21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
19:41 / 07-10-2026
Rusiya səs girişindən istifadə edərək dron dəstəsini idarə etmək üçün bir sistem hazırlayıb
19:36 / 07-10-2026
Lavrov bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini başa düşür
20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
Pedaqogika üzrə fəlsəfə doktoru Nazilə Abdullazadə : Soykökünə bağlı olan müəllim kadrları hazırlamaq bu gün təhsil sisteminin qarşısında duran vacib vəzifədir
Tarix: 20-11-2019 13:00 | Bölmə: Sosial
“Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyibacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır. Bilik pilləkəni ilə yorulmadan və qətiyyətlə yuxarı qalxmaq gərəkdir, tələbəlik həyatının hər günü bu pilləkənin bir pilləsi olmalıdır. Getdikcə zənginləşən bilik xəzinəsindən, geniş elmi məlumat axınından baş çıxarmağı öyrənməlisiniz, bir sözlə, sabahkı günün mürəkkəb məsələlərinihəll edə bilən yaxşı mütəxəssis olmalısınız”. Heydər Əliyev
Bütün dövrlərdə hər bir xalqı, dövləti düşündürən ən mühüm məsələ təhsil və onun keyfiyyəti məsələsi olmuşdur. Tarix boyu müxtəlif cür yanaşılan bu məsələdə müəllim hazırlığı, müəllimin öz peşəsinə münasibəti, cəmiyyətin arzuladığı kamil insan yetişdirmək bəşəriyyətin tərəqqipərvər qüvvələrinin amalı olub.
İstər cəmiyyət, istərsə də ayrı-ayrı şəxslər, mütəfəkkirlər cəmiyyətin gələcəyinin müəllimdən həlledici dərəcədə asılı olduğunu bilmiş, müəllimə, müəllim peşəsinə, onun hazırlığına olduqca böyük önəm vermiş və ondan buna layiq olmağı tələb etmişlər. Sokrat müəllimi şama bənzətmiş, XIII əsr filosof və pedaqoqu N.Tusi müəllimin peşə professioqramını müəyyənləşdirmiş, “Adabül-mütəəlimin” əsərində bu şərəfli və çətin peşə sahibinin davranış normaları, təşkilatçılıq qabiliyyəti, əxlaq və mərifəti haqqında bu günümüzlə səsləşən bir-birindən qiymətli fikirlər söyləmişdir. Mustafa Kamal Atatürk müəllimlik sənətini ən yüksək qiymətə layiq olan bir peşə, bəşəriyyəti xilas edən yeganə qüvvə adlandırmışdır. Ulu öndər Heydər Əliyev müəllimlərini həmişə minnətdarlıqla xatırlamış, onlar haqqında ürəkdolusu danışmışdır. “Mən müəllimdən yüksək ad tanımıram” deyən ümummilli lidermüəllim kadrlarının hazırlanmasına xüusi fikir vermiş, bəşəriyyətin gələcəyinin müəllimdən asılı olduğunu dəfələrlə vurğulamışdır.
Müəllim hazırlığı cəmiyyətin tərəqqipərvər qüvvələrini düşündürməklə bərabər, dövlətin və xeyriyyə cəmiyyətlərinin də diqqət mərkəzində olub. Hələ XX əsrin əvvəllərində Azərbaycan müəllimlərinin I və II qurultaylarının işində müəllim hazırlığı məsələləri gündəmdə olmuş, II qurultay layihəsində milli dərsliklərin tərtibi, vahid tədris metodunun hazırlanması, kənd müəllimlərinin həyat şəraitinin yaxşılaşdırılması, Azərbaycanda xüsusi müəllim seminariyasının təşkil ediməsi, qadın təhsilinin inkişaf etdirilməsi kimi məsələlər məhz müəllim hazırlığının təkmilləşdirilməsinə yönəlmişdi. “...Müəllim hazırlığı məsələsi dövrün ən zəruri məsələlərindən biri olduğu üçün bu işdə xeyriyyə cəmiyyətləri xeyli xeyirxah fəaliyyət göstərirdi. Məsələn, bu cəmiyyətlərin köməyi, yardımı ilə Gəncədə “Mədrəseyi-ruhani”, Şəkidə “Vətən məktəbi”, Bakıda “Darülmüəllimin” və Tağıyevin təşəbbüsü ilə qız məktəblərinin açılması müəllim kadrlarının hazırlanmasında böyük əhəmiyyət kəsb etdi”.
2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda deyilir: “Müəllim amili təhsilalanın öyrədilməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən çox asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur” .
Dövlətin təhsil siyasətinin prioritetlərindən biri kimi müəllim hazırlığı həm nəzəriyyəçiləri, həm də praktikləri eyni qaydada narahat edir. İbtidai, orta, orta peşə-ixtisas, ali təhsil sistemi iki özülün – öyrədənlərin və öyrənənlərin maraqları üzərində qurulub. Tərəflərdən birində olan çatışmazlıqlar nəticə olaraq digərinin fəaliyyətində özünü göstərir.
Azərbaycan təhsil sistemində Milli Kurikulum çərçivə sənədinin tətbiqi son vaxtlar “müasir müəllim”,“müasir dərs”, “müasir tələblər”, “müasir təlim metodları” ifadələrini, demək olar ki, bütün tədqiqatçılarla rastlaşdırır. “Müasir müəllim kimdir və o necə olmalıdır? Onu “ənənəvi” müəllimdən fərqləndirən keyfiyyətlər hansılardır?”, “Yeni təhsil sistemində müasir müəllim hazırlığıhansı istiqamətlər üzrə aparılmalıdır? sualları ilk növbədə müəllim peşəsinə münasibəti gündəmə gətirir.
Kurikulumla bağlı innovasiya prosesləri istər MİQ-ə qəbul, istərsə də pedaqoji fəaliyyət dövründə müəllimin üzərinə əvvəlkilərdən fərqli rollar qoyur; ali təhsildən sonrakı fəaliyyətlərində zəngin müəllim peşəkarlığı nümayiş etdirmələri üçün onlara müvafiq surətdə təhsil verilməli, yalnız nəzəri deyil, praktik bacarıq və vərdişlərin mənimsənilməsinə şərait yaradılmalıdır. İlk növbədə:
Bu gün respublikada müxtəlif fənlərin tədrisini həyata keçirə biləcək pedaqoji kadr − müəllim hazırlığı peşəkar kompetensiyalara əsaslanır və ölkənin bir neçə ali təhsil müəssisəsində həyata keçirilir: ADPU, BSU, ADU, BDU, NDU, “Odlar Yurdu” Universiteti, Qızlar Universiteti, SDU, NMİ, “Naxçvan” Universiteti ilə yanaşı, pedaqoji kollecləri də nəzərə alarıqsa, ümumilikdə 12 dövlət, 10 özəl ali məktəbdə hər il cəmiyyətin tələblərinə uyğun minlərlə yeni formatlı müəllim − diplomlu gənc pedaqoji fəaliyyətə hazırlanır. Ali pedaqoji unversitetlərdə müəlim hazırlığı özündə bir sıra amilləri ümumiləşdirir:
XXI əsrin müəllimi yalnız nəzəri biliklər, praktik təcrübə ilə ilə silahlanmalı, etik ünsiyyətvə yüksək davranış normaları nümayiş etdirməlidir. Bu gün müəllim hazırlığı təkcə tədris etdiyi fənni bilməklə kifayətlənmir, müasir müəllim standartları və məzmun xətlərini əzbərləməklə müəllim olmur. Ali məktəblərdə pedaqoji təhsilin məzmunu milli-mənəvi, estetik, intellektual,qloballaşan dünya ilə ayaqlaşa bilənkadr hazırlığına xidmət etməlidir. Hansı fənni tədris etməsindən, hansı ali məktəbin məzunu olmasından asılı olmayaraq, müəllim ilk növbədə dövlətçilik ieologiyasına, azərbaycançılıq konsepsiyasına, mental dəyərlərə sadiq biri olmalıdır. Yalnız bundan sonra digər məsələlərdən danışmaq olar.
Prioritet olaraq, kadr hazırlığında müəllimin pedaqoji ustalığı qeyd edilməlidir . Pedaqoji ustalıq deyəndə ali pedaqoji təhsil yaxud hər hansı bir fənni incəliklərinə qədər bilmək başa düşülmür. Müəllim nə qədər savadlı, bilikli olsa da, pedaqoji ustalıq olmadan uğur qazana bilməz. Pedaqoji ustalıq ilk əvvəl müəllimin davranışında, üzünün ifadəsində, geymində, imicində, səs tonunda, diksiyasında, hadisələrə münasibətində özünü göstərməlidir.Müəllim mənəvi aləminin zənginliyini hər bir hərəkəti, hər bir sözü ilə nümayiş etdirməlidir.
Nitq mədəniyyəti, ana dilinin gözəlliyini qorumaq, onun imkanlarından yerində istifadə etmək müəllim hazırlığında əsas tələblərdən biri kimi qoyulmalıdır. İxtisasından asılı olmayaraq, hər bir fənn müəllimi nitqin etik normalarına ciddi əməl etməlidir. Diskussiya mədəniyyəti, nitq etiketləri, jest və mimikalar müəllimin peşə etikasınınvə nitqinin başlıca şərtlərindən sayılır. Ş.Qurbanov, İ.Şıxlı, X.R.Ulutürk, C.Xəndanı bir müəllim kimi sevdirən ik növbədə onların nitqləri, danışıqları ilə auditoriyanı özlərinə cəlb edə bilmək qabiliyyəti, zəngin, maraqlı mühazirələri olub.
Ü.Hacıbəyov yazırdı: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşaqların tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar.... Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahiazəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəsbii-ruzi vasitəsi axtarsın” .
“Müəllim − sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri, habelə mənəvi keyfiyyətləri təhsilalanlara məqsədyönlü, planlı və mütəşəkkil qaydada aşılamaq yolu ilə cəmiyyətin inkişafına təkan verən pedaqoji təhsilli mütəxəssisdir. Müəllim − geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən insandır. Müəllim − özünün mənimsədiyi, yiyələndiyi bilikləri, bacarıqları, əldə etdiyi, qazandığı təcrübəni, həyatı dərk etməsi və ona münasibətini digərlərinə ötürən şəxsdir. Müəllim − özünün mənimsədiyi, yiyələndiyi bilikləri, bacarıqları, həyatı dərk etməsi və ona münasibəti ilə bağlı qazandığı təcrübəni digərlərinə öyrədən şəxsdir”.Nəhayət, müəllim – bir örnək və nümunədir.
Qeyd edilənlərə baxmayaraq, son illərdə müəlllim nüfuzunun tərbiyəedici təsiri azalmaqdadır. Bunun obyektiv səbəbi kimi yeni təhsil sistemi müəllim hazırlığında rast gəlinən problemlərdir ki, bunlara nəzəri biliklərin mənisənilməsi faizinin təcrübi biliklərdən və peşəkarlıq vərdişlərindən üstün tutulması, müəllimin sosial statusunun aşağı düşməsi, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi mexanizminin təkmlləşdirilməməsi, son illər müəllimin peşə mədəniyyətinin aşağı düşməsi və hər il hazırlanan və işlə təmin olunan müəllimlərin sayı arasında kəskin fərqin mövcudluğunu qeyd etmək olar. Belə çıxır ki, ölkədə müəllim hazırlığına ayrılan vəsait nəticədə səmərəsiz istifadə olunur.
Cəmiyyətdə bütövlükdə məktəbə münasibətin dəyişməsi, müxtəlif sosial şəbəkələrin və informasiya texnologiyalarının bolluğu, tərbiyənin millilik çərçivəsindən çıxıb “avropalaşma” məzmununa daha çox meyil etməsi, ictimai şüur zəminində fərdi baxış tərzinin dəyişməsi, medianın və mətbuatın müəllimi gündəmdə saxlaması, nəhayət, müəllimin qayğısı, problemi olan bir insan kimi düşüncələrdən hələ də uzaq tutulması müəllim şəxsiyyətinin və adınınkeçmiş statusunu qorumaqda problemlər yaradır.
Azərbaycan təhsil sistemində müəllim ləyaqətini hər şeydən uca tutan, seçdiyi sənətə ürəkdən bağlı olan müəllimlərlə yanaşı, elmi-pedaqoji yeniliklərdən xəbərsiz, öz üzərində çalışmayan, pedqoji etikadan və milli dəyərlərdən uzaq müəllimlərimiz də az deyil. Bunun bir səbəbi yaşlı nəslin öz ənənələrinə “sadiqliyi” kimi – yenini qəbul edə bilməməsi ilə əlaqədardırsa, ikinci və başlıca səbəb müəllim peşəsinə təsadüfi gəlişdir. Bu gün orta məktəbi bitirən hər kəs ali təhsil almaq istəyir,hamı da hüquqşünas, həkim, vəkil, iqtisadçı olmaq stəyir. Bu istək “əlçatmaz” olduqda ixtisas seçimi müəllimliyin üzərində dayanır, hüquqşünas yarıkönül tarix ya ədəbiyyat müəlimi, həkim olmaq arzusu kimya-biologiya müəllimi, iqtsadçı coğrafiya müəllimi, “ayağını yorğanına görə uzadanlar” isə ən uzağı idman müəllimliyinə seçim edir.
Müəllimlik peşəsi davamlı, dəyişən və dinamik bir peşədir. Cəmiyyət ən qiymətli sərvətləri – uşağı, arzuları, ümidlərini müəllimə etibar edir. Cəmiyyətdə olan dəyişikliklər insanın həyat tərzinə, baxışlarına, yaşamına təsir etdiyi kimi, necə öyrənməyinə və öyrətməyinə də təsir edir. Dünyaya inteqrasiyalı, yüksək mədəniyyətli bir cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən biri etməyə güçü çatan, milli-mənəvi dəyərlərə bağlı və onları qoruyan, inkişaf etdirən, ailəsini, millətini, vətənini dərindən sevən, soykökünə bağlı olan müəllim kadrları hazırlamaq bu gün təhsil sisteminin qarşısında duran vacib vəzifədir.
Baxış sayı: 1 330
Bölməyə aid digər xəbərlər
Tarix: 20-11-2019 13:00 | Bölmə: Sosial
“Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyibacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır. Bilik pilləkəni ilə yorulmadan və qətiyyətlə yuxarı qalxmaq gərəkdir, tələbəlik həyatının hər günü bu pilləkənin bir pilləsi olmalıdır. Getdikcə zənginləşən bilik xəzinəsindən, geniş elmi məlumat axınından baş çıxarmağı öyrənməlisiniz, bir sözlə, sabahkı günün mürəkkəb məsələlərinihəll edə bilən yaxşı mütəxəssis olmalısınız”. Heydər ƏliyevBütün dövrlərdə hər bir xalqı, dövləti düşündürən ən mühüm məsələ təhsil və onun keyfiyyəti məsələsi olmuşdur. Tarix boyu müxtəlif cür yanaşılan bu məsələdə müəllim hazırlığı, müəllimin öz peşəsinə münasibəti, cəmiyyətin arzuladığı kamil insan yetişdirmək bəşəriyyətin tərəqqipərvər qüvvələrinin amalı olub.
İstər cəmiyyət, istərsə də ayrı-ayrı şəxslər, mütəfəkkirlər cəmiyyətin gələcəyinin müəllimdən həlledici dərəcədə asılı olduğunu bilmiş, müəllimə, müəllim peşəsinə, onun hazırlığına olduqca böyük önəm vermiş və ondan buna layiq olmağı tələb etmişlər. Sokrat müəllimi şama bənzətmiş, XIII əsr filosof və pedaqoqu N.Tusi müəllimin peşə professioqramını müəyyənləşdirmiş, “Adabül-mütəəlimin” əsərində bu şərəfli və çətin peşə sahibinin davranış normaları, təşkilatçılıq qabiliyyəti, əxlaq və mərifəti haqqında bu günümüzlə səsləşən bir-birindən qiymətli fikirlər söyləmişdir. Mustafa Kamal Atatürk müəllimlik sənətini ən yüksək qiymətə layiq olan bir peşə, bəşəriyyəti xilas edən yeganə qüvvə adlandırmışdır. Ulu öndər Heydər Əliyev müəllimlərini həmişə minnətdarlıqla xatırlamış, onlar haqqında ürəkdolusu danışmışdır. “Mən müəllimdən yüksək ad tanımıram” deyən ümummilli lidermüəllim kadrlarının hazırlanmasına xüusi fikir vermiş, bəşəriyyətin gələcəyinin müəllimdən asılı olduğunu dəfələrlə vurğulamışdır.
Müəllim hazırlığı cəmiyyətin tərəqqipərvər qüvvələrini düşündürməklə bərabər, dövlətin və xeyriyyə cəmiyyətlərinin də diqqət mərkəzində olub. Hələ XX əsrin əvvəllərində Azərbaycan müəllimlərinin I və II qurultaylarının işində müəllim hazırlığı məsələləri gündəmdə olmuş, II qurultay layihəsində milli dərsliklərin tərtibi, vahid tədris metodunun hazırlanması, kənd müəllimlərinin həyat şəraitinin yaxşılaşdırılması, Azərbaycanda xüsusi müəllim seminariyasının təşkil ediməsi, qadın təhsilinin inkişaf etdirilməsi kimi məsələlər məhz müəllim hazırlığının təkmilləşdirilməsinə yönəlmişdi. “...Müəllim hazırlığı məsələsi dövrün ən zəruri məsələlərindən biri olduğu üçün bu işdə xeyriyyə cəmiyyətləri xeyli xeyirxah fəaliyyət göstərirdi. Məsələn, bu cəmiyyətlərin köməyi, yardımı ilə Gəncədə “Mədrəseyi-ruhani”, Şəkidə “Vətən məktəbi”, Bakıda “Darülmüəllimin” və Tağıyevin təşəbbüsü ilə qız məktəblərinin açılması müəllim kadrlarının hazırlanmasında böyük əhəmiyyət kəsb etdi”.
2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda deyilir: “Müəllim amili təhsilalanın öyrədilməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən çox asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur” .
Dövlətin təhsil siyasətinin prioritetlərindən biri kimi müəllim hazırlığı həm nəzəriyyəçiləri, həm də praktikləri eyni qaydada narahat edir. İbtidai, orta, orta peşə-ixtisas, ali təhsil sistemi iki özülün – öyrədənlərin və öyrənənlərin maraqları üzərində qurulub. Tərəflərdən birində olan çatışmazlıqlar nəticə olaraq digərinin fəaliyyətində özünü göstərir.
Azərbaycan təhsil sistemində Milli Kurikulum çərçivə sənədinin tətbiqi son vaxtlar “müasir müəllim”,“müasir dərs”, “müasir tələblər”, “müasir təlim metodları” ifadələrini, demək olar ki, bütün tədqiqatçılarla rastlaşdırır. “Müasir müəllim kimdir və o necə olmalıdır? Onu “ənənəvi” müəllimdən fərqləndirən keyfiyyətlər hansılardır?”, “Yeni təhsil sistemində müasir müəllim hazırlığıhansı istiqamətlər üzrə aparılmalıdır? sualları ilk növbədə müəllim peşəsinə münasibəti gündəmə gətirir.
Kurikulumla bağlı innovasiya prosesləri istər MİQ-ə qəbul, istərsə də pedaqoji fəaliyyət dövründə müəllimin üzərinə əvvəlkilərdən fərqli rollar qoyur; ali təhsildən sonrakı fəaliyyətlərində zəngin müəllim peşəkarlığı nümayiş etdirmələri üçün onlara müvafiq surətdə təhsil verilməli, yalnız nəzəri deyil, praktik bacarıq və vərdişlərin mənimsənilməsinə şərait yaradılmalıdır. İlk növbədə:
- müəllim hazırlayan tərəf müasir təlim metodlarını önə çəkməklə innovativ və proaktiv mövqeyə keçməli;
- tədris prosesi gözlənilən təlim növlərinə uyğun təşkil edilməli;
- müəllim hazırlığı ali təhsili bitirməklə tamamlanmamalı, peşəkar inkişaf zamanla genişləndirilən fəaliyyətə çevrilməli, daimi təlim üçün şərait yaradılmalı;
- müəllim hazırlığı proqramları tədris və təlim prinsiplərinə uyğun yenilənməli, praktik vərdişlərin möhkəmləndirilməsi məqsədilə pedaqoji təcrübə sistematik olaraq (ilk tədris ilindən passiv və aktiv) keçirilməli;
- müəllimliyə yeni başlayan gənclər öz peşə karyeralarının başlanğıcında innovativ təlim təcrübəsini stimullaşdıran vasitələrlə dəstəklənməli (belə ki, pedaqoji fəaliyyətə təzə başlayanlar məktəbdə konservativliyə meyilli yaşlı nəslin təcrübəsini təqlid edir);
- beynəlxalq təcrübəyə əsaslanaraq internatura sisteminə keçilməlidir.
Bu gün respublikada müxtəlif fənlərin tədrisini həyata keçirə biləcək pedaqoji kadr − müəllim hazırlığı peşəkar kompetensiyalara əsaslanır və ölkənin bir neçə ali təhsil müəssisəsində həyata keçirilir: ADPU, BSU, ADU, BDU, NDU, “Odlar Yurdu” Universiteti, Qızlar Universiteti, SDU, NMİ, “Naxçvan” Universiteti ilə yanaşı, pedaqoji kollecləri də nəzərə alarıqsa, ümumilikdə 12 dövlət, 10 özəl ali məktəbdə hər il cəmiyyətin tələblərinə uyğun minlərlə yeni formatlı müəllim − diplomlu gənc pedaqoji fəaliyyətə hazırlanır. Ali pedaqoji unversitetlərdə müəlim hazırlığı özündə bir sıra amilləri ümumiləşdirir:
- Təhslin məzmununda şəsiyyətyönümlülüyün təmin edilməsi;
- İnnovativ metodlardan və yeni təlim texnologiyalarından istifadə edə bilmək vərdişlərinə yiyələnmək;
- Təlimin diferensiallaşdırılması;
- Müəllim nüfuzunun həmişə və hər yerdə uca tutulmasına çalışılması.
XXI əsrin müəllimi yalnız nəzəri biliklər, praktik təcrübə ilə ilə silahlanmalı, etik ünsiyyətvə yüksək davranış normaları nümayiş etdirməlidir. Bu gün müəllim hazırlığı təkcə tədris etdiyi fənni bilməklə kifayətlənmir, müasir müəllim standartları və məzmun xətlərini əzbərləməklə müəllim olmur. Ali məktəblərdə pedaqoji təhsilin məzmunu milli-mənəvi, estetik, intellektual,qloballaşan dünya ilə ayaqlaşa bilənkadr hazırlığına xidmət etməlidir. Hansı fənni tədris etməsindən, hansı ali məktəbin məzunu olmasından asılı olmayaraq, müəllim ilk növbədə dövlətçilik ieologiyasına, azərbaycançılıq konsepsiyasına, mental dəyərlərə sadiq biri olmalıdır. Yalnız bundan sonra digər məsələlərdən danışmaq olar.
Prioritet olaraq, kadr hazırlığında müəllimin pedaqoji ustalığı qeyd edilməlidir . Pedaqoji ustalıq deyəndə ali pedaqoji təhsil yaxud hər hansı bir fənni incəliklərinə qədər bilmək başa düşülmür. Müəllim nə qədər savadlı, bilikli olsa da, pedaqoji ustalıq olmadan uğur qazana bilməz. Pedaqoji ustalıq ilk əvvəl müəllimin davranışında, üzünün ifadəsində, geymində, imicində, səs tonunda, diksiyasında, hadisələrə münasibətində özünü göstərməlidir.Müəllim mənəvi aləminin zənginliyini hər bir hərəkəti, hər bir sözü ilə nümayiş etdirməlidir.
Nitq mədəniyyəti, ana dilinin gözəlliyini qorumaq, onun imkanlarından yerində istifadə etmək müəllim hazırlığında əsas tələblərdən biri kimi qoyulmalıdır. İxtisasından asılı olmayaraq, hər bir fənn müəllimi nitqin etik normalarına ciddi əməl etməlidir. Diskussiya mədəniyyəti, nitq etiketləri, jest və mimikalar müəllimin peşə etikasınınvə nitqinin başlıca şərtlərindən sayılır. Ş.Qurbanov, İ.Şıxlı, X.R.Ulutürk, C.Xəndanı bir müəllim kimi sevdirən ik növbədə onların nitqləri, danışıqları ilə auditoriyanı özlərinə cəlb edə bilmək qabiliyyəti, zəngin, maraqlı mühazirələri olub.
Ü.Hacıbəyov yazırdı: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşaqların tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar.... Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahiazəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəsbii-ruzi vasitəsi axtarsın” .
“Müəllim − sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri, habelə mənəvi keyfiyyətləri təhsilalanlara məqsədyönlü, planlı və mütəşəkkil qaydada aşılamaq yolu ilə cəmiyyətin inkişafına təkan verən pedaqoji təhsilli mütəxəssisdir. Müəllim − geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən insandır. Müəllim − özünün mənimsədiyi, yiyələndiyi bilikləri, bacarıqları, əldə etdiyi, qazandığı təcrübəni, həyatı dərk etməsi və ona münasibətini digərlərinə ötürən şəxsdir. Müəllim − özünün mənimsədiyi, yiyələndiyi bilikləri, bacarıqları, həyatı dərk etməsi və ona münasibəti ilə bağlı qazandığı təcrübəni digərlərinə öyrədən şəxsdir”.Nəhayət, müəllim – bir örnək və nümunədir.
Qeyd edilənlərə baxmayaraq, son illərdə müəlllim nüfuzunun tərbiyəedici təsiri azalmaqdadır. Bunun obyektiv səbəbi kimi yeni təhsil sistemi müəllim hazırlığında rast gəlinən problemlərdir ki, bunlara nəzəri biliklərin mənisənilməsi faizinin təcrübi biliklərdən və peşəkarlıq vərdişlərindən üstün tutulması, müəllimin sosial statusunun aşağı düşməsi, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi mexanizminin təkmlləşdirilməməsi, son illər müəllimin peşə mədəniyyətinin aşağı düşməsi və hər il hazırlanan və işlə təmin olunan müəllimlərin sayı arasında kəskin fərqin mövcudluğunu qeyd etmək olar. Belə çıxır ki, ölkədə müəllim hazırlığına ayrılan vəsait nəticədə səmərəsiz istifadə olunur.
Cəmiyyətdə bütövlükdə məktəbə münasibətin dəyişməsi, müxtəlif sosial şəbəkələrin və informasiya texnologiyalarının bolluğu, tərbiyənin millilik çərçivəsindən çıxıb “avropalaşma” məzmununa daha çox meyil etməsi, ictimai şüur zəminində fərdi baxış tərzinin dəyişməsi, medianın və mətbuatın müəllimi gündəmdə saxlaması, nəhayət, müəllimin qayğısı, problemi olan bir insan kimi düşüncələrdən hələ də uzaq tutulması müəllim şəxsiyyətinin və adınınkeçmiş statusunu qorumaqda problemlər yaradır.
Azərbaycan təhsil sistemində müəllim ləyaqətini hər şeydən uca tutan, seçdiyi sənətə ürəkdən bağlı olan müəllimlərlə yanaşı, elmi-pedaqoji yeniliklərdən xəbərsiz, öz üzərində çalışmayan, pedqoji etikadan və milli dəyərlərdən uzaq müəllimlərimiz də az deyil. Bunun bir səbəbi yaşlı nəslin öz ənənələrinə “sadiqliyi” kimi – yenini qəbul edə bilməməsi ilə əlaqədardırsa, ikinci və başlıca səbəb müəllim peşəsinə təsadüfi gəlişdir. Bu gün orta məktəbi bitirən hər kəs ali təhsil almaq istəyir,hamı da hüquqşünas, həkim, vəkil, iqtisadçı olmaq stəyir. Bu istək “əlçatmaz” olduqda ixtisas seçimi müəllimliyin üzərində dayanır, hüquqşünas yarıkönül tarix ya ədəbiyyat müəlimi, həkim olmaq arzusu kimya-biologiya müəllimi, iqtsadçı coğrafiya müəllimi, “ayağını yorğanına görə uzadanlar” isə ən uzağı idman müəllimliyinə seçim edir.
Müəllimlik peşəsi davamlı, dəyişən və dinamik bir peşədir. Cəmiyyət ən qiymətli sərvətləri – uşağı, arzuları, ümidlərini müəllimə etibar edir. Cəmiyyətdə olan dəyişikliklər insanın həyat tərzinə, baxışlarına, yaşamına təsir etdiyi kimi, necə öyrənməyinə və öyrətməyinə də təsir edir. Dünyaya inteqrasiyalı, yüksək mədəniyyətli bir cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən biri etməyə güçü çatan, milli-mənəvi dəyərlərə bağlı və onları qoruyan, inkişaf etdirən, ailəsini, millətini, vətənini dərindən sevən, soykökünə bağlı olan müəllim kadrları hazırlamaq bu gün təhsil sisteminin qarşısında duran vacib vəzifədir.
Baxış sayı: 1 330
Bölməyə aid digər xəbərlər
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi













