Bütün xəbərlər
“Azərbaycanın uğurlarına şahid olmağımızı şəhidlərə borcluyuq” - Fotolar
Tarix: 27-05-2021 13:22 | Bölmə: Reportaj

                   “Azərbaycanın uğurlarına şahid olmağımızı şəhidlərə borcluyuq”


Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Cavid Ağayevin bioqrafiyasını təqdim edirik.
Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Cavid Mirkalam oğlu Ağayev 1986-cı il iyunun 4-də Şuşa şəhərində anadan olub.
Şuşa şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-cü ildə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildən Bakı şəhəri 299 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.




İki övlad atası olan C.Ağayev Vətən Müharibəsi başlayan kimi könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət edib. Müraciətinə cavab gəlməmiş Tərtər istiqamətinə əsgərlərimizə kömək məqsədilə yollanıb. Təlimlərdə iştirak etdikdən sonra Ağdam istiqamətində gedən döyüşlərə qatılıb.
Vətən Müharibəsində iştirak etməsinə baxmayaraq C.Ağayev bu gün müstəqil Azərbaycanın uğurlarına şahid olmağımızı ilk növbədə şəhidlərə borclu olduğumuzu bildirir.









Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər