Bütün xəbərlər
Amerikalılar Suriyadakı hərbi mövcudluğunu azaltmaq niyyətində deyillər
Tarix: 26-03-2023 21:49 | Bölmə: Siyasət


ABŞ Suriyadakı hərbi mövcudluğunu azaltmaq niyyətində deyil.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O qeyd edib ki, hazırda respublika ərazisində minə yaxın amerikalı hərbçi var və onlar əsas vəzifəni - İŞİD-in (Rusiya Federasiyasında qadağan olunub) məhv edilməsini həll edirlər. Kirbi ABŞ əsgərlərinin sayının əvvəlki illərlə müqayisədə azaldığını, lakin hələ də hədəflərə çatmaq üçün kifayət etdiyini vurğulayıb.
Bundan əlavə, o, prezident Co Bayden şəxsi heyətin və bazaların özünün qorunmasını zəruri hesab edərsə, Suriyada iranpərəst qruplara qarşı yeni cavab zərbələri endirəcəyini istisna etməyib, TASS xəbər verir.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər