Bütün xəbərlər
Qənirə Paşayeva Maqsud Şeyxzadənin abidəsini ziyarət edib
Tarix: 16-04-2022 23:50 | Bölmə: Mədəniyyət

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva Özbəkistanda yaşamış tanınmış azərbaycanlı alim, ziyalı, pedaqoq, iki qardaş xalqın qüruru adlandırılan böyük şəxsiyyət Maqsud Şeyxzadənin abidəsini ziyarət edib, ruhuna dualar oxuyub. Milli Məclisin Mədəniyyət Komitəsinin və "Nəfəs" İB-nin dəstəyi ilə böyük şəxsiyyətimiz Maqsud Şeyxzadə ilə bağlı hazırlanan film və proqramın çəkilişlərində də iştirak edən Q. Paşayeva böyük şəxsiyyətin həyatı, yaradıcılığı, iki qardaş ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri barədə danışıb, azərbaycanlı və özbək aydınları, gəncləri onun həyat yolundan örnək götürməliyik deyib. Ziyarətdə Xalq Artisti Gülyanaq Məmmədova, tanınmış rejissor Elnurə Kazımova və tanınmış modelyer Afaq İsmayılzadə də iştirak ediblər.
Sabaha-inamla.az





Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya