu məsələyə münasibətdə bəzən xoşagəlməz yanaşmalar da özünü göstərir. Hesab olunur ki, guya mədəniyyətlərarası dialoq və yaxud etnik müxtəliflik milli kimliyə xələl gətirən dağıdıcı proseslərə səbəb ola bilər, etnik qruplar və miqrantlar isə məskunlaşdıqları ölkələrdə ictimai-siyasi və kulturoloji xarakterli problemlər yaradar. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bəşəriyyətin mütərəqqi inkişafını sivilizasiyalararası dialoqsuz və etnik müxtəliflik olmadan təsəvvür etmək çox çətindir. Ona görə də həm sivil dünyada, həm də onun bir parçası olan Azərbaycanda bu gün mədəniyyətlərarası dialoq və etnik müxtəliflik cəmiyyətin sabit və dayanıqlı inkişafını təmin edən mühüm şərtlərdən biri kimi qiymətləndirilir.
Çıxışına davam edən Əli Həsənov vurğulayıb ki, mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilib. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycan ilə Avropa İttifaqının geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Avropa İttifaqı tərəfindən dəstəklənır.
2007-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi “Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində mühüm addımlardan biri olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) kimi layihələr Avropa İttifaqının lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib. Xəzər hövzəsi və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının istiqamətləri barədə fikirlərini davam etdirən Prezidentin köməkçisi deyib: “Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə “Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. Əminik ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaqdır. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Avropa İttifaqının müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Hesab edirik ki, Avropa İttifaqının işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm amillərdən biri ola bilər.
Forumun işinə uğurlar arzulayan Əli Həsənov çıxışını aşağıdakı fikirlərlə başa çatdırıb: “Çıxışımın sonunda bildirmək istərdim ki, milli-etnik qarşıdurmaların, dini dözümsüzlüyün, qaçqın və miqrant problemlərinin aradan qaldırılması, insanların sivil dinc yanaşı şəraitdə yaşamaları üçün mədəniyyətlərarası dialoqun və etnik müxtəlifliyin imkanlarından istifadə etmək zəruridir. Bununla yanaşı, daim nəzərə alınmalıdır ki, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində ən mühüm vasitələrdən biri də dövlətlərarası siyasi, sosial-iqtisadi, mədəni və elmi-texnoloji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir”.
Tədbirdə ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyillərin aradan qaldırılması yolları müzakirə olunub.
Forum çərçivəsində erməni separatizmindən bəhs edən videofilm təqdim olunub.
Baxış sayı: 365
Bölməyə aid digər xəbərlər
Tarix: 20-11-2017 23:44 | Bölmə: ---
Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilir.AZƏRTAC xəbər verir ki, Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.