Bütün xəbərlər
Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim etdi
Tarix: 27-01-2021 14:48 | Bölmə: Karusel

                 Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim etdi


Bu gün Azərbaycanın yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim olunub.
Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, Rəşad Nəbiyevi kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyinat alıb.


Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər