Bütün xəbərlər
Borrell “uyğun olmayan” açıqlama verib
Tarix: 14-11-2023 16:52 | Bölmə: Siyasət

Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin Azərbaycanın Ermənistanda “sabitliyin pozulmasına” nail olmağa çalışması barədə bəyanatı Bakıda qəbuledilməz və qeyri-adekvat kimi qiymətləndirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi onları Avropa İttifaqının “qərəz və ikili standartlarının” parlaq nümunəsi adlandırıb. Onlar vurğulayıblar ki, Borrelin bəyanatları regiondakı reallıqları əks etdirmir.
“Bununla yanaşı, ittihamlar... Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdiddir”, - deyə, respublikanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
XİN əlavə edib ki, Aİ-nin xarici siyasət qurumunun Azərbaycan ərazisində separatizmi qızışdırmaq cəhdləri ciddi narahatlıq doğurur.
Borrell dünən Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin hər hansı pozulması qəbuledilməzdir və Azərbaycan üçün “ağır nəticələrə” gətirib çıxaracaq və bununla bağlı Aİ rəsmi Bakıya xəbərdarlıq edib.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər