20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
Əflatun Amaşov: ““Reket jurnalistika”ya qarşı pozitiv meyllər müəyyən mənada sıradan çıxdı” - MÜSAHİBƏ
Tarix: 26-07-2019 15:43 | Bölmə: Manşet

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Mətbuatımızın yaranmasının 144-cü ilində Modern.az-ın suallarını cavablandırıb. Ə.Amaşovla müsahibəni təqdim edirik.
- Əflatun müəllim, sizinlə mətbuat günü ərəfəsində danışırıq. İstərdim ki, söhbətimizi də bu istiqamətdə başlayaq. Bu gün mətbuatımızda ən çox müzakirə olunanlar sırasında jurnalistlərin peşəkarlıq məsələsi dayanır. Dəqiqləşdirilməmiş, araşdırılmamış informasiyaların cəmiyyətə ötürülməsi istiqamətində narazı təbəqə yaranıb. Hansı ki, o narazı təbəqə müasir jurnalistikanın inkişaf etmədiyi qənaətindədir. Bəs Mətbuat Şurası olaraq jurnalistikanın, medianın peşəkar olması, yetişməsi istiqamətində hansı işləri görürsüz?
- Fürsətdən istifadə edib Sizi, o cümlədən bütün jurnalistləri 22 iyul Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Jurnalistika çətin peşədir. Jurnalistlərin əməyi müstəsna əməkdir. Bu əməyə dəyər verilməsi, bütövlükdə cəmiyyətə dəyərdir.
Hansısa prosesə obyektiv qiymət vermək üçün mütləq müqayisəli yanaşmaq lazımdır. Söhbət yalnız konkret nələrisə müqayisə etməkdə deyil. Ümumən dövrlərin ahənginə və tələbinə diqqət yetirilməlidir. Bir vaxtlar internet yox idi. İnsanlar məlumatları ənənəvi mediadan əldə edirdilər. Təxminən 15-20 il öncəni deyirəm. Amma o zaman da tənzimləmələrə ehtiyac var idi. Mətbuat Şurası elə buna görə formalaşdı. Şura yaranmaqla həm jurnalistikanın cəmiyyət həyatındakı önəmini vuğuladı, həm peşəkarlıq üçün çağırış etdi, həm də jurnalistikaya yad təmayüllərlə mübarizəyə başladı. Hesab edirəm ki, uğurlarımız az olmadı. Ancaq internet həyatımızın bütün sahələrinə olduğu kimi, bu sahəyə də xüsusi rəng qatdı. Biz rəngin obrazlı desəm, əksər hallarda ağ deyil, qara və ya boz çalarlarını gördük. Məncə, bunu da müəyyən mənada təbii saymaq mümkündür. Bütün cəmiyyətlər yeniliyi ağrılı keçirir. Bir sıra dəyərlər sıradan çıxır. Tamamilə yeni dəyərlər aktuallaşır. Elə jurnalistika baxımından da. Doğru vurğulayırsınız ki, mətbuatdan, jurnalistikadan narazı təbəqə yaranıb. Narazı təbəqə həmişə olub. Sadəcə indi onun arqumentləri daha tutarlıdır.
- Bu durumda Mətbuat Şurası nə edir? Hansı işləri görür?
- Şura ənənəvi fəaliyyət istiqamətlərinə sadiqdir. Bizim diqqət etdiyimiz peşəkarlıq meyarları dəyişməzdir. Ancaq qurumun o meyarların pozulmasına münasibət meyarları dəyişməlidir. Biz dəfələrlə məsələ qaldırmışıq ki, Mətbuat Şurası haqqında qanun olmalıdır. Bəzən müəyyən şəxslər siyasi nöqteyi-nəzərdən çıxış edərək bunu mediaya təzyiq vasitəsi kimi qiymətləndirirlər. Halbuki belə hal əsla ola bilməz.
Azərbaycanda normal fəaliyyət göstərən media orqanlarının sayı kifayət qədərdir. Əlbəttə, onların da çatışmazlıqları var, amma ümumən işlərini günün tələbləri səviyyəsində qura bilirlər. Biz istəyirik ki, bu kütləvi informasiya vasitələrinin tətbiq etdikləri fəaliyyət meyarları əsas götürülsün, qorunsun. Təəssüf ki, fərqli meyllərlə üzləşirik. Siz dediyiniz kimi, dəqiqləşdirilməmiş, araşdırılmamış materiallar dövriyyəyə buraxılır. Belə durumda mübarizənin indiki forması yetərlidirmi, yaxud nə dərəcədə yetərlidir? Əslində sualınızın qoyuluşu bu suala cavabı aktuallaşdırmaqdadır.
Mətbuat Şurası özünün Nizamnamə tələblərindən irəli gələn bütün vəzifələri həyata keçirməkdədir. Qurum həm jurnalistikanın peşəkarlaşmasına, həm onun ictimai nüfuzunun qorunmasına səy göstərir, həm də mövcud sahədəki neqativ meyllərlə mübarizə aparmaqdadır. Biz çalışırıq. Müəyyən məsələlər var ki, onların həlli zamandan asılıdır.
- Mediamızın problemləri var və bunu inkar edə bilmərik. Problemlərin aradan qaldırılması istiqamətində apardığınız işlər öz bəhrəsini verirmi?
- Əlbəttə, tam nəticə yoxdur. Heç ona ümid də etmirik. Dediyim kimi, həlli zamanla mümkünləşəcək məsələlər var. Bizim missiyamız o olmalıdır ki, həmin məsələləri gündəmdə saxlayaq və saxlayırıq da.
İnkarçılıq yol deyil. Doğru vurğuladınız ki, problemləri inkar edə bilmərik. Mətbuat Şurasının sədri, eləcə də parlamentdə təmsil olunan jurnalist-deputat kimi bu məsuliyyəti anlayıram. Fəaliyyətimi də ondan irəli gələrək qurmağa çalışıram. Vaxtilə gördüyümüz bir çox iş faydasını verib. Görünür, yenə də səbrli olmaq lazımdır.
- Onlayn mediaya maliyyə yardımı ayrılması məsələsini də bir neçə dəfə gündəmə gətirmisiz. Qəzetlərə ildə 2 dəfə pul ayrılır. Bəs onlayın media hansı şərtlər altında fəaliyyət göstərməlidir ki, maliyyə ayrılması məsələsi real olsun? Hər halda, bu məsələnin də öz şərtləri mövcuddur. Nədir o şərtlər?
- Əslində bir qədər öncə səsləndirdiyiniz suala cavabda bu məqama xüsusi toxunmaq mümkün idi. İndidən konkret maliyyələşmə şərtlərindən danışmaq tezdir. Ümumən kimlərsə media orqanı kimi fəaliyyət göstərdiklərini bildirirlərsə, onların hüquqi şəxs statusunda olmaları mütləqdir. Mən bilirəm ki, indi üzdə olan bir çox internet informasiya resursları işlərini bu tələbə uyğun qurublar. Onlara deyən olmayıb ki, belə lazımdır. Sadəcə normal məntiq bunu deyir.
Problem ondadır ki, ilk baxışdan normal olan bu fəaliyyətdə də qeyri-müəyyənlik var. Baxın, saytların əksər hissəsi təşkilati hüquqi forma baxımından məhdud məsuliyyətli cəmiyyətdirlər. Faktiki olaraq isə kütləvi informasiya vasitəsi funksiyasını yerinə yetirirlər. Məsələyə aydınlıq gəlməsi üçün hüquqi mexanizmlər olmalıdır. Prosesə kompleks yanaşılmalıdır. Mən parlamentdə dəfələrlə bu məqamı da qabartmışam.
Ümumən internet mediaya dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmalıdır. Bunun səbəbini dəfələrlə əsaslandırmışıq.
- Problemlərdən danışmışkən əsas problem “reket jurnalistika” ilə bağlıdır ki, bundan təkcə media deyil, cəmiyyət də əziyyət çəkir. “Reket jurnalistika”ya qarşı mübarizə aparsanız da, tam olaraq kökünü kəsmək mümkün deyil. Maraqlıdır, niyə “reket jurnalistika”nın sonu gəlmir?
- Mətbuat Şurası yarandığı gündən «reket jurnalistika»ya qarşı mübarizə aparmaqdadır. 2010-cu ilədək bu mübarizənin effekti daha çox görünürdü. 2010-cu ildən sonra yeni mənzərənin şahidi olduq. Səbəb internet mediadır. Əvvəla bir sıra neqativ ünsürlər «fəaliyyətlərini» internet media üzərinə keçiriblər. Digər tərəfdən, sahənin belə demək mümkünsə, ələçatımlılığı başqalarını da həvəsləndirir. Nəticədə faktiki olaraq 2010-cu ilədək əldə etdiyimiz pozitiv meyllərin müəyyən mənada sıradan çıxdığını gördük. Hesab edirəm ki, «reket jurnalistika»nın kökünün tam kəsilməməsinin bir, özü də obyektiv səbəbi budur.
İkinci səbəb də obyektivdir. Mübarizədə konkret hüquqi mexanizmlər mövcud deyil. Bir qədər öncə Mətbuat Şurası haqqında qanunun vacibliyini təsadüfən vurğulamadım. Qanun sahəyə kompleks yanaşmanı həyata keçirəcək. Təbii ki, məsuliyyət yaradacaq. İndiki məqamda vəziyyətdən ən optimal çıxış yolu budur.
- Dünya ölkələrinin mediasında “reket jurnalistika” anlayışı nə dərəcədə özünə yer tapıb?
- «Reket jurnalistika» şərti olaraq seçilmiş addır. Söhbət mediadakı neqativ təmayüllərdən gedir. Bu təmayüllər isə bütün dünyada mövcuddur. Sadəcə azlıq və ya çoxluq dərəcəsi var.
Əlbəttə, Azərbaycanda vəziyyət fərqlidir. Burada yerli xüsusiyyətlər də önəmlidir. Bizim istəyimiz odur ki, mediaya sui-istifadə, müxtəlif təmənnanı gerçəkləşdirmək vasitəsi kimi yanaşılmasın. Media insanların şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşsın.
Heç kəs deyə bilməz ki, dünya mediasında belə hallar yoxdur. Var. Mübarizəyə gəldikdə isə, qanunun aliliyi önəmlidir. Jurnalistika imtiyazlı sahədir. Ancaq bu imtiyazın gətirdiyi imkanlar ayrı-ayrı fərdlərin təhdidi, mənəvi təzyiqi ilə nəticələnirsə, meydana qanunlar çıxmalıdır. Bizim istəyimiz də budur. Düşünürəm ki, söz azadlığına xələl gətirməyən qanuni mexanizmlər tətbiq olunsa və onların işləkliliyi təmin edilsə, «reket jurnalistika» adlandırdığımız neqativ meyllər daha sürətlə sıradan çıxacaq. Təbii ki, ictimai qınaq da önəmlidir. Mətbuat Şurası bu tədbiri həyata keçirməkdədir. Ancaq ictimai qınaqla üzləşən KİV anlamalıdır ki, bu qınaq qanuni məsuliyyət daşımamaq üçün olan xəbərdarlıqdır.
Baxış sayı: 741
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.