Bütün xəbərlər
Peskov: "Danışıqların nəticələri qanuni nümayəndələr tərəfindən qeydə alınmalıdır"
Tarix: 14-06-2024 22:50 | Bölmə: Siyasət

Vladimir Zelenskinin Ukrayna prezidenti kimi legitimliyinin olmaması Moskva və Kiyev arasında sülh danışıqlarının başlanmasına maneə deyil. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, əsas odur ki, bu danışıqların nəticələri qanuni nümayəndələr tərəfindən qeydə alınır.
"Ukraynada belə nümayəndələr var", - Kreml sözçüsü bildirib.
Peskov xatırladıb ki, daha əvvəl prezident Ukraynada hazırda qanuni hökumət nümayəndələrinin olduğunu açıq şəkildə bildirmişdi.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər