Bütün xəbərlər
Ukrayna Hərbi Hava Qüvvələri ilk dəfə döyüşdə Fransız "Mirage" qırıcılarından istifadə edib
Tarix: 07-03-2025 14:16 | Bölmə: Manşet

Döyüşlər zamanı Ukrayna hərbçiləri ilk dəfə olaraq Fransanın “Mirage” qırıcılarından istifadə ediblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi Telegram kanalında məlumat verilib.
Martın 7-də Ukrayna hərbçiləri hücumu dəf etmək üçün "F-16" və "Mirage-2000 qırıcılarından istifadə ediblər. Fransa istehsalı olan “Mirage-2000” qırıcıları cəmi bir ay əvvəl Ukraynaya gətirilib və bu, onların döyüşdə ilk dəfə istifadə olunduğunu göstərir.
Fevralın 6-da Fransanın müdafiə naziri Sebastyan Lekornu “Mirage” qırıcılarının ilk partiyasının Ukraynaya çatdırıldığını elan edib. Onun sözlərinə görə, onlara təlim keçmiş ukraynalı pilotlar nəzarət edəcək. Xaricdə təlim bir neçə ay davam edib.
Rusiyanın Fransadakı səfirliyi Fransanın “Mirage 2000” qırıcılarının Kiyevə çatdırılmasından narahatlığını bildirib.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər