Bütün xəbərlər
Putin Mehriban Əliyevanı təbrik etdi
Tarix: 27-08-2024 19:10 | Bölmə: Manşet

                  putin-mehriban-eliyevani-tebrik-etdi



Rusiya Prezidenti Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məktubun mətnində deyilir:
“Hörmətli Mehriban Arif qızı.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Siz haqlı olaraq həmvətənləriniz arasında və xaricdə yüksək nüfuza maliksiniz.
Rusiyada Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığa şəxsi töhfənizi yüksək qiymətləndirirlər.
Bu yaxınlarda Bakıda keçirdiyimiz görüşü məmnunluqla xatırlayıram. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.


Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər