12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Baş Prokuror işğaldan azad olunmuş ərazilərdə prokurorlara tapşırıqlar verdi
Tarix: 21-09-2022 23:19 | Bölmə: Siyasət

                    Baş Prokuror işğaldan azad olunmuş ərazilərdə prokurorlara tapşırıqlar verdi




Ağdamda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.
Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, əməliyyat müşavirəsində çıxış edən Baş prokuror müxtəlif istiqamətli layihələrin, strateji infrastruktur obyektlərinin açılışının Qarabağ və Şərqi Zəngəzuru yenidən həyata qaytaracaq “Böyük Qayıdış”ın əsasını qoyduğunu qeyd edib.
Müşavirədə bildirilib ki, Prokurorluq orqanları Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olaraq üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı şəraitdə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə zəruri istintaq hərəkətləri həyata keçiriblər.
Müşavirədə işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı prokurorluq orqanlarının Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi bildirilib.
Əməliyyat müşavirəsində prokurorluğun fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi, ölkə başçısının sərəncamı ilə yaradılmış yeni hərbi prokurorluqların qısa zamanda fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Baş prokuror vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülür. Hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmalıdır.









Baxış sayı: 238


Bölməyə aid digər xəbərlər