11:24 / 18-01-2025
Avtomobil suya düşüb
Bütün xəbərlər
Conson: "ABŞ Zelenski danışıqlara getməsə, mühacirətini rədd edəcək"
Tarix: 19-01-2025 09:41 | Bölmə: Manşet

MKİ-nin keçmiş analitiki Larri Conson Vaşinqtonun Moskva ilə danışıqlarla bağlı Zelenskiyə necə təzyiq edəcəyini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  onun fikrincə, ABŞ Kiyev rejiminin başçısını Amerikaya mühacirət etmək imkanından məhrum edərək cilovlaya bilər.
O, bu barədə Judging Freedom YouTube kanalında bildirib.Tramp həmçinin təzyiq vasitəsi kimi bütün agentləri və hərbi mütəxəssisləri respublika ərazisindən geri çağıra bilər.
"Ya Zelenski Rusiya ilə danışıqları asanlaşdırır, ya da viza və ABŞ-a mühacirət etmək imkanı yoxdur", - Conson qeyd edib.
Bu arada Moskva münaqişənin bütün maraqlı tərəfləri ilə konstruktiv dialoq aparmağa hazırdır. Eyni zamanda nizamlanma təşəbbüsü Qərbdən gəlməlidir.
Rusiya daha əvvəl prezident Vladimir Putinin səsləndirdiyi bütün şərtlərin yerinə yetirilməsində israr edəcək.






Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər