20:18 / 23-11-2026
Keçmiş məmurun 1,5 milyard rubl dəyərində əmlakı müsadirə edilib
20:12 / 23-11-2026
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
20:08 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
20:02 / 23-11-2026
Özəl uşaq bağçasında uşaqlar xəstələndi, cinayət işi açıldı
19:59 / 23-11-2026
Yunanıstanın Baş naziri Mitsotakis təqaüdçülərə dövlət müavinətləri ilə birlikdə nəvələrinə GTA oyunu almağı məsləhət gördü
19:53 / 23-11-2026
Tramp Jensen Huang-ın Nvidia şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını dəstəklədi
19:49 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı sərhəd keçid məntəqələrinin bağlanmasının nəticələri barədə xəbərdar etdi
19:43 / 23-11-2026
Musiqi prodüserinin cəsədi Moskva binasının pəncərələrinin altında tapılıb
19:40 / 23-11-2026
Milyonçular üçün mütərəqqi vergi şkalasının dəyişdirilməsini təklif etdi
19:18 / 23-11-2026
Xalq artisti və qızı cərimələri ödəmədiyinə görə cərimələniblər
19:15 / 23-11-2026
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
19:12 / 23-11-2026
Millətlər üzrə Federal Agentlikdə axtarışlar aparılıb
19:04 / 23-11-2026
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
18:59 / 23-11-2026
Ermənistan yeni konstitusiya layihəsindən Ararat dağının təsvirini çıxarıb
18:55 / 23-11-2026
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
18:48 / 23-11-2026
İlham Əliyev Trampa təşəkkür etdi
18:39 / 23-11-2026
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
18:31 / 23-11-2026
Millət vəkili vətəndaşlarla görüş keçirib
16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
XALQA XİDMƏT AMALI- 22 iyul Milli Mətbuat Günüdür
Tarix: 21-07-2020 02:34 | Bölmə: Sosial

145 illik inkişaf tarixi olan Azərbaycan milli mətbuatının amalı xalqın inkişafına xidmət amalı olub.
Azərbaycan xalqının çoxəsrlik inkişafına zənginlik qatan, ona yeni istiqamət verən, demokratik fikir, milli məfkurə və istiqlaliyyət düşüncəsi bəxş edən məhz 145 illik mövcudiyyəti olan milli mətbuatımızdır. Milli kimliyimizi bizə başa salan, milli oyanış və inkişafımıza səbəbkar olan maarif və mətbuat yolunda böyük mücadilə açan milli ziyalılarımız misilsiz və əvəzolunmaz xidmətlər göstəriblər. “Əkinçi” ətrafında xidmət göstərən ziyalı babalarımızın zəhmət və sevgilə əkdikləri demokratik fikir, milli inkişaf və oyanış düşüncəsi sonrakı nəsillərin – “Şərqi-rus”, “Kaspi”, “Füyuzat”, “Molla Nəsrəddin” və b. mətbuat orqanlarının yaranması ilə daha da böyük inkişaf yolu keçdi və ilk rəsmi dövlət qəzeti olan “Azərbaycan”la nəticələndi. Söz azadlığı demokratik inkişaf və ümumi ictimai tərəqqi deməkdir. Bu mənada xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Azərbaycan mətbuatı tarixi boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır” . Doğrudan da, Azərbaycanın maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan ilk azərbaycandilli mətbuat orqanı “Əkinçi”nin işıq üzü görməsi milli Azərbaycan mətbuatının doğuluşu idi.
Böyük mücahid və fikir adamı, söz və fikir zadəganı Həsən bəy Zərdabinin ciddi səyləri və maarifpərvər dostlarının köməkliyi iləərsəyə gələn “Əkinçi” qəzeti özdoğuluşu ilə əslində müsəlman aləmində görünməmiş bir mədəni hadisəyə yol açdı. Bu yolda o qədər maarifpərvər insanlar əziyyət, əzab çəkmişdilər ki, onun müqabilindəHəsən bəy Zərdabinin tale payına düşmüş “Əkinçi” qəzetinin dərci həqiqi mənada ölçüyəgəlməz bir nailiyyət idi. Bu səylərin nəticəsində 1875-ci il iyul ayının 22-də “Əkinçi”nin birinci nömrəsi öz oxucularını salamladı. Bu hadisədən ən çox sevinc duyan, bəlkə də eləHəsən bəy Zərdabi özü idi. Zərdabinin həyat yoldaşı yazacaqdı: “Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O, çox həyəcanlı birhalda evə gəldi. Bu gün onun həyatının xoşbəxt bir günü idi”. Deyildiyi kimi, nəinki bu qəzetin nəşri Zərdabini, demək olar, bütün maarifpərvər ziyalıları fərəhləndirdi, hətta “qəzet bütün Rusiyada olan müsəlmanları hərəkətə gətirdi”. Qəzetin ilk nömrəsi iki sütuna ayrılmış səkkiz səhifədən ibarət bir həcmdə idi. Qəzetin “Daxiliyyə” adlı məramnaməsi hesab edilən baş məqaləsində bu mətbuat orqanının fəaliyyət dairəsi, istiqaməti, xətti-hərəkəti proqram şəklində müəyyənləşdirilir, qəzetin vəzifə və məqsədləri göstərilirdi. Bundan başqa qəzetin “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri” şöbələrində heyvandarlıq və əkinçiliyə dair maarifləndirici materiallar öz əksini tapırdı. “Təzə xəbərlər” adlı şöbədə isə sayca çox, həcmcə yığcam siyasət, məhkəmə, ticarət, tibbi məsələlərə dair oxunaqlı yazılar işıq üzü görürdü. Qəzetin maraqlı çıxmasında dövrün tərəqqipərvər ziyalıları – S.Ə.Şirvani, N.Vəzirov, M.F.Axundov, Ə.Gorani, M.Dərbəndi, Əhsənül-Qəvaid yaxından iştirak edirdi. Həmçinin qəzetin yayılmasında dövrün ziyalıları çox maraqlı idilər. “Əkinçi” öz mötəbər heyəti ilə dövrün bütün çatışmazlıqlarını ifşa edir, “ifrat adətlərə görə pıçıltını eşitməyən yuxulu insanları qamçı iləoyatmağa” cəhd edir, mədəni geriliyi, avamlığı, fərdiyyətçiliyi tənqid atəşinə tutur, habelə maarifçiyazılarla çıxış edirdilər. Bununla da, “Əkinçi” qəzeti “...Sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış qılıncına bənzəyirdi.Bu qılıncla Həsən bəy avamlıq və cəhalətin qara pərdələrini yırtmaq, xalqına işıq yolu açmaq arzusunda bulunurdu”.
Millət yolunda xidməti özü üçün amala çevirən qəzet bütün var-qüvvəsi ilə xalqın maariflənməsi, demokratik inkişafı, ana dilinə bağlılıq və sair məsələlər uğrunda mücadilə aparırdı. Bu mübarizə çox çəkmədi. Gerilik tərəfdarları və siyasi düşmənlər xalqın maarifçi qəzeti olan “Əkinçi”nin 1879-cu ilin sentyabrında bağlanmasına nail oldular. Ancaq bununla belə bu qəzetöz ikiillik fəaliyyəti, idealları, müqəddəs vəzifələri ilə özündən sonrakı nəsillərə örnək və miras oldu. Bu yolu davam etdirən maarifpərvər insanlar ilk milli mətbu orqanımızın davamçıları “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Kaspi”, “Həyat” “İrşad”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat”və digər mətbuat orqanlarının yaranmasına nail oldular. Beləliklə, Azərbaycanda milli mətbuatçılıq ənənələri yarandı və inkişaf etdi. Demokratik mətbuatın inkişafında bu ənənələri “Molla Nəsrəddin” və “Füyuzat” daha da inkişaf etdirib zənginləşdirdi. Bu inkişafın nəticəsində isə dərin və möhkəm mətbuat ənənələri formalaşdı. “Əkinçi”dən “Molla Nəsrəddin”ə, “Molla Nəsrəddin”dən “Azərbaycan”a mühüm birmətbuat yolu başlandı ki, bu da öz növbəsində Azərbaycanda demokratik dəyərlərin və ictimai fikrin inkişafı, milli istiqlal təfəkkürünün formalaşması və mədəni dəyişikliklərin başverməsində böyük hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyəti kimi milli demokratik, parlament tipli dövlətin qurulması da məhz milli mətbuatın oyanış və maarifləndirici missiyasının nəticəsi idi.
Fəxarətlə demək olar ki, Azərbaycan milli mətbuatının inkişafında Naxçıvandan olan ziyalılar böyük fəallıq göstərirdilər. M.T.Sidqi, F.Ordubadi, M.Şahtaxtılı, C.Məmmədquluzadə, E.Sultanov, Ə.Qəmgüsar, H.Cavid, M.S.Ordubadi, B.Şahtaxtinski, Q.Şərifzadə, M.Sidqi, Ə.Şərif və daha neçə-neçə Naxçıvan ziyalısı milli mətbuatın pərvazlanmasında öz istedadı və zəhmətlərilə çalışmışdılar. Qətiyyətlə demək olar ki, Azərbaycanda “Əkinçi”dən başlanan milli mətbuat yolu XX əsrin ilk anadilli mətbuat orqanı olan Məhəmmədağa Şahtaxtılının “Şərqi-rus” qəzeti ilə yeni bir inkişafa qədəm qoydu. Bu mətbuat orqanı dövrə və zamana uyğun olaraq Azərbaycan xalqının tarixi taleyi ilə bağlı zəruri və vacib məsələləri böyük cəsarət və hünər göstərərək ictimai müzakirə meydanına çıxardı. İlk dəfə M.Şahtaxtılı həm “Şərqi-rus”un, həm “Kaspi”nin, həm də digər mətbuat orqanlarının səhifələrində Azərbaycan xalqının etnogenezi və adı ilə bağlı olan məsələləri elmi cəhətdən sanballı izahlarla maraq dairəsinə gətirdi. “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı”, “Konstitusiya və müsəlmanlar”, “Türkiyəni necə xilas etməli”, “Müsəlmanlarda məktəb həyatı” kimi məqalələrilə zamanın çağırışlarına cəsarətlə cavab verən bu milli ziyalı çox mühüm məsələləri milli mövqedən həll etməyə cəhd göstərirdi. Şahtaxtılı həm də siyasi publisistikanın əsasını qoymaqla silsilə məqalələrin də ilk nümunələrini ortaya qoydu. Onun əlifba islahatı istiqamətində həyata keçirdiyi tədbirlər, gördüyü işlər, hazırladığı layihələr Azərbaycan xalqının etnogenetik mənşəyi və türk xalqlarının bir-birinə yaxınlaşmağı istiqamətində mühüm əhəmiyyətə malik idi. Onun estafetini təhfil alan Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı da təkcə Azərbaycan coğrafiyasında deyil, bütövlükdə Yaxın Şərq və türk-müsəlman dünyasında mühüm yeniliklərlə dolu bir mətbuat tarixi və ənənəsi yaratdı. İlk gülgü-karikatura jurnalı olan “Molla Nəsrəddin” Azərbaycan xalqını milli ideyalar və ideallar istiqamətində xalqın ruhuna, anlayacağı dilə uyğun hazırlayan mətbuat orqanı olaraq böyük tarix yazdı. İlk rəngli, şəkilli jurnal olan bu mətbuat orqanı bütün geniş xalq kütlələrini “deyib gəlmişdi”. Sadə, anlaşıqlı ana dilində yazan bu mətbuat orqanında bütün kütlələrin sevdiyi Molla Nəsrəddin lətifə ənənələrinə uyğunluq başlıca yazı üslubu seçilmişdi. Ana dili və əlifba məsələsi, qadın azadlığı, insanların hüquq və azadlıqları, maarif, elm və təhsil və b. çoxsaylı məsələlərdə böyük oyanış yaradan “Molla Nəsrəddin” jurnalı istiqlal və oyanış mətbuatı kimi səciyyəyə malik oldu və milli istiqlalın sərkərdəsi adını aldı.
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi:“Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir”. Bu baxımdan Heydər Əliyev milli mətbuatımızın sələfi ilə xələfini, yaradanları ilə davamçılarını əlaqələndirərək müasir cəmiyyətdə söz haqqına və demokratik hüquqlara cavab verən milli mətbuatın formalaşmasına şərait yaratdı. Ümummilli liderimizin səyləri sayəsində jurnalist peşəsi və mətbuatçılıq fəaliyyəti özünün həqiqi mahiyyətini tapdı. Ümummilli liderimiz Heydər Əliyev Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərinə ünvanladığı müraciətində də mətbuat işinin ciddiliyini, onun milli inkişafda olan yerini və rolunu, jurnalist peşəsinin çətinliyini həssas münasibətlə ifadə edərək deyirdi:“Azərbaycan mətbuatı çoxzəngin və şərəfli inkişaf yolu keçmiş, xalqımızın həyatının bütün sahələrinin istək və arzularını daim öz səhifələrində əksetdirmiş, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişdir. ...Bu gün Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Hazırda bütün respublika ərazisini əhatə edən yüzlərlə kütləvi informasiya şəbəkəsi, teleradio şirkətləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir, jurnalistika elmi sürətlə inkişaf edir”. Ümummilli liderin bu diqqətcilliyi və qayğıkeşliyi sayəsində insan haqları və söz azadlığına dayanan Azərbaycan demokratik mətbuatının inkişaf etdirilməsi üçün ölkəmizdə müxtəlif əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı ilə milli demokratik mətbuatın inkişafına buxov olanMətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğv edilməsi böyük nailiyyət idi. Habelə 7 dekabr 1999-cu il tarixdə imzalanmış “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna əsasən Azərbaycanda mətbuat orqanlarının dövlət qeydiyyatı ləğv edilmiş, mətbuat orqanlarının təsis olunması prosedurası xeyli asanlaşdırılmışdır. 2000-ci ilin martında “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi də əhəmiyyətli islahat dəyişiklikləri ilə müşaiyət edilmişdi. 2002-ci ilin mayın 11-də ulu öndərin imzaladığı “Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” fərman KİV və milli mətbuatın inkişaf etdirilməsi və dünyəvi dəyərlərlə yenidən qurulması istiqamətində ən əhəmiyyətli tarixi sənədlərdən biri hesab edilməlidir. Bütün bunlar isə Azərbaycanda ulu öndər Heydər Əliyevlə müəyyənləşmiş milli siyasətin qarşısında milli mətbuatı inkişaf etdirmək, onu beynəlxalq tələblərə uyğun formalaşdırmaq məqsədi dayadığını aydın təzahür etdirir. Bu gün bu konsepsiya böyük siyasətçinin layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bu məqsədlə də “Hər bir demokratik cəmiyyətin formalaşmasında, güclənməsində mətbuat mühüm rol oynayır. Artıq Azərbaycandamüstəqil mətbuat formalaşıbdır. Bu, cəmiyyətin inkişafı üçün çox lazımdır”, - deyən Prezident İlham Əliyev mətbuat nümayəndələrinin maddi rifahı və sosial həyat şəraitini yaxşılaşdırmaq məqsədilə çoxsaylı işlər həyata keçirmiş, medianın qayğıkeş dostu kimi yadda qalmışdır. Media sahəsində aparılan ardıcıl islahatlar, göstərilən dəstəklər və müəyyənləşdirilən vəzifələr Azərbaycan mediasının daha da müasir tələblər saviyyəsində inkişafı və fəailəyyətinə yön vermişdir. KİV-də ana dilinin saflığının və dövlət dili tələblərinin qorunması haqqındakı qərarlar da müdrik dövlət başçısının islahatçı və milli mənafeli mövqeyindən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafıhəmişə diqqət mərkəzində olub. Həmişə dövlət qayğısı ilə əhatələnən mətbuat orqanları muxtar respublikada həyata keçirilən yenilənmə və quruculuq tədbirlərini, aparıcı hadisələri və sair informasiyaya çevirməklə ictimaiyyətə çatdırır. Naxçıvanda mətbuatın atası və ağsaqqalı “Şərq qapısı” qəzeti hesab olunur. 1921-ci ildən nəşrinə başlanılan “Şərq qapısı” qəzetinin milli mətbuat tələbləri çərçivəsində inkişafı da məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtilə yeganə mətbuat orqanı olan bu qəzetin ənənələrini davam etdirmənin nəticəsi olaraq müasir dövrümüzdə Naxçıvanda artıq kifayət qədər mətbuat orqanı fəaliyyət göstərməkdədir. İndi Naxçıvan Muxtar Respublikasının hər bir inzibati rayonunun fəaliyyət göstərən müstəqil mətbuat orqanı vardır. Bu mətbuat orqanları muxtar respublika mətbuatının inkişafına daha da rəng qatır, muxtar respublikanı əhatə edən ictimai, siyasi, mədəni və sair informasiyaların əhatəli emal olunmasına öz faydalarını verirlər.
Mətbuat orqanlarının inkişafına daim qayğı göstərilən muxtar respublikada bütün mətbuat orqanlarının redaksiyası yeni tələblər əsasında qurulmuş, jurnalistlərin fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədilə rahat, müasir iş şəraitləri yaradılmış, lazımi avadanlıq və müasir informasiya vasitələri ilə təmin edilmişlər. Yerli mətbuat orqanlarının çap keyfiyyətinin də səviyyəsi dəfələrlə qaldırılmış, günün tələbləri səviyyəsində zənginləşdirilmişdir. İndi rəngli çap edilən mətbuat orqanları öz keyfiyyətlərinə görə daha çox minnətdarlıq hissi doğurur. Bütün bunlara nail olmaq üçün “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin də fəaliyyət mexanizmi tamamilə yenidən qurulmuş, ən müasir avadanlıqlarla təmin edilərək poliqrafiya işinin keyfiyyətinin günün tələblərinə qovuşmasına nail olunmuşdur. Muxtar respublikamızda fəaliyyət göstərən “Şərq qapısı”, “Nuh yurdu”, “Yeni həyat”, “Oğuz yurdu”, “Arazın səsi”, “Şərurun səsi”, habelə NDU-nun “Yeni fikir” və başqa mətbuat orqanları muxtar respublikamızın gündəlik həyatının aydınlıq tutulan üzüdür. Hazırda Nuhçıxan İnformasiya Agentliyi və Naxçıvanxəbərləri informasiya saytları da Naxçıvanla bağlı informasiya paylaşımında fəal yer tuturlar. Sürətli, çevik və geniş miqyasda informasiya mübadiləsində xəbər saytlarının rolu daha böyükdür. Təsadüfi deyil ki, informasiya texnologiyalarının inkişafını nəzərə alan “Şərq qapısı” qəzetinin də elektron portalı fəaliyyət göstərməkdə, izləyicilərə ləyaqətlə xidmət göstərməkdədir.
Beləliklə, mətbuat milli inkişafımızın başlıca güc mənbəyidir. Hər zaman xalqın və dövlətin yanında olan mətbuat inkişafa güc qatmaq məqsədilə milli maraqlardan çıxış edərək əskilməz enerjisi ilə çalışmaqda, fəaliyyət göstərməkdədir. Bu gün xalqla dövlət birliyi çərçivəsində Azərbaycanın bir məqsədi demokratik, şəffaf mətbuat, mediadırsa, mətbuatın da məqsədi güclü, müstəqil Azərbaycandır! Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının imzaladığı sərəncamda da deyildiyi kimi:“Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 683
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:12
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
Bu gün, 18:39
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
Bu gün, 18:31
Millət vəkili vətəndaşlarla görüş keçirib
Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb