Bütün xəbərlər
Qaradağda şəhidimizin xatirəsi anıldı - Foto
Tarix: 06-10-2021 19:47 | Bölmə: Sosial

                      Qaradağda şəhidimizin xatirəsi anıldı


Qədirov Şahin Bayram oğlunun şəhid olduğu gündən bir il keçir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısının, Milli Məclisin Deputatlarının, YAP Qaradağ rayon təşkilatı sədrinin, Qaradağ Rayon İcra Hakimiyyəti aparatının vəzifəli şəxslərinin və ictimaiyyət nümayəndələrinin  iştirakı ilə şəhidin məzarı ziyarət edilib, üzərinə çələng və gül dəstələri qoyulub.
Daha sonra şəhidin Qaradağ  rayonu, Çeyildağ qəsəbəsində təşkil edilmiş il mərasimində iştirak edilib.
Qeyd edək ki, Qədirov Şahin Bayram oğlu  1990-cı il yanvar ayının 3-də Bakı şəhəri Qaradağ rayonu, Çeyildağ qəsəbəsində  anadan olub. Ailəli idi. Bir oğlan övladı var.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlılarının giziri olan Qədirov Şahin Bayram oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Qədirov Şahin Bayram oğlu  oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonu Sanqaçal qəsəbəsi, Sofihəmid məzarlığında dəfin olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Qədirov Şahin Bayram oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.




Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər