Bütün xəbərlər
“Bəzi təsirlər nəticəsində baş yarmaq ortaya çıxdı…” - Şeyx
Tarix: 10-09-2019 16:54 | Bölmə: Gündəm

                        “Bəzi təsirlər nəticəsində baş yarmaq ortaya çıxdı…”


“İllər keçməsinə baxmayaraq, hələ də Azərbaycanda Aşura günü ənənəsi yaşadılır. Sonrakı dövrlərdə bəzi təsirlər nəticəsində zəncir vurmaq, baş yarmaq, qançıxarma məsələləri baş verdi və bu hallar bəyənilmirdi. Buna görə də qərara gəldik ki, qanvermə aksiyası olsun”.
“Qafqazinfo” xəbər verir ki, bunu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün keçirilən qanvermə aksiyasında çıxış edərkən deyib.
O bildirib ki, təmsil etdiyi qurum və Qazilər Şurasının qərarı ilə qanvermə aksiyasının keçirilməsinə qərar verilib: 
“Biz öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir. Hazırda Azərbaycanın bir çox məscidlərində qanvermə aksiyası davam edir. Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. Hesab edirəm ki, bu, savablı işdir. Mən bununla bərabər bu gün Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də başsağlığı verirəm”.



Baxış sayı: 543


Bölməyə aid digər xəbərlər