Bütün xəbərlər
Emin Əmrullayev türkiyəli alimi prorektor təyin etdi
Tarix: 06-05-2021 21:38 | Bölmə: Sosial

                      Emin Əmrullayev türkiyəli alimi prorektor təyin etdi


Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Prof.Dr. Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru təyin olunub.
Çetin Elmas 1993-1995-ci illərdə Türkiyənin Qazi Universitetində dosent köməkçisi, 1995-2001-ci illərdə dosent vəzifələrini icra edib. 2001-ci ildən indiyə kimi Qazi Universitetinin Texnologiya fakültəsinin Elektrik elektronika mühəndisliyi kafedrasının professorudur.
Layihələrin idarə olunması və süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas Türkiyə Layihə İdarəetmə Assosiasiyası prezidentidir.  O, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının layihələrin idarə edilməsində süni intellekt üzrə xüsusi qrupunun qlobal rəhbəridir.
O, Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidentidir.


Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər