Bütün xəbərlər
Şahzadə Diana “Cangüdən” filminə çəkilməyi planlaşdırırdı
Tarix: 10-01-2023 20:01 | Bölmə: Mədəniyyət


"Mirror" xəbər verir ki, Uels şahzadəsi Diana ölümündən bir müddət əvvəl kino karyerasına başlamaq istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Diananın şəxsi səs məşqçisi Stüart Pirs şahzadənin həyatının son ilində kino sənayesində işləmək barədə düşündüyünü bildirib. O, əmin edir ki, Dianaya hətta Hollivud aktyoru Kevin Kostnerdən “Cangüdən” dramının davamında çəkilmək təklifi də gəlib.
"Onun bu Kevin Kostner təklifi haqqında danışdığını xatırlayıram. Amma o, yenə də kameranın qarşısında deyil, arxasında olan şəxs olmaq istəyirdi", - Pearce deyib.
Kostner özü də "PeopleTV"-yə müsahibəsində Diananın "Cangüdən" filminin davamında rol almaq istəyindən danışıb. O, Uels şahzadəsinin iddia edilən öpüş səhnəsindən çox narahat olduğunu açıqlayıb.
"Şahzadə soruşdu: "Öpüşmə səhnəsi olacaqmı?" Buna görə o, bir az əsəbi idi" Kostner deyib.
Xatırladaq ki, “Cangüdən” filmi bu yaxınlarda 30 illik yubileyini qeyd edib.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya