19:51 / 22-12-2025
80-dən çox miqrant basqından sonra polis bölmələrinə göndərilib
19:48 / 22-12-2025
Paşinyan ABŞ ilə "Tramp Marşrutu" ilə bağlı konstruktiv danışıqlar apardığını açıqladı
19:46 / 22-12-2025
NBC, Rubio və Vitkoff arasında Ukrayna ilə bağlı "uzun müddətdir davam edən ixtilaf" barədə məlumat verib
19:43 / 22-12-2025
Keçmiş sevgilisini balta ilə döyən keçmiş nazirə bir il şərti cəza verildi
19:40 / 22-12-2025
Britaniyalı müğənni Kris Ria vəfat edib
18:40 / 22-12-2025
Göldə boğulan təxminən 800 qoyunun cəsədi ətraf mühit üçün heç bir təhlükə yaratmır
18:37 / 22-12-2025
Sasiska üzündən az qala öləcək olan qadına kömək etdilər
18:27 / 22-12-2025
Putin Tacikistan Prezidenti ilə ikitərəfli görüş keçirib
18:24 / 22-12-2025
Futbol məşqçisi və Dövlət Dumasının keçmiş deputatı Qazzayev Dinamo Moskvaya qayıda bilər
18:10 / 22-12-2025
Putin: "Rusiya və Qazaxıstan arasında mübahisəli məsələ yoxdur"
18:03 / 22-12-2025
Putin və Piotrovski Paşinyana Aleksandr Sütununun xüsusiyyətləri barədə məlumat veriblər
18:00 / 22-12-2025
Putin və Tokayev Sankt-Peterburqda ikitərəfli görüş keçiriblər
17:58 / 22-12-2025
Sankt-Peterburq qarnizonunun hərbi prokurorunun müavini Moskvada həbs edilib
17:46 / 22-12-2025
TASS: Tanınmış brendlərin jeleli ətində Staphylococcus aureus və E. coli aşkar edilib
17:37 / 22-12-2025
Lukaşenko: "Belarusda on iki "Oreşnik" raket sistemi olacaq"
00:12 / 22-12-2025
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - Video
00:04 / 22-12-2025
Sabahdan Amnistiya aktının icrası başlanılır
23:59 / 21-12-2025
Misir klinikasında saxlanılan Çelyabinskdən olan turist Yekaterinburqa gəlib
23:53 / 21-12-2025
“Qardaşlığımız əbədidir” sərgisi: İki qardaş ölkənin mədəniyyətinə sənətkar baxışı
23:36 / 21-12-2025
Almaniya kansleri Merz Maqdeburq terror aktının baş verdiyi yerə səfəri zamanı fitə basılıb
23:24 / 21-12-2025
Zelenski Bir neçə Regional Administrasiya rəhbərinin işdən çıxarıldığını elan etdi
22:12 / 21-12-2025
Belarus ilin sonuna qədər bir dəstə "Su-30SM2" təyyarəsi almağı planlaşdırır
22:08 / 21-12-2025
Avtomobil yanıb
20:49 / 21-12-2025
Tokayev: "AİB-ə qarşılıqlı birbaşa investisiyalar 20 milyard dolları keçib"
20:45 / 21-12-2025
Yeniyetmələr 13 yaşlı xəstəyə hücum ediblər
20:40 / 21-12-2025
Putin: "AİB üzvlüyü üzvlərinə əhəmiyyətli dividendlər gətirir"
20:32 / 21-12-2025
Peskov: "Rusiya və ABŞ arasındakı münasibətlər Ukraynadakı nizamlama ilə əlaqələndirilməməlidir"
20:29 / 21-12-2025
Eysmont: "Lukaşenko Putinə hədiyyə olaraq rəsm gətirib"
20:26 / 21-12-2025
Paşinyan Ermənistana yük tranzitinin qarşısını aldığına görə İlham Əliyevə təşəkkür etdi
20:18 / 21-12-2025
Göldən 780 boğulan qoyun çıxarılıb
19:44 / 21-12-2025
Dmitriyev Vitkoff və Kuşner ilə danışıqların ikinci gününə başladı
19:36 / 21-12-2025
"Bloomberg": ABŞ Venesuela sahillərində daha bir neft tankerini ələ keçirib
19:29 / 21-12-2025
Mənzil binasında baş verən yanğında qadın cəsədi tapılıb
19:23 / 21-12-2025
Keçmiş Almaniya naziri mövcud Ukrayna hakimiyyəti ilə sülhün əldə edilə biləcəyinə inanmır
19:19 / 21-12-2025
Polis heyvan ölümlərindən sonra sığınacağı araşdıracaq
19:14 / 21-12-2025
Fiqurlu konkisürən ona zəng edən jurnalisti təhqir edib
19:11 / 21-12-2025
Sərxoş sürücü qızı vurub öldürüb
Azərbaycanlı məşhuru Ağasəlim Çıldaq öldürtdürüb? – “Az yaşayacağını bilirdi
Tarix: 11-01-2018 21:32 | Bölmə: Müsahibə
Onunla bir məktəbdə oxumuş, eyni müəllimlərdən dərs almışıq. O, musiqi ilə məşğul olurdu, mən şeir yazırdım. Düzdür, rəfiqə deyildik, amma aramızda qəribə bir mehribançılıq vardı. Məktəbi bitirən ili onun qoşulub qaçdığını eşitdik. Düzü, çox sarsıldım. Axı uşaq idi, həm də könül verdiyi kişi özündən 23 yaş böyükdü. Qəribədir ki, mən o hadisəni uzun müddət unutmadım. Və hər dəfə məktəb uşaqları ilə rastlaşanda o qaragözlü, kanonu özündən böyük olan həmin qızcığazı soraqladım, amma gördüm deyən olmadı.
O, mənim üçün müsahib deyil. O, mənim illər öncə itirdiyim, həmin o qaragözlü, kanonu özündən böyük olan məktəb yoldaşımdır. O, çox gənc ikən özündən 23 yaş böyük olan bir kişi ilə ailə quran bir qızcığazdır. O, Azərbaycan meyxanasına yeni nəfəs, yeni səs, əsl mədəniyyət gətirən bədiyyə ustadı Nizami Rəmzinin ömür-gün yoldaşıdır.
ARANTV.AZ indiyə qədər susan – Nizami Rəmzinin ilham pərisi olan Sevda Baxşıyevanın yenicag.az-a müsahibəsini təqdim edirik:
Tikanlıqda şərqi deyənlər…
– Mən Asəf Zeynallı adına musiqi məktəbini bitirmişəm. Onda tələbələri təyinatla rayonlara göndərirdilər. III kursda oxuyanda artıq təyinatla bağlı narahatlığım vardı. Bir gün qrup yoldaşım dedi ki, “Meyxana” adlı bir ansambl var, gəl sənin adını ora yazdırım, daha dağa-daşa düşmə. Əvvəl bir xeyli tərəddüd etdim, dedim, mən hara, meyxana hara? Çünki o vaxtlar meyxana ifaçıları elə də ciddi qəbul olunmurdu, meyxana deyənlərə camaat bir qədər başqa cür baxırdı. Başında “kepka”, tində dayanıb, çırtma çalıb, şeir deyənlər bizim üçün “tərbiyəsiz” adamlar idi. Nəsə, axırda razılıq verdim, amma şərt kəsdim ki, mən məşqə-filan gedən deyiləm. Günlərin birində mənə dedilər ki, Respublika Sarayında konsert var, bəs ona hazırlaşmaq üçün məşqlərə gəlmək lazımdır. Çox qəribə idi ki, mən musiqiçi olsam da səhnəni sevmirdim. Xoşlamırdım, hardasa oturum, camaat mənə baxsın, yəni diqqət mərkəzində olmaq mənlik deyildi. Amma bu dəfə konset idi, məşqə getmək mütləqdi. Əlacım kəsildi, getdim. Təsəvvür elə, ansaml oturub, mən də kanonu kökləyib, gözləyirəm ki, indi meyxana deyən kimdisə o adam gələcək. Baxıram ki, kənarda kostyumlu, qalstuklu bir yaraşıqlı kişi əyləşib. O vaxtlar bir film vardı: “Tikanlıqda şərqi deyənlər”. Həmin filmdə bir keşiş vardı, o obraz üçün ölürdüm. Gördüm ki, bu kişi elə bil eynən həmin keşişdir. Özlüyümdə fikirləşirəm ki, yəqin bu adam sarayın direktorudu. Deyirəm, buna bax ey, sarayın direktoru da gəlib, burdadı, bizim meyxana deyən gecikir. Bir xeyli sonra rejissor “başlayırıq” dedi. Və…bir də gördüm ki, həmin o qalstuklu kişi ayağa qalxdı, mikrofonu götürüb, gözəl avazla “Can necə tərk eyləsin, ey can səni”, deyə, oxumağa başladı. Şokda idim. İlk dəfə idi ki, musiqi ilə meyxananın sintezini eşidirdim. Həmin an mənim üçün tinlərdən duyduğum, hətta adını belə ehtiyatla çəkdiyim meyxana dönüb bir sənət nümunəsi oldu və mən bu janra vuruldum. Həmin o qalstuklu kişi isə Azərbaycan meyxanasına yeni bir nəfəs gətirən, “dəmyə meyxananı” musiqi ilə sintez edən Nizami Rəmzi idi. O, meyxanaya savad, mədəniyyət gətirdi. İnsanlarda meyxanaya həvəs, maraq yaratdı.
– Meyxanaya vuruldun, yoxsa Nizami Rəmziyə?
– Elə hər ikisinə.
– Demək, Nizami ilk sevgin olub.
– İlk və son sevgim. Onda mənim 17 , Nizamininsə 40 yaşı vardı.
– 23 yaş az fərq deyildi…
– Mən onunla ailə quranda 19 yaşım vardı. Sən inan, mən böyüdüm, yaşa doldum, amma Nizami qocalmadı. Onun ruhu gənc idi. İnsan nə qədər həyat enerjili olardı. Tamam başqa aləm idi. Əgər bu dünyaya 70 dəfə də gəlsəm, hər dəfə onu seçərdim. O insanı seçməyimə heç vaxt zərrə qədər peşman olmadım. Nizami dağlı balası idi. O qədər qeyrətli, sözübütöv, dəqiq adam idi ki… Heç vaxt kiminsə arxasınca danışdığını eşitmədim. Hətta kimsə küçə qadını barədə danışanda da Nizami onun ağzından vurardı. Deyirdi, o da insandı, xüsusən də qadındı. Çox punktual idi. Əgər “saat 6-da gələcəyəmsə”, deyirdisə, demək, saat 6-da dediyi yerdə idi. İki dəqiqə işləyirdisə, demək, Nizami ölmüşdü.
İnsanlara qarşı münasibətdə də elə idi. Bir də görürdün ki, kimsə gəlirdi, deyirdi filan vaxt toyumdur. Cibində pulu olmurdu, çıxarıb beh əvəzinə üzüyünü qoymaq istəyirdi. Nizami onun əlini geri qaytarırdı. Deyirdi, narahat olma, dediyin gün toyda olacam, beh lazım deyil. Ondan sonra lap kimsə gəlib, Nizamiyə 1 milyon da versəydi, sözündən dönməzdi, dediyi məclisə gedərdi.
Çox əliaçıq insan idi. Bizim qonşuluqda onların qohumu yaşayırdı. Qadının əri ölmüşdü. Nizaminin vəfatından sonra o qadın bayramda xonça tutub, bizə gəldi. Dedi, Nizaminin mənim boynumda o qədər haqqı var ki, ömrüm boyu o haqqı qaytara bilmərəm. Dedi, o hər gün gələndə evinə nə bazarlıq edirdisə, bizə də onu alardı. Əvvəlcə bizim qapını döyüb, verərdi, sonra evinə keçərdi. İnan, Zakirə, mən bunu bilməmişəm.
– Sənə sevgisini necə etiraf etdi?
– Bilirsən, mən necə uşaqlıqdan nağıl həvəskarı idimsə, bütün həyatımı da nağıla çevirdim. Biz onda Xızıya qastrola getmişdik. Elə orda Nizami məndən bir kəlmə soruşdu: “mənimlə qalarsan?” Düşünmədən “hə” dedim. Getdik Siyəzənə, onun xalasıgilə…
– Qoşulub qaçdın?
– Hə. Mən dedim axı tünlük, diqqət mərkəzində olmaq mənlik deyil. Həmişə fikirləşirdim ki, insan necə gəlinlik kürsüsündə oturar, hamı da ona baxar? Mən özümü heç vaxt o yerdə təsəvvür etmirdim. Ona görə də qoşulub qaçdım.
– Sevgi gözünü o qədər örtdü ki, arxada qoyduqlarını düşünmədin belə…
– Hə… Heç kim gözümdə deyildi. Nə anam, nə dayılarım, nə qohum-əqrəba… Məni hamı bağışladı, bircə babamdan başqa. Hətta demişdi ki, öləndə belə meyidimin üstünə buraxmayın. 3 yaşım olanda atam rəhmətə getdi. Babam mənə atalıq etdi. Rəhmətlik məni canı qədər sevirdi. Ona görə də qoşulub qaçmağım ona yaman yer etmişdi.
-Siz ailə quranda Nizami subay idi?
– Hə. Rəsmi olaraq, subay idi. Amma həyatında bir qadın vardı. O qadın Nizamidən 4 övlad doğmuşdu. Nizami ilk dəfə evlənəndə 20 yaşı olub. O evliliyi 2 il sürüb. Həmin nikahdan 2 qızı olub. Sonra başqa bir qadınla evlənib.
– Sən onun ağlının, yoxsa qəlbinin sevgisi idin?
– Nizami deyirdi ki, sən mənə bu dünyanı sevdirdin. Onun hər kəlməsi mənim üçün qanun idi. Hətta sənətimi də ona görə atdım. Kanonum uzun illər bir kənarda qaldı. Hətta bir dəfə dedim ki, bəlkə bunu satım? Dedi, lap kökündən vurmayaq da, axı sən onu sevmisən. Mən də arada ancaq tozunu alırdım. Nizamidən sonra heç o kanonu görmək istəmədim. Ona görə də satdım.
– Heç maraqlanmadın ki, özündən 23 yaş gənc bir qızla ailə qurmağa necə cürət edib? Axı onun da doğmaları, övladları, qohum-əqrəbası vardı.
– Bax, görürsən, o ölüb gedib, amma mən bu sualı heç ona vermədim. İndi deyirsən, məni də maraq bürüyür. Axı o da risk etmişdi. Hərdən düşünürəm ki, insan gənc olanda beyni doğrudan da qanlı olur, heç kimi düşünmür. Bax, bu gün mən o addımı ata bilməzdim. Hətta düşünəndə ki, birdən Seyla da mənim kimi hərəkət edər, qoşulub qaçar, az qalıram havalanım. Öz hərəkətimi indi analiz edəndə fikirləşirəm ki, mən yaxşı övlad olmamışam.
– Bəlkə sən ana, baba xeyir-duası almadın deyə, neçə illər övlad üzünə həsrət qaldın?
– Bəlkə də… Düz 4 il gəzmədiyim həkim qalmadı. Sonda yəqin Allahın mənə rəhmi gəldi.
– Dağlı gəlini olmaq hər qızın hünəri deyildi…
– Qaynanam əvvəlcə mənə elə də ciddi baxmırdı. Amma illər sonra dedi ki, indi rahatam, ölsəm gözüm arxada qalmaz. Çünki mənim qaynanam çox təmizkar, vasvası adam idi. Mən də o xasiyyətdə ona bənzəyirdim.
– Seylanın adını kim qoyub?
– Nizami özü… Qızımın adının mənası “axar su” deməkdir. Nizaminin ləqəbi isə oğlunun adıdır. O uşaq körpə ikən tələf olub.
– Neçə il bir yerdə yaşadız?
– 9 il. Seylanın 2 yaşı noyabrda tamam oldu. Yanvarın 19-da Nizami faciəvi şəkildə rəhmətə getdi. Özü də qəribəsi o idi ki, 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə biz Buzovnada, Nizaminin dostu Kəbirgildə idik. Bizi şəhərə gəlməyə qoymadılar. Dedilər, bu gecə qalın, aeroport yolunda atışmadır. Həmin gün biz Buzovnada qaldıq. Düz 7 il sonra, elə həmin aeroport yolunda, elə yanvarın 19-da Nizaminin sürdüyü maşın qəzaya uğradı. Dostu Kəbirlə bir yerdə…
Ovucdan oxunan fal: məşhurluq və qısa ömür
– Bilirəm ki, o günü xatırlamaq səninçün ağırdır.
– Ağır da olsa sənə danışacam. Yanvarın 18-də Maştağaya getmişdik. Nənəmin doğum günü idi. Vəziyyəti ağır idi, biz də onun şərəfinə süfrə açdıq, nənəmi videoya çəkdik ki, yadigar qalsın. Məslisdən sonra Buzovnaya, Kəbirgilə getdik. Biz ümumiyyətlə, Kəbirgilə tez-tez gedirdik. Onlarla birevli kimi idik. Baxmayaraq ki, Nizami ilə Kəbirin arasında çox böyük yaş fərqi vardı, amma onlar sanki əkiz idilər. Nizami onu qardaşlarından ayırmırdı. Yanvarın 19-da durduq. Səhər tezdən Nizami ilə Kəbir maşına oturub, şəhərə getdilər. Dedilər ki, bir-iki işimiz var, həll edib qayıdırıq. O gün onlar həmin yolu bir-iki dəfə gedib-qayıdıblarmış… Nizami dedi ki, gedirik, saat 2-də inşallah, evdəyik. Saat 3-ə işləyəndə mən artıq bildim ki, nəsə baş verib. Saat 3-ün yarısı zəng gəldi, dəstəyi Kəbirin yoldaşı götürdü. Mən ancaq bir söz eşitdim: “avariya”…
Xəstəxanaya necə çatdığımı xatırlamıram. Orda yüzlərlə ağlayan, başını divara çırpan kişini görəndə başa düşdüm ki, daha Nizami yoxdur. Zakirə, elə bil əjdaha idim. Bir dəqiqənin içində qəmbərə döndüm. Və ömrümdə ilk dəfə olaraq hiss etdim ki, dünya mənim başıma necə fırlanır. Dedim, yuyun, sonra da Yasamala, anasının evinə aparın.
Qaynanamgilə necə getdiyim də yadımda deyil. Arvad qutab bişirirdi. Gör mənim üzüm nə rəngdə olub ki, o sifətimə baxan kimi xəmirli əlləri ilə dizinə çırpıb qışqırdı: “Nizami hanı? Balama nəsə olub?”… Mən bircə kəlmə “daha yoxdur” dedim.
Qaynanamın qiyyə çəkməsi ilə həyətə bəlkə də yüzlərlə insanın yığışmağı bir oldu. Onlar hardan çıxdı, mən hələ də anlamıram. Düz 40 gün mənim gözümdən bir damcı yaş da çıxmadı. Və hər dəfə qapı açılanda elə bilirdim ki, Nizami bu dəqiqə içəri girəcək. Bu hiss düz 2 il davam etdi.
– Nizaminin ölümünü hiss etmişdin?
– Nizami az yaşayacağını bilirdi. Danışırdı ki, bunu ona bir qaraçı deyib. Deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan.
Nizaminin qəribə zarafatları vardı. Bir dəfə Kəbir dedi ki, Nizami, Ağasəlim də öləcək, sən də… Mən də olacam meyxananın padşahı. Nizami də qayıtdı ki, Kəbir, narahat olma, mən heç imkan verərəm ki, bu meydan sənə qala? Biz öləndə də bir yerdə olacağıq. Həmin söhbətdən düz 19 gün sonra ikisi də bir maşında öldü.
– Hərçənd mən bu barədə danışmayacaqdım, amma indi ki Ağasəlim Çıldaqdan söz düşdü, soruşmalıyam. Nizaminin ölümündə onu günahlandıranlar, hətta o qəzanı Ağasəlimin təşkil etdiyini deyənlər də oldu.
– Açığı, bunlar hamısı ehtimaldır. Heç kim heç nəyi sübut edə bilmədi. Onda da yollarda kamera-filan yox idi, şahidlər də düz-əməlli heç nə demədilər. Dedilər ki, guya bilərəkdən kimsə onun maşınının qarşısına çıxıb, onu çaşdırıb. Konkret, heç nə araşdırılmadı. Yazdılar, qəzavü-qədərin ayağına…
Qüssədən-qəmdən uzaq ol, diləyir Rəmzi sənə,
Adımı yada sal, göstər öz ülviyyətini…
– Adətən, meyxanaçılara xalq arasında birmənalı baxmırlar. Onlar içki içməsələr, nəşə çəkməsələr təbləri gəlməz, deyirlər. Nizaminin də narkotikdən istifadə etdiyi deyilirdi…
– Sən heç əlində siqaret olmayan şair görmüsən? Şəxsən mən görməmişəm. İndi durum deyim, çəkmirdi, yalan olar. Çəkirdi. Amma bir var narkoman, bir var keyf üçün istifadə… Nizami aludəçi deyildi. Hətta o cür insanları da kişi hesab etmirdi. Onu ancaq qəzəl yazanda bir-iki qullab vuran görərdim. Amma arağı biz evlənəndən bir neçə il sonra tərgitdi.
– Demək, onun ilham mələyi özgə imiş…
– (gülür) O, mənim gözlərimi çox sevirdi. Deyirdi, səndə əsl Azərbaycan qadınının gözləri var. Çox vaxt gecələr yazırdı. Gündüzlər heç əlinə qələm də almazdı. Dostları deyirdi ki, sən Nizamiyə hər şeyi unutdurmuşdun.
– Bəs özü nə deyirdi?
– Deyirdi, mən səndə isti ocağı tapdım. Evin nə olduğunu, evdə yeməyin nə olduğunu, toydan evə tələsməyin nə olduğunu bildim.

Baxış sayı: 1 321
Bölməyə aid digər xəbərlər
Tarix: 11-01-2018 21:32 | Bölmə: Müsahibə
O, mənim üçün müsahib deyil. O, mənim illər öncə itirdiyim, həmin o qaragözlü, kanonu özündən böyük olan məktəb yoldaşımdır. O, çox gənc ikən özündən 23 yaş böyük olan bir kişi ilə ailə quran bir qızcığazdır. O, Azərbaycan meyxanasına yeni nəfəs, yeni səs, əsl mədəniyyət gətirən bədiyyə ustadı Nizami Rəmzinin ömür-gün yoldaşıdır.
ARANTV.AZ indiyə qədər susan – Nizami Rəmzinin ilham pərisi olan Sevda Baxşıyevanın yenicag.az-a müsahibəsini təqdim edirik:
Tikanlıqda şərqi deyənlər…
– Mən Asəf Zeynallı adına musiqi məktəbini bitirmişəm. Onda tələbələri təyinatla rayonlara göndərirdilər. III kursda oxuyanda artıq təyinatla bağlı narahatlığım vardı. Bir gün qrup yoldaşım dedi ki, “Meyxana” adlı bir ansambl var, gəl sənin adını ora yazdırım, daha dağa-daşa düşmə. Əvvəl bir xeyli tərəddüd etdim, dedim, mən hara, meyxana hara? Çünki o vaxtlar meyxana ifaçıları elə də ciddi qəbul olunmurdu, meyxana deyənlərə camaat bir qədər başqa cür baxırdı. Başında “kepka”, tində dayanıb, çırtma çalıb, şeir deyənlər bizim üçün “tərbiyəsiz” adamlar idi. Nəsə, axırda razılıq verdim, amma şərt kəsdim ki, mən məşqə-filan gedən deyiləm. Günlərin birində mənə dedilər ki, Respublika Sarayında konsert var, bəs ona hazırlaşmaq üçün məşqlərə gəlmək lazımdır. Çox qəribə idi ki, mən musiqiçi olsam da səhnəni sevmirdim. Xoşlamırdım, hardasa oturum, camaat mənə baxsın, yəni diqqət mərkəzində olmaq mənlik deyildi. Amma bu dəfə konset idi, məşqə getmək mütləqdi. Əlacım kəsildi, getdim. Təsəvvür elə, ansaml oturub, mən də kanonu kökləyib, gözləyirəm ki, indi meyxana deyən kimdisə o adam gələcək. Baxıram ki, kənarda kostyumlu, qalstuklu bir yaraşıqlı kişi əyləşib. O vaxtlar bir film vardı: “Tikanlıqda şərqi deyənlər”. Həmin filmdə bir keşiş vardı, o obraz üçün ölürdüm. Gördüm ki, bu kişi elə bil eynən həmin keşişdir. Özlüyümdə fikirləşirəm ki, yəqin bu adam sarayın direktorudu. Deyirəm, buna bax ey, sarayın direktoru da gəlib, burdadı, bizim meyxana deyən gecikir. Bir xeyli sonra rejissor “başlayırıq” dedi. Və…bir də gördüm ki, həmin o qalstuklu kişi ayağa qalxdı, mikrofonu götürüb, gözəl avazla “Can necə tərk eyləsin, ey can səni”, deyə, oxumağa başladı. Şokda idim. İlk dəfə idi ki, musiqi ilə meyxananın sintezini eşidirdim. Həmin an mənim üçün tinlərdən duyduğum, hətta adını belə ehtiyatla çəkdiyim meyxana dönüb bir sənət nümunəsi oldu və mən bu janra vuruldum. Həmin o qalstuklu kişi isə Azərbaycan meyxanasına yeni bir nəfəs gətirən, “dəmyə meyxananı” musiqi ilə sintez edən Nizami Rəmzi idi. O, meyxanaya savad, mədəniyyət gətirdi. İnsanlarda meyxanaya həvəs, maraq yaratdı.
– Meyxanaya vuruldun, yoxsa Nizami Rəmziyə?
– Elə hər ikisinə.
– Demək, Nizami ilk sevgin olub.
– İlk və son sevgim. Onda mənim 17 , Nizamininsə 40 yaşı vardı.
– 23 yaş az fərq deyildi…
– Mən onunla ailə quranda 19 yaşım vardı. Sən inan, mən böyüdüm, yaşa doldum, amma Nizami qocalmadı. Onun ruhu gənc idi. İnsan nə qədər həyat enerjili olardı. Tamam başqa aləm idi. Əgər bu dünyaya 70 dəfə də gəlsəm, hər dəfə onu seçərdim. O insanı seçməyimə heç vaxt zərrə qədər peşman olmadım. Nizami dağlı balası idi. O qədər qeyrətli, sözübütöv, dəqiq adam idi ki… Heç vaxt kiminsə arxasınca danışdığını eşitmədim. Hətta kimsə küçə qadını barədə danışanda da Nizami onun ağzından vurardı. Deyirdi, o da insandı, xüsusən də qadındı. Çox punktual idi. Əgər “saat 6-da gələcəyəmsə”, deyirdisə, demək, saat 6-da dediyi yerdə idi. İki dəqiqə işləyirdisə, demək, Nizami ölmüşdü.
İnsanlara qarşı münasibətdə də elə idi. Bir də görürdün ki, kimsə gəlirdi, deyirdi filan vaxt toyumdur. Cibində pulu olmurdu, çıxarıb beh əvəzinə üzüyünü qoymaq istəyirdi. Nizami onun əlini geri qaytarırdı. Deyirdi, narahat olma, dediyin gün toyda olacam, beh lazım deyil. Ondan sonra lap kimsə gəlib, Nizamiyə 1 milyon da versəydi, sözündən dönməzdi, dediyi məclisə gedərdi.
Çox əliaçıq insan idi. Bizim qonşuluqda onların qohumu yaşayırdı. Qadının əri ölmüşdü. Nizaminin vəfatından sonra o qadın bayramda xonça tutub, bizə gəldi. Dedi, Nizaminin mənim boynumda o qədər haqqı var ki, ömrüm boyu o haqqı qaytara bilmərəm. Dedi, o hər gün gələndə evinə nə bazarlıq edirdisə, bizə də onu alardı. Əvvəlcə bizim qapını döyüb, verərdi, sonra evinə keçərdi. İnan, Zakirə, mən bunu bilməmişəm.– Sənə sevgisini necə etiraf etdi?
– Bilirsən, mən necə uşaqlıqdan nağıl həvəskarı idimsə, bütün həyatımı da nağıla çevirdim. Biz onda Xızıya qastrola getmişdik. Elə orda Nizami məndən bir kəlmə soruşdu: “mənimlə qalarsan?” Düşünmədən “hə” dedim. Getdik Siyəzənə, onun xalasıgilə…
– Qoşulub qaçdın?
– Hə. Mən dedim axı tünlük, diqqət mərkəzində olmaq mənlik deyil. Həmişə fikirləşirdim ki, insan necə gəlinlik kürsüsündə oturar, hamı da ona baxar? Mən özümü heç vaxt o yerdə təsəvvür etmirdim. Ona görə də qoşulub qaçdım.
– Sevgi gözünü o qədər örtdü ki, arxada qoyduqlarını düşünmədin belə…
– Hə… Heç kim gözümdə deyildi. Nə anam, nə dayılarım, nə qohum-əqrəba… Məni hamı bağışladı, bircə babamdan başqa. Hətta demişdi ki, öləndə belə meyidimin üstünə buraxmayın. 3 yaşım olanda atam rəhmətə getdi. Babam mənə atalıq etdi. Rəhmətlik məni canı qədər sevirdi. Ona görə də qoşulub qaçmağım ona yaman yer etmişdi.
-Siz ailə quranda Nizami subay idi?
– Hə. Rəsmi olaraq, subay idi. Amma həyatında bir qadın vardı. O qadın Nizamidən 4 övlad doğmuşdu. Nizami ilk dəfə evlənəndə 20 yaşı olub. O evliliyi 2 il sürüb. Həmin nikahdan 2 qızı olub. Sonra başqa bir qadınla evlənib.
– Sən onun ağlının, yoxsa qəlbinin sevgisi idin?
– Nizami deyirdi ki, sən mənə bu dünyanı sevdirdin. Onun hər kəlməsi mənim üçün qanun idi. Hətta sənətimi də ona görə atdım. Kanonum uzun illər bir kənarda qaldı. Hətta bir dəfə dedim ki, bəlkə bunu satım? Dedi, lap kökündən vurmayaq da, axı sən onu sevmisən. Mən də arada ancaq tozunu alırdım. Nizamidən sonra heç o kanonu görmək istəmədim. Ona görə də satdım.
– Heç maraqlanmadın ki, özündən 23 yaş gənc bir qızla ailə qurmağa necə cürət edib? Axı onun da doğmaları, övladları, qohum-əqrəbası vardı.
– Bax, görürsən, o ölüb gedib, amma mən bu sualı heç ona vermədim. İndi deyirsən, məni də maraq bürüyür. Axı o da risk etmişdi. Hərdən düşünürəm ki, insan gənc olanda beyni doğrudan da qanlı olur, heç kimi düşünmür. Bax, bu gün mən o addımı ata bilməzdim. Hətta düşünəndə ki, birdən Seyla da mənim kimi hərəkət edər, qoşulub qaçar, az qalıram havalanım. Öz hərəkətimi indi analiz edəndə fikirləşirəm ki, mən yaxşı övlad olmamışam.
– Bəlkə sən ana, baba xeyir-duası almadın deyə, neçə illər övlad üzünə həsrət qaldın?
– Bəlkə də… Düz 4 il gəzmədiyim həkim qalmadı. Sonda yəqin Allahın mənə rəhmi gəldi.
– Dağlı gəlini olmaq hər qızın hünəri deyildi…
– Qaynanam əvvəlcə mənə elə də ciddi baxmırdı. Amma illər sonra dedi ki, indi rahatam, ölsəm gözüm arxada qalmaz. Çünki mənim qaynanam çox təmizkar, vasvası adam idi. Mən də o xasiyyətdə ona bənzəyirdim.
– Seylanın adını kim qoyub?
– Nizami özü… Qızımın adının mənası “axar su” deməkdir. Nizaminin ləqəbi isə oğlunun adıdır. O uşaq körpə ikən tələf olub.
– Neçə il bir yerdə yaşadız?
– 9 il. Seylanın 2 yaşı noyabrda tamam oldu. Yanvarın 19-da Nizami faciəvi şəkildə rəhmətə getdi. Özü də qəribəsi o idi ki, 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə biz Buzovnada, Nizaminin dostu Kəbirgildə idik. Bizi şəhərə gəlməyə qoymadılar. Dedilər, bu gecə qalın, aeroport yolunda atışmadır. Həmin gün biz Buzovnada qaldıq. Düz 7 il sonra, elə həmin aeroport yolunda, elə yanvarın 19-da Nizaminin sürdüyü maşın qəzaya uğradı. Dostu Kəbirlə bir yerdə…
Ovucdan oxunan fal: məşhurluq və qısa ömür
– Bilirəm ki, o günü xatırlamaq səninçün ağırdır.
– Ağır da olsa sənə danışacam. Yanvarın 18-də Maştağaya getmişdik. Nənəmin doğum günü idi. Vəziyyəti ağır idi, biz də onun şərəfinə süfrə açdıq, nənəmi videoya çəkdik ki, yadigar qalsın. Məslisdən sonra Buzovnaya, Kəbirgilə getdik. Biz ümumiyyətlə, Kəbirgilə tez-tez gedirdik. Onlarla birevli kimi idik. Baxmayaraq ki, Nizami ilə Kəbirin arasında çox böyük yaş fərqi vardı, amma onlar sanki əkiz idilər. Nizami onu qardaşlarından ayırmırdı. Yanvarın 19-da durduq. Səhər tezdən Nizami ilə Kəbir maşına oturub, şəhərə getdilər. Dedilər ki, bir-iki işimiz var, həll edib qayıdırıq. O gün onlar həmin yolu bir-iki dəfə gedib-qayıdıblarmış… Nizami dedi ki, gedirik, saat 2-də inşallah, evdəyik. Saat 3-ə işləyəndə mən artıq bildim ki, nəsə baş verib. Saat 3-ün yarısı zəng gəldi, dəstəyi Kəbirin yoldaşı götürdü. Mən ancaq bir söz eşitdim: “avariya”…
Xəstəxanaya necə çatdığımı xatırlamıram. Orda yüzlərlə ağlayan, başını divara çırpan kişini görəndə başa düşdüm ki, daha Nizami yoxdur. Zakirə, elə bil əjdaha idim. Bir dəqiqənin içində qəmbərə döndüm. Və ömrümdə ilk dəfə olaraq hiss etdim ki, dünya mənim başıma necə fırlanır. Dedim, yuyun, sonra da Yasamala, anasının evinə aparın.
Qaynanamgilə necə getdiyim də yadımda deyil. Arvad qutab bişirirdi. Gör mənim üzüm nə rəngdə olub ki, o sifətimə baxan kimi xəmirli əlləri ilə dizinə çırpıb qışqırdı: “Nizami hanı? Balama nəsə olub?”… Mən bircə kəlmə “daha yoxdur” dedim.
Qaynanamın qiyyə çəkməsi ilə həyətə bəlkə də yüzlərlə insanın yığışmağı bir oldu. Onlar hardan çıxdı, mən hələ də anlamıram. Düz 40 gün mənim gözümdən bir damcı yaş da çıxmadı. Və hər dəfə qapı açılanda elə bilirdim ki, Nizami bu dəqiqə içəri girəcək. Bu hiss düz 2 il davam etdi.– Nizaminin ölümünü hiss etmişdin?
– Nizami az yaşayacağını bilirdi. Danışırdı ki, bunu ona bir qaraçı deyib. Deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan.
Nizaminin qəribə zarafatları vardı. Bir dəfə Kəbir dedi ki, Nizami, Ağasəlim də öləcək, sən də… Mən də olacam meyxananın padşahı. Nizami də qayıtdı ki, Kəbir, narahat olma, mən heç imkan verərəm ki, bu meydan sənə qala? Biz öləndə də bir yerdə olacağıq. Həmin söhbətdən düz 19 gün sonra ikisi də bir maşında öldü.
– Hərçənd mən bu barədə danışmayacaqdım, amma indi ki Ağasəlim Çıldaqdan söz düşdü, soruşmalıyam. Nizaminin ölümündə onu günahlandıranlar, hətta o qəzanı Ağasəlimin təşkil etdiyini deyənlər də oldu.
– Açığı, bunlar hamısı ehtimaldır. Heç kim heç nəyi sübut edə bilmədi. Onda da yollarda kamera-filan yox idi, şahidlər də düz-əməlli heç nə demədilər. Dedilər ki, guya bilərəkdən kimsə onun maşınının qarşısına çıxıb, onu çaşdırıb. Konkret, heç nə araşdırılmadı. Yazdılar, qəzavü-qədərin ayağına…
Qüssədən-qəmdən uzaq ol, diləyir Rəmzi sənə,
Adımı yada sal, göstər öz ülviyyətini…
– Adətən, meyxanaçılara xalq arasında birmənalı baxmırlar. Onlar içki içməsələr, nəşə çəkməsələr təbləri gəlməz, deyirlər. Nizaminin də narkotikdən istifadə etdiyi deyilirdi…
– Sən heç əlində siqaret olmayan şair görmüsən? Şəxsən mən görməmişəm. İndi durum deyim, çəkmirdi, yalan olar. Çəkirdi. Amma bir var narkoman, bir var keyf üçün istifadə… Nizami aludəçi deyildi. Hətta o cür insanları da kişi hesab etmirdi. Onu ancaq qəzəl yazanda bir-iki qullab vuran görərdim. Amma arağı biz evlənəndən bir neçə il sonra tərgitdi.
– Demək, onun ilham mələyi özgə imiş…
– (gülür) O, mənim gözlərimi çox sevirdi. Deyirdi, səndə əsl Azərbaycan qadınının gözləri var. Çox vaxt gecələr yazırdı. Gündüzlər heç əlinə qələm də almazdı. Dostları deyirdi ki, sən Nizamiyə hər şeyi unutdurmuşdun.
– Bəs özü nə deyirdi?
– Deyirdi, mən səndə isti ocağı tapdım. Evin nə olduğunu, evdə yeməyin nə olduğunu, toydan evə tələsməyin nə olduğunu bildim.

Baxış sayı: 1 321
Bölməyə aid digər xəbərlər
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"













