Bütün xəbərlər
36 yaşlı qadın ABŞ-da yaşamaq icazəsini gizlətdiyinə görə mühakimə olunacaq
Tarix: 17-01-2025 15:48 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,   Çelyabinskdə yerli sakin xarici ölkədə yaşamaq icazəsi olduğunu gizlətdiyinə görə mühakimə olunacaq. 

Rusiya Federasiyasının Çelyabinsk vilayəti üzrə İstintaq Komitəsindən bildirilib ki, 36 yaşlı rusiyalı qadına qarşı cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqın məlumatına görə, Rusiya Federasiyasının Çelyabinsk şəhərində daimi qeydiyyatı və yaşayış yeri olan vətəndaşı 5 iyun 2024-cü il tarixində 2034-cü ilə qədər ABŞ-da yaşamaq icazəsi alıb. Rusiya qanunvericiliyinə uyğun olaraq, o, bu barədə səlahiyyətli orqana bildiriş təqdim etməli idi.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk vilayəti üzrə əməkdaşları cinayətin üstünü açıblar. İttiham aktının mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim edilməsi üçün kifayət qədər sübutlar toplanıb.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər