22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
NAXÇIVANDAN BAŞLANAN QURTULUŞ YOLU -KAMAL CAMALOV
Tarix: 09-05-2020 02:49 | Bölmə: Manşet
Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində çox bö­yük sınaqlara çəkilmiş,  mil­li var­lı­ğı­­nı qoru­maq naminə əzablı, keşməkeşli, mübarizələrlə dolu bir yol keç­miş­­­dir. Xalqımız doğma yur­­dun, əzəli-əbə­di torpaqlarının düşmən təcavüzündən qur­tul­­ma­sı, döv­­lətçiliyin mühafizəsi və möh­­kəmləndirilməsi, əra­zi bütövlüyünün qoru­­nub sax­lan­ması üçün əsrlərlə mü­barizə apar­mış­dır. Bu müqəddəs mübarizə salna­mə­­lərini isə vətənin böyük övladları, tarixi şəx­siy­yət­lə­ri yara­da bilmişdir. Onlar dövlət­çilik ənənələri for­ma­laşdırmış, iqtisadiyyatın dinamik inkişafına nail ol­­muş, milli döv­lət­­çi­lik siyasətimizi müəyyənləşdirmiş, mə­dəniyyətimizin nadir incilərinin ya­ran­­­ması və in­ki­şa­fını dəstəkləmiş, onları dünya mədəniyyətinə qo­vuş­durmuşdur. Gördü­yü işlər və əməlləri ilə fəxr et­di­yi­miz tarixi şəxsiyyətlər çoxdur. Lakin tarixi prosesin ya­radıcısı olan şəx­­siy­yətlər isə barmaqla sayıla bilər. On­lar cəmiyyət üçün, onun inkişafı, tərəq­qi­si üçün nə­­ha­yət­­siz bir səviyyədə lazım olan şəxsiyyətlərdir. «Dünya fəlsəfi və el­mi fikir tarixində cəmiy­yə­tin in­ki­­şafında, milli tərəqqi və sivilizasiyada tarixi şəx­siy­yə­tin rolu həmişə yüksək qiymət­lən­di­ril­­miş, ayrı-ayrı mil­lət və xalqların mədəni yük­sə­li­şində, dövlətin möh­kəmlən­mə­sin­də böyük şəx­­siy­­yət­lərin, ümummilli li­derlə­rin aparıcı mövqeyi əsas amillərdən biri kimi təsdiq­lən­­mişdir. Bu gün sürətlə dünya bir­li­yi­nə inteq­ra­siya olunan müstəqil Azərbaycan döv­ləti, onun zən­gin mə­­­­­də­ni irsə və sivil intellektual potensiala malik olan xalqının çağdaş milli tarixi Heydər Əliyevin adı ilə bağlıdır».
Belə bir xalq hikməti var. Bir nəfər aqil bir in­san­dan soruşur: «Ağıllı adam müdrik adam­dan nə ilə fərq­lənir? O cavab verir: Ağıllı adam problemləri həll edir, müdrik adam isə onları yaratmır». Bu mənada Heydər Əliyevin həqiqi ədalət adamı olması, başla­dı­ğı işin uğur­la başa çatması üçün nə­ha­yətsiz əzm və ira­də nümayiş etdirməsi, səbirli və siya­sət­də mahir ol­ma­sı, sülh, barış, əmin-aman­­lıq yolçusu olması hər bir öl­kə vətəndaşının qürur mənbəyidir. Heydər Əliyevin Tan­rıya və dininə sadiqliyi, yüksək vətənpərvərliyi və xal­qına, millətinə sadiq olması, azər­­­baycanlı ol­du­­ğun­dan həmişə, hər yerdə qürur duyması, gerçəyi sev­mə­si, reallığı düzgün qiy­­­mətləndirə bil­mə­­si, sözü ilə əməlinin bütövlüyü, haqqı çılpaq və sərt deyə bilmək cə­sarəti, pis­­liyə nifrət və onun daşıyıcılarını tənqid et­mək, yaxşıları isə mükafatlan­dırmaq və xalqın gö­zün­­­də ucaltmaq səy­ləri, fəzilət sahibi, mərhəmətli və şəf­qət­li olması, yaxşı danış­maq, gözəl ünsiy­­yət qabiliy­yə­­tinə malik olması və s. bu kimi alikeyfiyyətləri bu­gün­kü nəslin tərbiyə eta­lo­nu olmalıdır.
Çin filosofu Konfutsi hər bir insanda inam olmağın və o inamı doğurmağın böyük əhəmiyyətindən bəhs edərək müəllimlə şagirdi arasında gedən dialoqu belə təsvir edir:
-    Müəllim, ölkəni idarə etmək üçün nə lazımdır?
-    Lazımi qədər ərzaq, lazımi sayda ordu və xalqın inamı.
-    Əgər başqa cür çıxış yolu olmasa, bu üç şeyin hansından imtina etmək olar?
-    Ordudan.
-    Əgər başqa cür çıxış yolu olmasa, qalan iki şeyin hansından əl çəkərdin?
-    Ərzaqdan
Min illərdir ki, insan ölür, lakin xalq inamsız mövcud ola bilməz. İnsanı inam yaşadır.
Bu mənada 1990-1993-cü illərdə ruhdan düşmüş xalqda inamı yüksəldən, əhval-ruhiyyə yaradan məhz ümummilli lider Heydər Əliyev oldu.
1987-ci ilin noyabr ayında Heydər Əliyevin təqaüdə çıxması ərəfəsi idi. Üzdəniraq ermənilər Azərbaycan torpaqlarına qarşı məlum təcavüzə başladılar. 1990-cı ilin yanvarında xalqımıza qarşı törə­di­­lən ağır faciə zamanı möhtərəm Heydər Əliyev cənabları Azərbaycanın Moskvadakı daimi nümayən­də­li­yində bəyanət verərək xalqı ilə həmrəy olduğunu bildirdi, kədərini xalqla bölüşdü. Bu, həmin ağır anlarda təsəlliyə susamış xalq üçün böyük mənəvi dayaq idi.
1990-cı ilin iyunun 22-də Naxçıvanda, Azadlıq meydanında böyük siyasətçi Heydər Əliyevin xalqla görüşü bu görkəmli şəxsiyyətin vətənin məşəqqətli, böhranlı və taleyüklü günlərində Vətənlə, xalqla bir yerdə olmaq istəyinin ifadəsi idi. Mitinqdə çıxış edən Heydər Əliyevin aşağıdakı sözləri bu gün də xatirimizdədir. «Azərbaycan xalqı respublikanın ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi, Azad Azərbaycan uğrunda mübarizə apara­caq­dır». Bu möhtəşəm dönüş sarsılmaz bir zərurətlə - Heydər Əliyevin Azərbaycana  bu gün həmişəki kimi və həmişəkindən daha artıq lazım olduğu zərurətinin təntənəsi idi. Moskvadan Naxçıvana Qayıdış o dövrün  bəzi qəzetlərində yazıldığı kimi əyalət mərkəzinə yox, Vətənə qayıdış idi, böyük siyasətə yenidən və fəal şəkildə, bir mənalı, ardıcıl, qətiyyətli Qayıdış idi.
Ağır günlər keçirən və Ermənistanla 300 kilometr sərhədi olan Naxçıvan Muxtar Respublikasının bu dövrü olduqca gərgin, ziddiyyətli, eyni zamanda tələbkar və maraqlı bir dövr idi.
1990-cı ilin sentyabr seçkilərində öz mərd övladını Azərbaycan və Naxçıvan parlamen­t­lə­rinə deputat seçməklə xalq illərdən bəri tapdalanan mənafeyini və taleyini yenidən Heydər Əliyevə həvalə etdi. «Komsomolskaya pravda» qəzeti Azərbaycan Respublikası Ali Sovetinə seçkilərdən sonra «Əliyev qayıdır» adlı məqalədə yazırdı: «Uzun fasilədən sonra öz vətəninə qayıdan Heydər Əliyevin ayaqlarının altında xalq adətinə görə kəsilən qurbanların qanı hədər yerə axıdılmadı. Doğma Naxçıvan torpağına qayıdan siyasi büronun keçmiş üzvi za­ma­nın çağırışına cavab verməyi qərara almışdı. Və səhv etmədi. Kommunist Əliyev Respub­li­kada mandat uğrunda səslərin 95 faizini toplayan, parlaq qələbə qazanan yeganə şəxsdir». («İzvestiya» qəzeti, Moskva, 30 avqust, 1990-cı il). Həmin il noyabrın 17-də Heydər Əliye­vin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyasının qəbul etdiyi «Naxçı­van MSSR-in adının dəyişdirilməsi haqqında», «Naxçıvan MR-nın dövlət rəmzləri haqqın­da», noyabrın 21-də qəbul edilən «1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında»kı tarixi qərarlar dərin zəkadan doğan siyasi uzaqgörənliyin aydın və birgə sübutu idi.
17 noyabr 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası öz işinə Heydər Əliyevin sədrliyi ilə başladı. Onun təşəbbüsü ilə 17 noyabr 1990-cı ildə «Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında» qərarlar qəbul edildi və Naxçıvan Muxtar Res­pub­likası adı qəbul edilərək Sovet Sosialist sözləri çıxarıldı və Naxçıvan Muxtar Respub­li­ka­sının bayrağı qəbul edildi. Naxçıvan Muxtar Respublikası üzərində dalğalanan bu üç rəngli bayraq Azərbaycan Respublikasında 1991-ci il fevralın 5-də qəbul edildi.
1990-cı il 21 noyabrda qanlı yanvar hadisələrinə siyasi qiymət verildi, Dağlıq Qara­bağ­da yaranmış vəziyyətə münasibət bildirildi. Naxçıvan Muxtar Respublikasının Ali Məc­li­si hər il yanvar ayının 20-ni milli matəm günü elan etdi. Bu qərardan xeyli sonra, 1992-ci ilin 18 yanvarında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası «Şəhidlər günü elan olunması haqqında» qanun qəbul etdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqaladə sessiyasında depu­tat­la­rın təkidli xahişi və parlament binası önündə mitinq keçirən xalq kütlələrinin qəti tələbi ilə Muxtar Respublika Ali Məclisinin sədri seçilən Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlandı. Əslində yalnız Naxçıvanın deyil, Azərbaycan tarixində özünəməxsus yeri olan bu sessiya Heydər Əliyev dühasının parlaq təsdiqi, onun Azərbaycanın hakimiyyət olimpinə yenidən yüksəlişinin başlanğıcı olmuşdur. «Şərq qapısı» qəzeti 2 saylı xüsusi buraxılış səhifəsində Heydər Əliyevin Naxçıvan Muxtar Respubli­ka­sı­nın Ali Məclisinin sədr­liyinə seçilməsinə dair «Məclis iflic vəziyyətindən çıxır» başlıqlı məqalədə bu hadisənin Naxçıvanın müqəddəratı üçün həlledici əhəmiyyət kəsb etdiyini dərin inamla qeyd edirdi. Sessiyanın keçirildiyi ərəfədə istər Azərbaycanda, istərsə də Naxçıvanda yaranmış gərgin vəziyyət xalqı bu ağrıdan yalnız Heydər Əliyev şəxsiyyətinin çıxara biləcəyini göstərdi. Məhz ulu öndərin Ali Məclisin sədri vəzifəsində çalışdığı illər bu həqiqətin yeganə variant oldu­ğu­nu sübut etdi. Naxçıvan parlamentinin sədri işləyərkən Ali Məclisin 26 oktyabr və 14 dekabr 1991-ci il tarixli «Dövlət müstəqilliyi haqqında» və «Azərbaycan Respublikasının döv­­lət müstə­qilliyi üzrə referendum keçirilməsi haqqında» Respublika Ali Sovetinin 18 oktyabr və 15 noyabr 1991-ci il tarixli qanunvericilik aktlarına tərəfdar çıxılması, «Naxçı­van MR-da yerləşən silahlı qüvvələrin hissələrinin statusu haqqında» Ali Məclisin 1991-ci il oktyabrın 26-da qəbul etdiyi qərar, Heydər Əliyevin davamlı siyasi-diplomatik fəaliyyəti sübut etdi ki, onun üçün müstəqilliyimizin qorunması və əbədiləşdirilməsindən mühüm və əhəmiyyətli məsələ olmamışdır.
Heydər Əliyevin Naxçıvanda respublika üçün apardığı taleyüklü işlər dünya mət­buatı­nın, siyasi xadim­lərin, bütün kütləvi informasiya vasitələrinin, siyasi parti­yaların nü­ma­­yən­­dələrinin diqqətini cəlb edirdi. Onlar Naxçı­vana gəlir, bu dahi şəxsiyyətin çıxışlarını din­ləyir, Nax­çıvan Muxtar Respublikası, eləcə də Azərbaycandakı vəziy­yət Respublikanın gələ­cəyi haqqında onun dəyərli fikirlərini eşidirdilər.
1991-ci ilin dekabrın 29-da keçirilmiş referendumda iştirak edən azərbaycanlıların 95 faizdən çoxu müstəqilliyimizin bərpasına tərəfdar çıxdı. Lakin bundan əvvəl məhz həmin ilin  dekabrın 16-da Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan parlamentinin qəbul etdiyi «31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü haqqında» qərarda sərhəd hərəkatı tariximizə bayram günü kimi daxil oldu.
Bildiyimiz kimi, may ayının lap əvvəllərindən erməni silah­lı birləşmələri Nax­çıvana qarşı irimiqyaslı hərbi əməliyyatlara başladılar. Bakıdan fərq­li olaraq, Naxçıvanda xalqla rəhbərliyin vəhdəti düşmənə rəşadətlə si­nə gərərək torpaqları qoruyub saxlamağa kömək etdi. Bu dövrdə məhz Heydər Əliyevin siyasi bacarığı, uğurlu dip­lo­matik gedişləri və Türkiyə Cumhuriyyəti ilə yaratdığı düşünülmüş əlaqələrlə üzdəniraq Ermə­nis­ta­nın hərbi təcavüzünü dünya ictimaiyyətinin pisləməsinə, Naxçıvanın isə xilasına nail oldu.
Bütünlükdə, 1992-ci il Muxtar Respublika üçün çox mürəkkəb və məsuliyyətli olmuşdur. Bu dövrdə Ali Məclisin sədri Heydər Əliyev Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətin yaxşı­laş­dırılması sahəsində bir sıra mühüm addımlar atmışdır. Onun qonşu Türkiyə və İrana səfərləri və həmin səfərlər zamanı imzalanan iqtisadi-mədəni əmək­­daşlıq barədə protokollar, Naxçıvan-Türkiyə «Ümid kör­pü­sü»nün açılması, iki qardaş öl­kə arasında əlaqələrin uzun illərdən son­ra bərpa edilməsi sonrakı mərhələdə Naxçıvanın yal­nız iqtisadi hə­ya­tın­da deyil, həmçinin, siyasi həyatında da müstəsna rol oynamışdır. Bu mü­­hüm siyasi gedişlər Heydər Əliyevin əsl xilaskarlıq vəzifəsinin təzahürü idi. Bu böyük şəx­siy­yət açılmış körpünü haqlı olaraq «arzu və ümidlərin körpüsü» adlandırmışdı. Körpü­nün açılışı münasibətilə Naxçıvana gəl­miş Süleyman Dəmirəl bu açılışı Azərbaycan və Türkiyə arasında əmək­daş­lığın yeni dövrünün başlanğıcı adlandırdı.
Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin 1992-ci il  aprelin 6-da keçirilən sessiyası demokratik proseslər baxımından xüsusi maraq do­ğu­rurdu. Sessiyada «Zərərlə işləyən kol­xoz və sovxozlar haqqında» və «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qara­sı­nın özəlləş­dirilməsi haqqında» qərarlar qəbul edildi. Novator dövlət xadimi olan Heydər Əliye­vin siyasi uzaqgörənliyi və fəhmi sayəsində atılmış bu ad­dım Azərbaycanda yeni döv­rün bu tələblərinə uyğun bu gün aparılan iqtisadi islahatların başlanğıc mərhələsi olmaq­la o zaman Muxtar Respublika iqtisadiyyatının aqrar sahəsinin tam məhvolma təhlükəsini aradan qaldırdı.
Respublikadakı siyasi hərc-mərclik və ölkənin idarə olunmazlığı Yeni Azər­bay­can Partiyasının yaranması prosesini sürətləndirirdi. 1992-ci il noyabrın 5-də Heydər Əliyev par­tiyanın Təş­ki­lat Komitəsinin, noyabrın 21-də isə Azər­bay­­canın nüfuzlu ziyalılarının iştirakı ilə Naxçıvan şəhərində keçirilən təsis konfransında yekdilliklə Yeni Azər­bay­can Partiyasının sədri seçildi.
Məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti dövründə onun güclü və siyasi fəda­kar­lığı nəticəsində Qars müqa­viləsinin şərtləri bərpa olundu, qüvvəyə mindi. Nax­çıvan mühari­bə­dən qorunmağa müvəffəq oldu, sülh reji­mi haqqında Ermənistan rəhbərliyi ilə razılığa gəlindi. Naxçıvan əsrin bu dəfəki sərt sınağından da uğurla çıxmağa qolunda qüv­vət tapdı. Artıq aparılmış yüksək planlı, mütəşəkkil təşkilatı və ideoloji fəaliyyət nəticəsində Naxçıvan həqi­qətləri bütün dünyaya çatdırılmışdı. Dünya ictimaiyyətində böyük bir ciddi rəy yaranmışdı ki, Naxçıvana, Azərbaycana hücum Ermənistan tərəfindən həyata keçirilən hər­bi təcavüzdür. Bu dövrdə altmışdan artıq dövlət rəsmi surətdə Ermənistanın Naxçıvana qarşı hərbi hücumlarını pisləmiş, öz kəskin etirazlarını artıq dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdi.
Böyük xilaskar Naxçıvanda gördüyü işlərə yekun vuraraq 3 aprel 1993-cü il tarixli «Rossiyskiy fermer» qəzetində müxbirlərlə söhbətində demişdi: «Öz adıma artıq heç bir şey çıxmayaraq, deyə bilərəm və həyatda fəxr etməyə həqiqətən dəyər ki, mən həmin müddət ərzində Naxçıvanı müharibədən qorudum».
Muxtar Respublika 1993-cü ilə nisbi ictimai-siyasi sabitlik şəraitində qədəm qoydu. İlin birinci yarısında Muxtar Respublika xarici, xüsusilə qon­şu Türkiyə və İran dövlətləri ilə əla­qə­lərinin inkişafının yeni mər­hə­lə­si­nə çıxmış, fevral-mart aylarında həmin dövlətlərin Naxçıvanda kon­sul­luq­ları açılmışdı. Bakıdakı bir sıra xarici ölkə səfirliklərinin nümayən­də­lə­ri Naxçıvana gələrək Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev cənabları ilə müvafiq danışıqlar aparırdılar.
Tarixi zərurət - birbaşa xalqın tələbi, respublikada yaranmış böh­ran­lı şərait, hərc-mərclik, ölkəmizin müstəqilliyi üçün yaran­mış real təh­lü­kə 1993-cü ilin iyununda görkəmli dövlət xadimi Heydər Əliyev cənab­la­rının yenidən Azərbaycana rəhbərliyə qayıtmasına zəmin yaratmış ol­du. Çünki əzilən, məhv olan onun xalqı idi, tapdalanan, parçalanan onun Vətəni idi.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun müdrik sözləri ilə desək «Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına - Azər­bay­ca­nı Azərbaycana qaytarmaq mə­ra­mı­na xidmət edir»di.
Qüdrətli siyasətçi Heydər Əliyev cənabları öz siyasi qüvvə və baca­rı­ğını Azərbaycanın müs­təqilliyinin möhkəm­ləndirilməsinə, dövlət­i­mi­zin bey­nəlxalq aləmin sivilizasiyalı, çağdaş və inkişaf etmiş dövlətləri sıra­sı­na çıxmasına, res­pub­li­kamızın ictimai-siyasi, sosial-iqtisadi və mə­də­ni hə­­ya­tının çiçəklənməsinə sərf edirdi.
Ümummilli liderin Azərbaycana rəhbərliyi döv­rün­dəki fəaliyyətin­də də Naxçıvan Muxtar Respublikasına qayğı özünü hə­yati şəkildə hiss etdirirdi. Onun Naxçıvana səfərləri təkcə doğulduğu tor­pağı ziyarət etmək deyil, burada gedən yeni quruculuq işlərini öz göz­­ləri ilə görmək, dəyərli tövsiyyələr və məsləhətlər verməklə bu tərəq­qi­yə kömək etmək məra­mın­dan doğurdu. Məhz Azərbaycan MEA-nın Naxçıvan bölməsi­nin yaradılması, Gəmi­qa­ya­da aparılan yeni arxeoloji tədqiqatlar, Vayxır su anbarının tikintisi, yeni təyyarə limanının isitifa­də­yə verilməsi, tikilən yeni məktəblər, qurulan körpülər, çəkilən yollar məhz Heydər Əliyevin böyük qayğısının nəticəsi idi. İnşası 1999-cu ildə başa çatdırılıb tələbələrin isti­fadəsinə verilmiş 1600 yerlik yeni tədris korpusu Azərbay­can Respublikasının Prezidenti cənab Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinə böyük töhfəsi hesab edilə bilər. Azər­­baycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: «Naxçıvan Dövlət Universi­te­­tinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının inkişafının məntiqi nəticəsidir».
Bu gün zəngin maarifçilik ənənələrinin layiqli davamçısı olan bu universitet Muxtar Respublikanın ali təhsilli mütəxəssislərə olan ehti­ya­cı­nı ödəyən müasir təhsil mərkəzinə çev­ril­­mişdir. Fərəhli haldır ki, bu təhsil ocağının yetirmələri həm Naxçıvanın müxtəlif gu­şə­lə­rin­də, həm də onun hüdudlarından kənarda uğurla çalışırlar. Azərbaycan xalqının ümum­mil­li lideri, universitetimizin fəxri doktoru Heydər Əliyev demiş­dir: «Bu ali məktəb qonşu ölkələrin elm və təhsil mərkəzləri ilə geniş əla­qə­lər yaratmaqla bir daha Naxçıvanın Şərqin qapısı olduğunu nümayiş etdirir».
Ulu öndər Heydər Əliyevin universitetimizdə yeni tədris kor­pu­su­nun açılışı mərasi­­min­dəki parlaq nitqi universitetin keçdiyi yola verilən yüksək siyasətdir. Həmin nitqdə deyi­lir­di: «Naxçıvan Muxtar Res­pub­li­ka­sının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali mək­təb­lə­­rindən, ali təhsil ocaqlarından biridir...Mən bu gün böyük iftixar hissi ke­çi­rirəm ki, 30 il öncə əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi bö­yük şöh­rətə malik­dir... Universitet tələbələrinə yüksək vətənpərvərlik, təh­sil uğ­runda daim mübarizə aparmaq üçün əzm arzulayıram... Naxçıvan gənc­lə­rinə arzu və tərbiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Nax­çı­vanı qursunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yük­səlt­sinlər».
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Dövlət Universiteti­nin fəxri doktoru idi. Elmi şura özünün 9 oktyabr 1999-cu il tarixli qərarı ilə ölkə preziden­ti­nə fəxri doktorluq elmi dərəcəsi ver­məklə onun bütövlükdə milli ali  təhsilin, o cümlədən Naxçıvan Döv­lət Universitetinin inkişafındakı misilsiz xidmətləri qarşısında özünün mə­nəvi borcunu ifadə etmişdi.
Böyük şəxsiyyət və müdrik dövlət xadimi Heydər Əliyevin keçdi­yi zəngin həyat yoluna nəzər saldıqda, xalq üçün, millət üçün etdiklərini bir-bir göz önünə gətirdikdə bütün bunların bir insan ömrünə sığacaq zaman kəsiyində baş verdiyinə heç cür inanmaq olmur. Çoxları bunu rəhbərin fenomenal iş qabiliyyəti, enerjisi ilə, həddən artıq məsuliyytə və tə­ləb­kar olması ilə izah edir. Bu doğrudan da belədir. Lakin məkan və zaman çərçivəsinə sığmayan o nəhənglikdə işləri görmək üçün məncə sadalanan keyfiyyətlər bəs etmir. Çünki o deyilən keyfiyyətlər mənsub olduğu xalqa, millətə, Vətənə, doğulduğu torpağa Naxçıvana hədsiz bir məhəbbət və sevgi ilə döyünən qəlbdən qida alırdı. Heydər Əliyevin Azərbaycana olan məhəbbəti bu ölkənin özü boyda idi. Azərbaycanın böyüklüyünü görmək istəyənlər qoy ona Heydər Əliyevin qəlbinin gözü ilə baxsınlar.
Hamımıza məlumdur ki, Heydər Əliyevin dövlət baş­çı­sı kimi fəaliyyətinin  hər bir ayı və günü onun daxili və xari­ci diplomatik siyasə­ti­nə, Azərbaycanın müasir tarixinin səhi­fələrinə yeni uğurlular gətirirdi. Məhz bu uğurlar blo­ka­da şəraitində yaşayan Naxçıvanlı­lar­da gələcəyə böyük ümidlər yaratmış, onları müstəqilliyimizin daha da möhkəm olması üçün əllərindən gələni əsirgəməyə istiqamətlən­dir­mişdir.
Tarixi minilliklərlə ölçülən qədim Naxıvanın mərkəzindən tutmuş ucqar dağ kəndlərinə, sərhəd məntəqələrinə qədər hər yerində ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsini görürük. Müstəqillik yolları ilə inamla irəliləyən Azərbaycan öz inkişafının yüksəliş dövrünü yaşayır və yaşamaqdadır. Ölkə prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində respublikamızda demokratik cəmiy­yət quruculuğu müvəffəqiy­yətlə həyata keçirilir, dövlətimizin beynəlxalq nüfuzu günü-gündən artır. Sosial-iqtisadi və mədəni həyatın müxtəlif sahələrində də köklü islahatlar aparılır, yüksək ixtisaslı və savadlı kadrların hazırlanması istiqamətində mühüm dövlət tədbirləri həyata keçirilir.
Yekun olaraq qeyd edək ki, «Mən hə­mişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azər­baycanlıyam» – deyən ümummilli lider Heydər Əliyevin tamamlaya bilmədiyi işi, onun layiqli da­vam­çısı prezident cənab İlham Əliyev bacarıq və sə­riştə ilə aparmaqdadır.
Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
AYB-nin üzvü



Baxış sayı: 1 095


Bölməyə aid digər xəbərlər