22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Su çərşənbəsi qeyd edildi
Tarix: 21-02-2018 00:41 | Bölmə: Gündəm
Novruz bayramının ilk çərşənbəsi su çərşənbəsidir. Bu çərşənbədə su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su ilə bağlı müxtəlif tədbirlər keçirilir. Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Novruz bayramının ilk çərşənbəsi - su çərşənbəsi qeyd edildi. Məktəbin müəllimi Suğra Fərəcovanın rəhbərliyi altında 4a sinif şagirdləri su çərşənbəsinə həsr olunmuş adət-ənənələri səhnələşdirdilər. Şagirdlər bayatılar, şeirlər söyləyib "haxışta" və yallı getdilər.
















Baxış sayı: 1 495


Bölməyə aid digər xəbərlər