22:48 / 09-04-2026
Ukraynanın NATO üzvlüyü artıq planda deyil
22:42 / 09-04-2026
Yaxın Şərq münaqişəsi Asiyanı hava səyahəti böhranı ilə təhdid edir
22:18 / 09-04-2026
Vəkil Paşinyanı vurmağa cəhd etdiyinə görə həbs edilən kişinin kəllə-beyin silkələnməsi barədə məlumat verib
22:13 / 09-04-2026
Məşhur türk aktyoru Burak Deniz narkotik basqını zamanı saxlanılıb
22:03 / 09-04-2026
İsrail ordusunun Livana hücumları davam edir
21:59 / 09-04-2026
Zelenski ABŞ və Rusiya ilə yeni danışıqlar mərhələsi elan etdi
21:56 / 09-04-2026
Merz ABŞ-ın NATO-dan çıxmasının qarşısını almağa sadiq olduğunu bildirib
21:50 / 09-04-2026
Xəstəxanaya yerləşdirilmiş bütün teatr işçiləri evə buraxılıb
21:46 / 09-04-2026
Rusiya səfirliyi Healinin Britaniya gəmiçiliyinə təhdidlərlə bağlı açıqlamasına cavab verdi
21:38 / 09-04-2026
Dağıstan və Çeçenistanda federal fövqəladə vəziyyət elan edilib
21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
21:27 / 09-04-2026
İsrail və Livan arasında birbaşa danışıqların başlama tarixi açıqlandı
21:23 / 09-04-2026
İranın xarici işlər naziri Hörmüz boğazında gəmi təhlükəsizliyi şərtlərini açıqladı
21:11 / 09-04-2026
Bir qadın ərinin odla ehtiyatsız davranması nəticəsində öldü
15:31 / 09-04-2026
Politoloq Trampın NATO-nu cəzalandırmaq istəyi ilə bağlı şərh verib
15:10 / 09-04-2026
Pentaqon Vatikana təhdidlər vasitəsilə təsir göstərməyə çalışdı
15:03 / 09-04-2026
Antarktidadakı imperator pinqvinləri buzların əriməsi səbəbindən nəsli kəsilməkdə olanlar elan edilib
15:00 / 09-04-2026
Moskva Ukraynaya 1000 həlak olan əsgərin cəsədini təhvil verdi, 41-i Rusiyaya qaytarıldı
22:48 / 08-04-2026
İİKK Livana hücumlarla bağlı İsraili təhdid etdi
22:38 / 08-04-2026
Fiko Slovakiyanın NATO xaricindəki gələcəyindən danışdı
22:33 / 08-04-2026
İsrail Beyrutda "Hizbullah" komandirini vurdu
22:28 / 08-04-2026
Livanda atəşkəs bəndi İranın münaqişəyə son qoymaq planının bir hissəsi idi
22:24 / 08-04-2026
Jurnalist Xabarov: "Starmer reytinqini artırmaq üçün Yaxın Şərqə gedib"
22:19 / 08-04-2026
İki çay öz məcrasından çıxaraq təxminən 500 ev və sahəni su altında qoyub
22:06 / 08-04-2026
Doğuş zamanı qadının ölümü ilə bağlı cinayət işi açılıb
22:02 / 08-04-2026
Medvedev İranın Hörmüz boğazını bağlaması ilə bağlı şərh verdi
21:07 / 08-04-2026
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
20:36 / 08-04-2026
İran Hörmüz boğazından tankerlərin hərəkətini dayandırıb
20:28 / 08-04-2026
Başqırdıstan mədəniyyət naziri məhkəməyəqədər həbsdə qalıb
20:23 / 08-04-2026
Bağça uşaqlarına qarşı zorakılıqla bağlı cinayət işi açılıb
20:16 / 08-04-2026
Senator Vasilenko ABŞ-ın İranı sındıra bilməyəcəyini bildirdi
20:11 / 08-04-2026
1 sentyabr 2026-cı il tarixindən etibarən Rusiya məktəblərində yeni bir fənn tətbiq olunacaq
20:04 / 08-04-2026
Üç tibb işçisinə hücum edən məhkəmə qarşısına çıxacaq
Fərhad Bədəlbəyli: “Ən böyük arzuma çatdım, Şuşamı gördüm...”-XATİRƏ HƏSƏNZADƏ
Tarix: 13-11-2021 20:21 | Bölmə: Mədəniyyət

“Bu gün Azərbaycanda musiqi təhsilinin inkişafında şəxsən daşıdığım məsuliyyəti dərk edərək mən, eyni zamanda Üzeyir Hacıbəylinin bu sahədə başladığı böyük işi davam etdirdiyimi yaxşı başa düşür və bunu özümçün ən şərəfli, ən məsuliyyətli bir iş sayıram. Bu il onun yaratdığı təhsil ocağı-müsəlman Şərqinin ilk Konservatoriyası- 100 illik yubileyini qeyd edəcəyimiz Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası dahi sənətkarın xatirəsini yaşadır.”- Fərhad Bədəlbəyli
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunur
Fərhad Bədəlbəyli- Bədəlbəylilər nəslinin ləyaqətli davamçısı, dünyanın bir çox ölkələrində tanınan böyük pianoçu və bəstəkar, bir neçə nəsil istedadlı ifaçılar yetişdirən görkəmli pedaqoq,bəstəkar, dirijor, 1991-ci ildən məhz onun təşəbbüsü ilə Ü.Hacıbəylinin adını daşıyanBakı Musiqi Akademiyasına çevrilmiş ali tədris ocağının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, Dövlət mükafatı və Beynəlxalq müsabiqələr laureatı, Şöhrət və İstiqlal ordenlərinə, Fransanın “Şevalye” mükafatına layiq görülən milli musiqi sənətinin inkişafında öz sözünü deyərək izini qoyan sənətkar.
Ictimai xadim kimi müxtəlif illərdə- Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin birinci müavini (1986-1989), Azərbaycan Musiqi Xadimləri Cəmiyyətinin sədri (1989-cu ildən), öz təşəbbüsüilə yaradılan Bakı İncəsənət Mərkəzinin rəhbəri (1987-1996), Azərbaycan Mədəniyyətinin Dostları Fondunun üzvü (1995-ci ildən), Qəbələ Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri (2019),Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətininüzvü kimiböyük maarifçilik işini aparır,gənc istedadların həyata vəsiqə almasında, onların geniş auditriyalara çıxmasında maddi və mənəvi dayaq durur, və hər zaman öz vətəndaşlıq mövqeyini bildirərək daima öz səsini uca tribunalardansöyləyən azərbaycanlı kimi Üzeyir bəyin və babası Bədəl bəyin qoyduğu yolu davam edir...
Damcı-damcı yığılaraq toplanan biliklər, təcrübələrzamanı yetişəndə mədəni dəyərlərə dönür, qazanılan nailiyyətlər özünü təsdiq üçün sonu görünməyən enişli-yoxuşlu yolda zirvələri fəth edərək bəşəri dəyərlər sırasına qatılır. Bu bəşərilik də öz növbəsində milli köklərdən, ənənələrdən ən əsası qan və gen yaddaşındanqaynaqlanır... Bu qan yaddaşında məşhur maarif xadimləri, incəsənətləbağlı olan yaradıcı insanlar vardı... Bu qan yaddaşının şəcərəsində Üzeyir bəy Hacıbəyliyə, Qacarlara “gedən” şaxələr uzanır...
Keçmişlə bağlı hisslərim bəzən mənə o dövrün şıdırğı
yağışı, bəzən də küləyin ətri ilə birlikdə qayıdır...
X.Murakami
“Şuşada dünyaya göz açan ata babam, görkəmli pedaqoq və dövrünün ictimai xadimi Bədəlbəy Üzeyir bəyin xalası oğlu idi. Nənəm Rəhimə xanım fars və ərəbdillərinigözəl bilirdi. Onun qardaşı Abbas Mirzə dayım gözəl rəssam idi. Ailədə beş uşaq böyüyürdü. Babam məşhur Qori Müəllimlər seminariyasını bitirdikdən sonra bir müddət Şuşada müəllim işləyir, sonra da Bakıya gələrək burada 35ildən çoxrus-türk məktəbinin müdiri olur.“Bədəlbəyin məktəbi” kimi tanınan bu məktəbə sonralar da belə deyərdilər. Maarifçi və xeyriyyəçi kimi də “Nicat” cəmiyyətinin fəal üzvlərinnən idi.Qardaşı Əhməd Ağdamski dövrünün məşhur aktyoru, Leyli rolunun ilk ifaçısı idi. Babam da bu sənəti sevdiyindən səhnədə Məcnun, İbn Səlamı ifa etmişdi. Musiqiyə, səhnəyə olan böyük sevgi Üzeyir bəydən, o ab-havadan gəlirdi.Atam Şəmsi Bədəlbəylibabamın bu sevgisini yaşatmış və mənə “ötürmüşdü”. O, məşhur rejissor, aktyor, dövrünün fəal ictimai xadimlərindən olmuşdur.Gözəl də tar çalırdı(Konservatoriyada tar sinfini bitirmişdi).Əslində səhnə, aktyorlar, musiqi mühitinə olan məhəbbət məndəuşaqlıq yaşlarımnan oyanmışdı. Atam özünün quruluş verdiyi tamaşalara və ümumiyyətlə yeni səhnə əsərlərinə, konsertlərə həmişə məni də özüylə aparardı.Sənət adamlarıyla tanışlıq həm teatrda, həm də evimizdə, süfrə arxası söhbətlər zamanı davam edərdi. O dövrün bir çox ziyalıları evimizdə olardı...Nazım Hikmət, Maestro Niyazi, Süleyman Rüstəm, Mstislav Rastrapoviç və daha kimlər... Musiqi, ədəbiyyat, səhnəyə olan böyük sevgi,maarifçilik Əfrasiyab əmimə də “keçmişdi”. O, bəstəkar, ilk milli baletimizin müəllifi, dirijor, musiqişünas, publisist, musiqi lüğətinin müəllifi, böyük maarifçi idi...Bu, sevgi doluxatirə yaddaşı mənim gedəcəyim yolu müəyyənləşdirmişdi...”
Bu sevgi payı onu daim müşayiət edərəktəbiətin ona bəxş etdiyi neməti idi...
Fortepiano ixtisasını seçərək o, əvvəl orta ixtisas musiqi məktəbini (indiki Bülbül adına musiqi məktəbi,A.Kələntərin sinfi), sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını(indiki BMA, professor M.Brennerin sinfi), sonra da P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasınıın aspiranturasındadosent B.Davidoviç və prof. Y.Zakdan aldığı biliklər getdiyi həyat yolunun uğurlubaşlanğıcı kimi sonrakı mərhələlərə “açılan qapılar” idi.
XX əsrin ikinci yarısı Azərbaycan incəsənətinin bir çox sahələri kimi fortepiano ifaçılığının inkişafında ən parlaq səhifələrdən biri olur. Gənc istedad Fərhad Bədəlbəyliilk olaraq ölkəmzionun sərhədlərindən uzaqlarda, beynəlxalq müsabiqələrdə qələbələri ilə təmsil edir.Çexoslovakiyada (indiki Çexiya, 1967),B.Smetana adına Beynəlxalq müsabiqənin laureatı və bəstəkarın əsərlərinin ən yaxşı ifaçısı mükafatına layiq görülür.İlk böyük uğuru haqda deyilən yüksək təbriklər arasında Fikrət Əmirov gənc istedadın nailiyyətinibeynəlxalq səviyyədə tanınmasının birinci addımı kimi qiymətləndirir, onu Nizaminin Fərhadına bənzətmişdir...Bir il sonraLissabonda Viana da Mota adına Beynəlxalq Müsabiqədə birinci yeri qazanarkən QaraQarayev bu qələbəni bütün Azərbaycan mədəniyyəti üçün bayram sayaraq Bakının artıq fortepiano əyaləti olmamasını vurğulamışdır. Bu qələbə ilə bağlı yazılan rəylər arasında “Primeyro Janeyro” qəzetindən olan portuqaliyalı tənqidçininyazısından:“IV Beynəlxalq Müsabiqədə laureatın konserti zamanızal dolu idi. O, güclü təvsirçidir, burada zərif musiqi duyumu, cilalanmış texnika, isti temperament, ritm duyumunda həssaslıq var”.P.Çaykovski ad. Moskva Konservatoriyasının professoru, SSRİ xalq artisti, münsiflər heyətinin üzvü Yakov Zakın fikirləri: “Müsabiqənin qalibi möhtəşəm ifası, düz, dəqiq, qeyri-adi səs keyfiyyəti ilə dinləyiciləri heyran etdi. Gəncliyə xas təravət, çılğın ehtiras onun ifa etdiyi əsərlərə verdiyi təvsirlərilə seçlirdi. Proqramda müxtəlif dövrləri əhatə edən klassik əsərlərsəsləndi. Azərbaycan pianoçusunun istedadı hələ yenicə açılır və cox böyük ümidlər bəsləyir”.
Sonra yeni qastrol səfərləri, yeni konsertlər, yeni dirijorlar, kollektivlərlə, tanışlıq, yaşanan həyəcan təkrar-təkrar...
Azərbaycanın hüdudlarından cöx-cox uzaqlarda, ABŞ, Kuba, İsrail, Norveç, Fransa, İtaliya, Danimarka, Finlandiya, İsveçrə, Yaponiya, Yunanıstan, Bolqarıstan, Almaniya, Rumıniya,Yuqoslaviya, Tunis, Türkiyə və keçmiş sovetlər birliyinin bir çox böyük şəhərlərində...Moskva, Hyuston, Zaqreb, Ankara, İzmir, İstanbul simfonik orkestrlərilə birgə verdiyi konsertlərdə, irimiqyaslı beynəlxalq tədbirlərdə dünyaşöhrətli dirijorlarla yaranan ünsiyyətin özü hər dəfə F.Bədəlbəyli üçünyeni bir “dünyanın” kəşfi idi.Niyazi, R.Abdullayev, N.Rzayev, R.Məlikaslanov, V.Dudarova, V.Fedoseyev, A.Heller, H.Şimşək, G.Aykal və b... Bu,hələ böyük dirijorlarla birgə işin, səfərlərin tam olmayan siyahısıdır...
Və bu səfərlərdə böyük güc verərək onunla yol yoldaşı olan sevimli
müəllimlərinintövsiyyələri, məsləhətləri, bəzən də xoş bir təbəssümü...
Maestro Niyazi və onun ömür gün yoldaşı Həcər xanım... Bu ev onun üçün uşaqlıqdan cox doğma bir məkan idi. Övladları olmadığından ona doğma oğlu kimi yanaşırdılar. “O, ifamı izləyər, öz tövsiyyələrini verərdi.Filarmoniyada verdiyim ilk konsertdən əvvəl özünəməxsus şirin danışıq tərzilə dediyi sözləri indi də qulağımdadır:- Sən igid Fərhadın adını daşıyırsan, qorxu-hürkü sənə yad olsun... Maesro ilə birgə olan konsertlər, səfərlər yaddaşımda həyatımın ən xoşbəxt anları kimi yaşayır...” Bu ünsiyyət, ayrıca məktəb idi. Deyilən sözlər, sevgi dolu baxışlar onun səfərlərinin uğurlu keçməsi üçün bəlkə də bir dua idi...
Sevimli müəllimi, Mayor Rafailoviç Brenner, onun dərsləri, ifa olunan əsərlərlə bağlı dediklərini F.Bədəlbəyli artıq bir pedaqoq kimi tələbələrinə danışaraq onları o dövrün ab-havasıyla tanış edir, keçmişə gedərək gələcəyə doğru aparan yolu göstərir: “Mayor Rafailoviç yüksək mənlik hissinə malik şəxsiyyət kimi peşəkarlğının və zəhmətinin dəyərini bilirdi.Olduqca böyük musiqili-ensiklopedik biliyə sahib idi. BubiliklərinmənşəyiL.N.Nikolayevin Peterburq fortepiano məktəbindən gəlirdi. Onun metodikası not mətninin özünü dərk etməyə əsaslanırdı. Alətə olan münasibətindən danışarkən belə bir müqayisəsi də vardı:- “royal elə bir qara “yırtıcıdır” ki, onu hər gün əhliləşdirmək gərəkdir. Ifada səsin dərinliy, konkretliyi, əks-sədası olmalıdır, piano səslənməlidir... Ümumiyyətlə o, cox seçilirdi, az danışar, demək istədikləri ifa zamanı aydın görünürdü...Bu insanlar olduqca böyük şəxsiyyətlər idi. Xoşbəxtəm ki, həyat yolumda onlar qarşıma çıxıblar...”
Bütün dünya dalğalardan və ən əsası onu əmələ
gətirən titrəyişlərdən ibarətdir.
N.Tesla
Səslərin dalğasına köklənərək müxtəlif “zamanlara gedib” (repertuarı olduqca geniş olubXVIII əsrdən müasir dövrü əhatə edən qərb, rus və Azərbaycan bəstəkarlarının müxtəlif üslublu əsərlərinin mahir ifaçısı kimi) müəllifin dediklərini dinləyicilərə “ötürmək”, yaddaşında iz qoyan insanlarla “ünsiyyətə girmək”...Bunun başında böyük əmək,poetik ruh, həssaslıq, gözəllik vurğunu olmaq və ən əsası istək durur.Fərhad müəllimin ifaçılqla bağlı bəzi fikirləri yada düşür:“Əsərin müəllifini onunla bağlı bir çox mənbələrlə tanış olub, ona yaxnlaşıb, nəhayət, onu sevməlisən.Ancaq o zaman onun yazdığını başa düşüb mənimsəyə bilərsən və onda əsər səninki olur. Musiqi bir tək estetik zövq vasitəsi deyil, poeziya, ədəbiyyat kimi həyatın özünün dərk olunmasıdır..İfaçının poeziyayla əlaqəsi dedikdə- burada musiqinin poetikliyiniduymaq gərəkdir...Səsin dolğunluğu, palitrasının zaman keçdikcə dəyişilməsini rənggarlığın qrafikayla əvəzlənməsinə bənzətmək olar. Alətin dillərinə toxunaraq səsin alınmasına gəldikdə onun öz fəlsəfəsi var...”.Bu fikirlər həddən ziyadədir..
Səslərin dalğasına köklənərək virtuoz və poetik ruhlu pianoçunun səfərlərinin hər biri yaşanan həyat yolunun bir səhifəsi, bəlkə bir ömürə bərabər yolun səhifəsidir...
Musiqi bizi seçir, biz onu yox
İfaçılıqla bağlı elmi yazılarında,tələbələrilə iş prosesində o, hər zaman olduqca önəmli məsələləri, xüsusilə müasir dövrün fərqli düşüncə tərzlərilə bağlı məqamları da nəzərə alıb əsəri duyaraq“ötürmək” kimibir çox mühüm məsələlərlə bağlı maarifçilik işinin olduqca önəmli olmasını vurğulayır. “Mənim yaxşı tələbələrim var və hesab edirəm ki, bu məktəb davam edəcək. Onların hər biri fərdiyyat kimi öz yolu ilə gedirlər. Xoşbəxtəm ki, məzunlarım arasında M.Həmzəyeva, K.Şaxtaxtinskaya, X.Abdullayeva, G.Şekinskaya,Ə.Mustafazadə, M.Adıgözəlzadə, Y.Sayutkin,C.Kəbirlinskaya, M.Hüseynov, İ.Sarabski kimi istedadlı ifaçılar var.Bu siyahıda hələ çox gənc istedadlarımız yetişir... Tələbələrlə keçilən dərslər yaradıcı bir prosesdir. Burada onlarla birlikdə ozün yenidən məşq edirsən və nəisə kəşf edirsən.. Həmin həyəcanı, həmin ehtirasıyenidən yaşayaraq ifa olunan əsərin yazıldığı dövrə köklənirsən...”
Sənin evin düşüncələrinin rahat olduğu yerdi
Konfutsi
Belə bir deyim var: “Dəqiqəsinin hər anı bölüşdürülüb”... Bu ciddi saat qrafikində, rektoru olduğu doğma ocağındakı işləri,solist kimi hər zaman formada olması, qastrol səfərləri, pedaqoji fəaliyyəti, müxtəlif ansambllarla birgə konsertləri vəmüxtəlif qurumlardakı ictimai fəaliyyəti... Bütün bunlarla yanaşıFərhad müəllim sevdiyi “qara qutusunu” dilləndirərək bir an saat əqrəblərini başqa bir zamana kökləyir... burada o, bəzən şair, bəzən rəssam, bəzən bəstəkardı. Bəzən mübariz döyüşçü, bəzən qayğıkeş ata, bəzən də uşaqlıq illərində həyətərində yoldaşlarıyla oynadığı sevdiyi futbol oyunçusu... Bu həmin “sevgi payı”nı yaşadan “hissəciklərdi... onun “qidalandığı çeşməsi.”
O, bir rəssam, həm də şairdi,
Sevir həyatı, sevir gözəlliy.
Sevir həyatdə olan gözəlliyi.
***
Həyat beləcə qurulub,
Şər də xeyirlə qonşu.
Kimi qorxaq, kimi qorxmaz qəhrəman.
F.Bədəlbəylinin şeirlərindən (tərcümədə)
Keçən əsrin 70-80ci illərinə qayıtsaq...
Keçmişə nəzər salsaq, bu illərdəo, bir ansambl ifaçısi kimi də fəaliyyətini davam edərək, onların müşayiətçisi yox, həmmüəllifi olur. Intibah dövründən başlayaraq qərb, rus və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət geniş repertuarla vokal ifaçılar arasındaünlü sənətçilər, SSRİ və Azərbaycanın xalq artistlərilə, Bella Rudenko, Rauf Atakişiyev, Fidan və Xuraman Qasımova bacıları, Eldar İsgəndərov (violonçel), Arif Manaflı(violin) və b. ilə duetdə ABŞ, Avropa, Asiya, Rusiyanınbir çox şəhərləri, Bakıda konsertlərlə çıxış edərəko, həssaslıqla tərəf müqabilini yaxşı hiss edir. Əslində bu, ifaçılıq sənətinin yeni rəng çalarları ilə zənginləşməsidir. Ifa olunan əsərlərin təvsirində yeni axtarışlardı.Buradaalətin dilinə toxunarkən səsin çəkisini, işıq və kölgəsini, yaxın ya uzaq olmasını, isti ya soyuq olmasını duymalısan...
Hər bir əsərin ətri var, onu duymalısan...
Hələ 70-ci illərdə bəstəkarın razılığıyla o, Q.Qarayevin silsilə prelüdlərinin IV dəftərinin ifasındayanaşma bucağını dəyişərək müəyyən təvsirləredir. Bir qism prelüdləri fasiləsiz çalır, son səsi saxlayaraq yeni əsərə keçid alır- bununla dinləyicini gərginlikdə saxlayır. O dalğadan uzaqlaşmamaq- burada hər zaman hisslərin çulğalanması və cilovlanması prosesinin tarazlığı gedir.
Bir başqa əsərdə... V.Mustafazadənin kosertinin ifası zamanı bura solo imrovizə yeri salır, bununla klassik konsertin ifa ənənəsini yaşadır.
F.Əmirov və E.Nəzirovanın ərəb mövzularında konserti. Buradakı ekspressivliyi, dünyanın romantik duyumunu, lirik obrazlılığı qarşı-qarşıya qoyaraq dinamik gərginlik, təntənə, möhtəşəmlik, iradəlilik, qəhrəmani obrazlılığı muğam improvizəsilə qovuşdurur. “O, bədii ifa üçün çox vacib olan yüksək xəyala dalma hissinə malikdir. Burada zəriflik monumentallıqla qovuşur. O şairdi, daha çox romantikdi, nəinki klassik.”Bu təvsir olunan əsərlərin bir qismidir...
Ümumiyyətlə əsərin “səninki olmasına qədər” gedən uzun iş prosesi çox da qısqanc olur, ananın körpəsilə olan bakirə münasibəti, bəlkə də ilk sevgiyə bənzəyir...
Səfərlər unudulmur...
Tələbəlik illərindən başlayaraq keçən çoxlusaydaqastrol səfərlərininab-havasıonun həyat hekayəsinin səhifələrində yaşayır...Dinləyicilərin fərqli temperamenti, fərqli ənənələrinə baxmayaraq, vacib olan məqamqapalı qəlblərin açarını sındırıb onların ruhuna yol tapmaqdır.2016-cı ildə ABŞ-da Qüds simfonik orkestrinin rəhbəri, məşhur amerikalı dirijor D.Yablonskinin dəvətilə tarixi əhəmiyyət daşıyan qastrol səfərlərindən birində iştirak edərək Florida ştatında(3000 nəfərlik tamaşaçısı olan) on yeddi konsert verilir. Proqramda S.Prokofyevin 1№-li f-noilə orkestr üçün konserti vəkonsertin vurğulandığı əsər- A.Çaykovskinin “Xocalı faciəvi səslənirdi.Ulu Öndərin Xocalı faciəsi haqdadediklərini dirijor əsərin əvvəlindətarın müşayiətilə söyləyərəkdinləyiciləribu dalğaya kökləmişdi. Bu əsərin ilk dəfə IV Qəbələ Beynəlxalq Musiqi Festivalında Y.Başmetin rəhbərliyi ilə“Moskva solistləri”kamera orkestrinin ifasında səslənməsi əlamətdar hadisə idi.
Arzum Şuşada, Üzeyir bəyin adına bir məktəb tikməkdi
2017-ci ilin dekabrındagörkəmli pianoçu, bəstəkar, ictimai xadim xalq artisti, professor Fərhad Bədəlbəyli70 illiyi münasibətilə ölkə başçısı, möhtərəm prezident İlham Əliyev cənabları tərəfindən “İsiqlal ordeni” ali mükafatı ilə təltif olunarkən prezidentin dəstəyi və əməyinə göstərilən böyük diqqətinə görə təşəkkür edərək:“Biz bilirik ki, gec-tez hamımız Sizinlə birlikdə Şuşaya qayıdacağıq”- arzusunu yubileyilə bağlı Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında keçirilən tədbirdə dəvurğulayaraqŞuşada konsert vermək istəyini bildirmişdi: “1982-ci ildə sonuncu dəfə atamla Şuşaya getmişdik...M.P.Vaqifin məqbərəsinin açılışıydı, qar yağdığından Şuşa sanki nağıllar aləminə qərq olmuşdu... Ən xoşbəxt günüm Şuşaya getdiyim gün olacaq. Arzum uzun illər düşmən tapdağı altında qalan Şuşa qalasınagedib onun önündədiz çöküb üzr istəyim... Vəorada Üzeyir bəyin adına bir məktəb tikməkdir...”
Allahım, qəlbimi səndən gələn bir sevinclə doldur...
C.Rumi
Dörd il sonra 44 günün zəfər bayramını hər bir azərbaycanlının yaşadığı hissləriFərhad müəllim də yaşayırdı...“Ali Baş komandan, prezident İlham Əliyev cənablarıbaşda olmaqla müzəffər ordumuzla birlikdə qələbə çaldıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, əsgərlərimizə can sağlığı versin.. Qarabağ, Azərbaycandır!Ürəyimiz Şuşa azaddır... Atamla gələndə də, indi də Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlu ilə birgə gələndə Şuşa bizi yenə qarla qarşıladı. Üzeyir bəyin, Natavanın, Bülbülün “yaralanmış” büstlərini ziyarət etdik... Onlar artıq öz doğma torpağına qayıtmışdı.
Hər il sentyabrın 18-də Ü.Hacıbəyli adına BMA-da çıxış edərkən bu gözəl günü Şuşamızda keçirəcəyini deyərkən inanırdıq, o gün gələcək... Sonra da muzeyə gedərək Üzeyir bəyin heykəlini öpür, darıxma, gün gələcək, torpağına qayıdacaqsan,- deyərdim...
Xoşbəxtəm ki, 73 yaşımda azad Şuşama gəldim. Tezliklə tikiləcək Üzeyir bəyin adını daşıyan musiqi məktəbində istedadlı uşaqlara dərs deyəcəm. Şuşamız yenidən tikiləcək, Bülbül əminin evi bərpa olacaq. “Xarıbülbül” Musiqi festivalı keçiriləcək”. Bu arzuların ilkidir...
Azərbaycan artıq dünya xəritəsində öz layiqli yerini tutur
Ölkə başçısı İlham Əliyev cənabları və ölkənin birinci xanımı, vitse-prezident, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ilk addımlarınıataraq “Xarıbülbül”Musiqi festivalınıntəməlini qoydular- Xarıbülbülün “ətrini” bütün dünyaya səsləndirdi.
Möhtəşəm dağların əhatəsində, açıq səma altında, əsrarəngiz, azad nəfəs alan təbiətin qoynunda öncə səslənən “Bayatı-Şiraz” muğamı sanki yerin-göyə çağırışı idi, bir dua idi, şəhidlərimizin ruhuna, Üzeyir bəyin, Natavanın,Bülbülün ruhlarına bir salam idi... Əslində səslənən hər bir əsər əlvan səslərdən ibarət Azərbaycan adlanan məmləkətin ətirli çələnginə bənzəyirdi, çoxmillətli və çox konfessiyalı Azərbaycana...
F.Bədəlbəylinin M.Adıgözəlzadə ilə birgə ifa etdikləri müəllifi olduğu fortepiano ilə orkestr konserti (dirijor əməkdar artist F.İbrahimov) olan “Dəniz” əsərinin ifası da bir rəmzi məna daşıyırdı...Sıldırımlı dağların əhatəsində ümmanları yararaq yelkənli gəmisilə çıxdığı səfəri idi.Bu yolda o, həyat yolunda qarşısına çıxanböyük insanları minnətdarlıq hissilə xatırlayırdı... Onların “verdiyi” Sevgi payı iləbölüşür, insanları sülhə, bir-birinı anlamağa çağırır,dahi Nizaminindediyi- “Varlıq eşq üzərində qərar tutur” məkanına kökləyirdi...
Doğma məkanda
Gözəl Şuşamızdamöhtəşəm tarixi hadisə H.Əliyev Fondunun təşkilatçılığı ilə 39 ildən sonra Vaqif Poeziya günlərinin bərpa edilərək keçirilməsi olur.
Fərhad məllimin bir vaxtlar atası ilə qarlı qış günündəbu tədbirə gəlişi indiyayın səfalı günlərindəbaş verirdi. Ölkə Başçısı, cənab prezident İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban xanım Əliyeva ilə, sənət adamları, ziylılarla birgə.
“Qısa zamanda böyük işlər görülərək bərpa edilən Vaqifin məqbərəsi, Üzeyir bəyin heykəli, Bülbülün ev muzeyini ziyarət edərkən Şuşanın dünya şəhərinə, mədəniyyət mərkəzinə çevrilməsində işirak etdiyimdən qürur hissini yaşayırdım.Bu yolda görülən və görüləcəyimiz işlər kinolenti kimi gözümün önündən keçirdi...”
Keçmiş günlərə gedərək gələcəyə açılan yolda, Qəbələdə keçirilən XII Qəbələ Beynəlxalq Musiqi festivalı, Şuşada keçirilən“Xarıbülbül” Musiqi festivalından sonra, irəlidə gələn möhtəşəm hadisələrdən Üzeyir bəyin adını daşıdığı Bakı Musiqi Akademiyamızın 100 illiyinin keçirilməsidir...Azərbaycanda, Qarabağda, onun incisi olan Şuşada və olkəmizin hüdudlarından çox-çox uzaqlarda.Görülən işlərin başlanğıcını yaşayırıq. Ruhu şad olsun...
Uğurlar Sizə, Fərhad müəllim!!!
XATİRƏ HƏSƏNZADƏ,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Baxış sayı: 765
Bölməyə aid digər xəbərlər

8-04-2026, 20:28
Başqırdıstan mədəniyyət naziri məhkəməyəqədər həbsdə qalıb
31-03-2026, 23:09
Rusiyanın xalq artisti Nikolay Baskova qarşı qiyabi olaraq əlavə ittihamlar irəli sürüb
30-03-2026, 23:33
"Maski şou"nun aktyoru vəfat etdi
29-03-2026, 18:34
Kirkorovun nümayəndəsi müğənninin Hava Limanında siqaret çəkməsi ilə bağlı şərh verdi
26-03-2026, 23:06
İtalyan rejissor opera üzərində işləyərkən qabırğalarını sındırıb
16-03-2026, 22:02
"Skuf" Rusiyada nümayiş olunmayacaq
2-03-2026, 23:32
İranda YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Gülüstan Sarayı hücumlarda zərər görüb
23-02-2026, 20:36
Cərimənin gec ödənilməsinə görə cərimələndi
21-02-2026, 21:53
"Buranovskie Babuşki" qrupunun üzvü xərçəngdən əziyyət çəkirdi
19-02-2026, 16:37
Putin kimin həbsdə olması lazım olduğunu izah etmək üçün filmdən bir cümlə istifadə etdi
18-02-2026, 18:17
Rusiyada "Ganvest" qrupunun konsertləri ləğv edilib
16-02-2026, 21:32
Xalq artisti vəfat etdi
15-02-2026, 22:59
Bəstəkar Rıbnikov "Bu-ra-ti-no" mahnısına görə 3 milyon rubl qazandı
15-02-2026, 20:09
Lolitanın konserti ləğv edilib
14-02-2026, 21:04
"Tanrı Kuzya" rəsmlərini uşaq rəsmləri adlandırdı
9-02-2026, 13:16
Reper iki ay müddətinə qiyabi həbs cəzası alıb
7-02-2026, 12:15
"Voronini" serialının ulduzu Frolovtsevanın ailəsi onun ürək problemləri ilə bağlı xəbərləri təkzib edib
6-02-2026, 14:53
Putin aktyor Zamanskini 100 illik yubileyi münasibətilə təbrik etdi
1-02-2026, 12:27
Müğənni Anna Netrebko Rusiyadakı biznesini bağlayır
29-01-2026, 22:58
Madonna Ukraynada sovet simvolları ilə çəkilmiş fotoya görə tənqid atəşinə tutulub
26-01-2026, 17:12
Putin Malayziya hökmdarı Sultan İbrahimə Ermitajda gəzinti təşkil etdi
25-01-2026, 17:11
Keçmiş "Lube" gitaristi vəfat etdi
23-01-2026, 21:19
Kolleksiyaçı 104 rəsm əsərinin oğurlanmasının səbəbini açıqladı
22-01-2026, 15:39
Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir
21-01-2026, 23:49
"Lyubka" filminin aktrisası Anastasiya Qorodentseva vəfat edib
20-01-2026, 20:05
Musiqi həvəskarı 7 ilə qədər həbs cəzası ilə üzləşirb
16-01-2026, 13:13
Aktyorun uşaq pornoqrafiyası işi üzrə həbs müddəti uzadılıb
11-01-2026, 09:43
Pop müğənnisi təyyarə qəzasında həlak olub
10-01-2026, 19:32
Oleq Qazmanovun "ikiqat əqli" Andrey Zabrodski Novosibirskdə vəfat etdi
9-01-2026, 20:48
"Mash": Aktyor görmə qabiliyyətini itirir və əməliyyata hazırlaşır
7-01-2026, 23:48
Bu gün təltif olunmuşdu - Sevinc Kərimova vəfat etdi
6-01-2026, 19:41
"Möhtəşəm əsr" aktrisası Eyüboğlunun narkotik testi müsbət çıxıb
5-01-2026, 14:32
Roskino şirkətinin baş direktoru "Maşa və Ayı" filminin ərəb ölkələrində uğurunu izah edib
4-01-2026, 20:02
Ermitajın girişində böyük bir növbə yarandı
4-01-2026, 19:03
"Oğlanın sözü" filminin aktrisası Aleksandra Berezovets-Skaçkova 52 yaşında vəfat edib
2-01-2026, 23:27
Aktyor və rejissor vəfat edib
31-12-2025, 18:38
"Laskovıy may"ın prodüseri Andrey Razin beynəlxalq axtarışa verilib
29-12-2025, 19:13
QIZIL ALMA
24-12-2025, 23:22
Ali Məhkəmənin qərarından sonra Dolinanın ilk solo konsertində təhlükəsizlik tədbirləri gücləndirilib
22-12-2025, 19:40
Britaniyalı müğənni Kris Ria vəfat edib
22-12-2025, 00:12
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - Video
21-12-2025, 23:53
“Qardaşlığımız əbədidir” sərgisi: İki qardaş ölkənin mədəniyyətinə sənətkar baxışı