Bütün xəbərlər
Nazir müavini: Taxta bazarındakı yanğının yayılma təhlükəsi yoxdur
Tarix: 22-08-2019 19:25 | Bölmə: Gündəm

                             

Paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarındakı yanğına 250-dən artıq canlı qüvvə və 32 texnika cəlb olunub.
Trend-in məlumatına görə, bunu Bakının taxta bazarında yanğın baş verən əraziyə gələn fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Onun sözlərinə görə, yanğının yayılma təhlükəsi yoxdur:
“Yanğın 3 saatdan artıqdır ki, davam edir. Müxtəlif yerlərdə mənbələr var, bunlar quru taxtalardır. Yanğının sahəsinə gəldikdə isə, təqribən 1500 kv.m-dən artıqdır. Hadisənin səbəbi isə işlərin yekununda bilinəcək”.
Nazir müavini əlavə olaraq bildirib ki, rayonlarda da meşə və meşə ətrafında olan yanğınlar davam edir.



Baxış sayı: 566


Bölməyə aid digər xəbərlər