Bütün xəbərlər
Zelenski Baydenə Ukraynanın qələbəsi üçün plan göstərmək istəyir
Tarix: 05-09-2024 19:14 | Bölmə: Manşet

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenə Ukraynanın “qələbə planını” göstərəcəyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə NBC News-ə müsahibəsində bildirib.
Zelenski vurğulayıb ki, Kursk vilayətində gedən döyüşlər daha geniş hərbi-siyasi əməliyyatın tərkib hissəsidir, ona görə də Ukrayna Silahlı Qüvvələri bu əraziləri saxlayacaq. Ukrayna dövlət başçısı həmçinin əlavə edib ki, o, Kursk yaxınlığındakı əməliyyatdan əvvəl Baydenə “qələbə planı”nı göstərmək istəməyib.
“Mən bu planı ona görə qurmuşam ki, o, Rusiya Federasiyasının istəyi və ya istəməməsi ilə deyil, tərəfdaşlarımız sayəsində həyata keçirilə bilər”.
Zelenski qeyd edib ki, onun üçün Qərb tərəfdaşlarından heç birinin Rusiyanın buna razı olub-olmayacağını deməməsi vacibdir, çünki bu plan ondan asılı deyildi.
Daha əvvəl MKİ-nin keçmiş analitiki Larri Conson vurğulamışdı ki, Zelenski Kursk bölgəsinə zərbələr endirərkən Rusiyanın imkanlarını lazımi səviyyədə qiymətləndirməyib. Consonun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının planlaşdırılması son dərəcə yüksək səviyyədədir.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər