Bütün xəbərlər
İsrailin müdafiə naziri Qalant İranın nüvə obyektlərinə hücumları istisna etməyib
Tarix: 07-10-2024 12:47 | Bölmə: Manşet

Yoav Qalant vurğulayıb ki, İsrail İranın hücumuna necə cavab verəcəyi ilə bağlı öz qərarını verəcək.
İsrailin müdafiə naziri Yoav Qalant İranın nüvə infrastrukturuna zərbə endirmə ehtimalını istisna etməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Bütün variantlar müzakirə olunur"-Qalant jurnalistlərlə söhbətində deyib.
O, İsrailin ABŞ-la koordinasiya etdiyini, lakin İranın oktyabrın 1-də baş verən kütləvi hücumuna necə cavab verməklə bağlı müstəqil qərarlar verəcəyini izah edib.
CNN-in qeyd etdiyi kimi, Vaşinqton İranın nüvə infrastrukturuna hücumlara qarşı olduğunu açıq şəkildə bəyan edib.
Bu arada Tehran İsrail ordusu ilə birbaşa toqquşma olacağı təqdirdə artıq bir neçə ssenari hazırlayıb. "Tasnim"in məlumatına görə, əks hücumun formatı İDF-nin hərəkətlərindən asılı olacaq.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər