Bütün xəbərlər
Nazirlik: Bakıda tozun miqdarı daha da artıb və hazırda normadan 37 faiz yuxarıdır
Tarix: 19-04-2018 12:30 | Bölmə: Sosial


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprelin 19-u saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarı olduğu qeydə alınıb.



Baxış sayı: 844


Bölməyə aid digər xəbərlər