22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Prezident Putinlə danışdı
Tarix: 01-04-2021 14:37 | Bölmə: Siyasət

                   Prezident Putinlə danışdı


Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyətin ümumiyyətlə sabit olduğunu, atəşkəs rejiminə ciddi şəkildə əməl olunduğunu qeyd ediblər.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı apardı. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edildi. Vəziyyətin ümumiyyətlə sabit olduğu və atəşkəs rejiminə ciddi əməl edildiyi məmnunluqla qeyd edildi”,- deyə açıqlamada vurğulanıb.


Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər