Bütün xəbərlər
ADPU-da “İnsan alverinə qarşı mübarizə” adlı görüş keçirilib
Tarix: 15-05-2021 04:45 | Bölmə: Reportaj


Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə onlayn formatda, "Zoom" platforması üzərindən “İnsan alverinə qarşı mübarizə” adlı görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə mövzu ətrafında tələbələrə ətraflı məlumat verib, öz təəssüratlarını, fikirlərini bölüşərək iştirakçıları maraqlandıran sualları cavablandırıb.
70 nəfərədək tələbənin iştirak etdiyi görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, insan alverinin cəmiyyətin çox böyük bəlası olduğu və bu bəlanın cəmiyyəti fəlakətə sürüklədiyi vurğulanıb. Tədbirdə hər bir gəncin cəmiyyətin aktiv üzvü kimi bu tipli məsələlərdə diqqətli davranmalı olduğu vurğulanıb, insan alverindən qorunmaq və qorumaq üçün lazımi məlumatlar paylaşılıb.





Baxış sayı: 372


Bölməyə aid digər xəbərlər