Bütün xəbərlər
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədov Sumqayıtda dəfn olunub -VİDEO+ FOTOLAR
Tarix: 22-05-2024 12:53 | Bölmə: Reportaj
Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Səyavuş Əli oğlunun qalıqları Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

                            
                            
Dəfn mərasimində şəhidin doğmaları, Zəngilan rayonu və Sumqayıt şəhərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zəngilan İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov dəfn mərasimində çıxış edib. O deyib:"Lokal anti-terror tədbiri nəticəsində 23 saat ərzində torpaqlarımız bütövləşdi.Biz Xankəndimizi, Xocalımızı, Əsgəranımızı geri qaytardıq.Bütün bunlara görə şəhidlərimizə, əsgər-zabitlərimizə, qazilərimizə, Müzəffər Ali Baş Komandana, Ulu Öndər Heydər Əliyevə borcluyuq.Otuz il ərzində gördükləri işin nəticəsi çox qısa müddətə həyata keçdi.On il Heydər Əliyevin Azərbaycanda apardığı işlərin nəticəsi,On yeddi il isə Azərbaycan Prezidenti İlham Əliyevin düzgün apardığı daxili, xarici,hərbi siyasət nəticəsində az itkilərlə biz torpaqlarımızı geri qaytardıq".
                              
                             
Lokal anti-terror tədbiri nəticəsində 23 saat ərzində torpaqlarımız bütövləşdi.Biz Xankəndimizi, Xocalımızı, Əsgəranımızı geri qaytardıq.Bütün bunlara görə şəhidlərimizə, əsgər-zabitlərimizə, qazilərimizə, Müzəffər Ali Baş Komandana, Ulu Öndər Heydər Əliyevə borcluyuq.Otuz il ərzində gördükləri işin nəticəsi çox qısa müddətəhəyat keçdi.On il Heydər Əliyevin Azərbaycanda apardığı işlərin nəticəsi,On yeddi il isə Azərbaycan Prezidenti İlham Əliyevin düzgün apardığı daxili, xarici,hərbi siyasət nəticəsində az itkilərlə biz torpaqlarımızı geri qaytardıq.

Qeyd edək ki, Məmmədov Siyavuş Əli oğlu 1973-cü ildə Zəngilan rayonu Havalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində, 1994-cü ildə döyüşlər zamanı itkin düşən Siyavuş Məmmədovun qalıqları aşkarlanıb və kimliyi müəyyən edilib.
Namiq MƏMMƏDLİ

Sabaha-inamla.az
                


Baxış sayı: 475


Bölməyə aid digər xəbərlər