23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
NAXÇIVAN ŞƏHƏRİ GƏNCLƏRİN PAYTAXTI-HAMIMIZIN QÜRURU
Tarix: 02-02-2018 19:45 | Bölmə: Gündəm

Keçdiyimiz tarixi və iqtisadi inkişaf yoluna nəzər saldıqda görürük ki, muxtar respublikamız əsasları ümummilli liderimiz böyük Heydər Əliyev tərəfindən müəyyən edilən və xilaskarlıq missiyası ilə başlayan bu inkişaf son 22 ilin ən mühüm və ən qürurverici xronikasını təşkil etmişdir. Əldə edilən uğurlar muxtar respublikanın hər bir ərazisini əhatə etmiş, müasirliyin, tərəqqinin, intibahın, bir sözlə, xoş məram və niyyətin ən gerçək ifadəsinə çevrilmişdir.
Keçən müddət ərzində muxtar respublika bütövlükdə Azərbaycan dövlətinin milli, iqtisadi, sosial və bütün sahələr üzrə maraqlarının qorunmasına sədaqətlə tövfə verərək hər bir sahədə gənclik anlayışının üstün tutulmasına nail olmuşdur. Belə ki, müasir müstəqillik illərində Naxçıvan Muxtar Respublikası elə:
- gənc ideyaların paytaxtı oldu. Dövlət quruculuğunun, sosial dayanıqlığın, iqtisadi inkişafın ən zəruri və strateji xəttini müəyyən etməklə, onun davamlılığına şərait və zəmin yaratdı. Muxtar respublikanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər eyni zamanda Azərbaycanın Dövlət Gənclər Siyasətinin hərəkətverici qüvvəsinə çevrildi;
- gənc islahatların paytaxtı kimi fəaliyyət göstərdi. Bazar münasibətlərinə yenicə keçid etdiyimiz ötən əsrin 90-cı illərinin əvvəllərində makoriqtisadi proseslərin tənzimlənməsində və səmərəliliyinin təşkilində yaradıcı ideyalara müəlliflik etdi. Bununa da müasir müstəqillik şəraitində insanların əmək, məşğulluq, istehsal, istehlak və digər sahələr üzrə münasibətlərinə yeniliklər gətirilmiş oldu;
- gənc mədəniyyətlərin paytaxtına çevrildi. Tənzimlənən proseslərin gedişi muxtar respublikadan başlanmaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər həyatında özünü göstərirdi. Bu, həm də makroiqtisadi zəmində regional siyasətin faydalılığına imkanlar açmaqla onun məhsuldarlığını təmin edirdi. Təbii ki, bütün bunlar muxtar respublikanın ölkənin yeni inkişaf mərhələsində mədəniyyətlər mərkəzinə çevrilməsinə imkanlar açırdı. Hələ 2009-cu ildən türkdilli ölkələrin Zirvə görüşünə ev sahibliyi etməklə beynəlxalq mahiyyət kəsb edən mədəniyyətlərə qapılarını açdı. Elə təsadüfi deyil ki, hazırda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinəəsasən yaradılmışdır. Yəni bununla da muxtar respublika mədəniyyətlər mərkəzinə doğru yolda gənc addımlarını atmağa başladı;
- inkişafın paytaxtı kimi səmərəli fəaliyyət sərigələdi. ölkəmizin sosial-iqtisadi həyatında, onun davamlı inkişaf proseslərində daima ən üstün səviyyədə mövqe nümayiş etdirən muxtar respublika Azərbaycanın müasir milli iqtisadi inkişafında öz töhfələrini verməkdədir. Bütün bunlar təbii ki, yeni istehsal münasibətlərinin ən təkmil səviyyəsinə çevrildi. Məşğulluq siyasətinin səmərəliliyi, onun regional mahiyyətinin yüksəldilməsi və bu sahədəki potensialın artırılması ölkədəki makroiqtisadi siyasətin samərəliliyinin təmin edilməsində muxtar respublika öz sözünü dedi. Həyata keçirilən bütün tədbirlər güclü və perspektivli ideyalar fonunda öz təkmil nətcələrini verməkdədir. Təbii ki, bunlar muxtar respublikanın inkişaf yolu ilə gəncləşən simasına yeni dəyərlər gətirmiş oldu.
Bu gün dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Naxçıvan Muxtar Respublikası elmin, təhsilin, araşdırmanın, tədqiqatların, müasir düşüncənin, yüksək elmi cəhətdən əsaslandırılmış fikrin mənbəyi kimi mühüm mərhələni təmin etməkdədir. İqtisadiyyatın sahə strukturunun təşkilatlanması məhz bütün tərəfləri ilə yanaşı, həm də gənclərin təhsili, savadlanması, firəvan yaşaması, asudə vaxtlarının səmərəli keçirilməsi, ölkənin ixtisaslaşdırılmış kadr potensialının inkişafına təkan olmaq kimi vacib məsələlərin təşkilinə istiqamətlənib. Məhz buna görə də muxtar respublikanın ən ucqar kəndlərində belə yeni fikrin, dəqiq araşdırmanın, təhsilin, tədrisin, etibarlı istinadın dərin izlərini görməkdəyik.
Naxçıvan Muxtar Respublikasında gənclərin dövlət qayğısı ilə əhatələnməsi istiqamətində tarixi dövr yaşanmaqdadır. Muxtar Respublika Ali Məclisinin Sədri tərəfindən sosial-iqtisadi və hüquqi islahatların davam etdirilməsi dövlətin digər sahələrlə yanaşı gənclərin diqqətdə saxlanılmasının və vətənpərvərlik ruhunun yüksəldilməsinin çox zəruri təzahürüdür. Bunlara diqqət edəndə görülən perspektivli tənzimləmələr içərisində:
- 31 yanvar 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında imzalanan Fərman və bu Fərmanla təsdiq edilən Naxçıvan Muxtar Respublikasında Gənc İstedadlarının “Qızıl Kitabı”na adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi Qaydaları;
- 20 iyun 2014-cü il tarixdə Naxçıvan Muxtar Respub-likasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam;
- 23 avqust 2014-cü ildə “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatlarının təsis edilməsi, Mükafat Komissiyasının yaradılması və Əsasnaməsinin təsdiq olunması haqqında” Fərman;
- 4 sentyabr 2014-cü ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi haqqında” Fərman;
- 14 mart 2015-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncam;
- 27 iyul 2015-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam və s. görməkdəyik.
Bütün bunlar imkan vermişdir ki, yeni və gənc nəsil özü üçün oxumağı, ölkənin bu günü, sabahı və gələcəyinin etibarlılığının təmin olunması üçün stimul hiss etsin və bu yolda qətiyyətlə addımlasın. Təbii ki, bunlar muxtar respublikada gənclərin fəaliyyəti üçün çox münbit şərait yaratmaqdadır. Onlar daima Azərbaycançılıq ideologiyasının məsuliyyətini dərk edir və bu yöndə bütün qüvvələrini səfərbər edirlər. Elə bu, bütün dövrlər üzrə ən yüksək mədəni kefiyyətləri aşılamaqdadır və Naxçıvan şəhərinin Gənclər Paytaxtı olmasına ümidləri artırmaqda idi.
Çox qürurverici haldır ki, muxtar respublikamız ötən illərdə olduğu kimi yenicə keçid etdiyimiz 2018-ci ilin elə birinci ayından əldə etdiyi uğurlara yenisini də əlavə etdi. Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən hələ 2 iyun 2016-cı il tarixdə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalanmışdır. Bu Naxçıvana yüksək dövlət qayğısının ən böyük təsdiqidir. Eyni zamanda bu, muxtar respublikanın qazandığı uğurlara və onun milli iqtisadiyyatın inkişafına bəxş etdiyi töhfələrin davamlılığına dövlətimizin verdiyi böyük dəyərdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında” 23 yanvar 2017-ci il tarixili Sərəncamı sözügüdən sahə üzrə həyata keçirilən tədbirlərin təşkilati-hüquqi və siyasi əhəmiyyətini daha da artırmışdır.
Beləliklə, Naxçıvan Muxtar Respulikası 2018-ci ilə bütün sahələr üzrə pozitiv addımlarla başladı. Tam inanırıq ki, böyük Heydər Əliyev siyasətinin ölkəmizdə, onun regionlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsi yaxın gələcəkdə ərazi bütövlüyümüzün yenidən bərqərar olunmasına təkan verəcək və QƏLƏBƏLƏR PAYTAXTI müjdəsini belə fəxrlə paylaşacağıq.



Baxış sayı: 1 926
Bölməyə aid digər xəbərlər
Tarix: 02-02-2018 19:45 | Bölmə: Gündəm

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Ötən illərin çox mühüm sosial-iqtisadi nəticələrinə görə yalnız inkişafı hədəfləyən və ona nail olan Naxçıvan Muxtar Respublikası yenicə keçid etdiyimiz ilə də hər birimizə qürur bəxş edən uğurlarla başladı. 31 yanvar tarixdən Naxçıvan Gənclər Paytaxtı olaraq bizlərə növbəti xoş müjdəsini verdi. Əvvəlki illərin təcrübəsində yeniliklərin, tərəqqinin, innovativ təcrübənin, təşkilati proseslərin vəhdətindən ibarət tədbirlərin məkanına çevrilən muxtar respublikamız həmin ənənəsinə yenə də sadiq qaldı. Keçdiyimiz tarixi və iqtisadi inkişaf yoluna nəzər saldıqda görürük ki, muxtar respublikamız əsasları ümummilli liderimiz böyük Heydər Əliyev tərəfindən müəyyən edilən və xilaskarlıq missiyası ilə başlayan bu inkişaf son 22 ilin ən mühüm və ən qürurverici xronikasını təşkil etmişdir. Əldə edilən uğurlar muxtar respublikanın hər bir ərazisini əhatə etmiş, müasirliyin, tərəqqinin, intibahın, bir sözlə, xoş məram və niyyətin ən gerçək ifadəsinə çevrilmişdir.
Keçən müddət ərzində muxtar respublika bütövlükdə Azərbaycan dövlətinin milli, iqtisadi, sosial və bütün sahələr üzrə maraqlarının qorunmasına sədaqətlə tövfə verərək hər bir sahədə gənclik anlayışının üstün tutulmasına nail olmuşdur. Belə ki, müasir müstəqillik illərində Naxçıvan Muxtar Respublikası elə:
- gənc ideyaların paytaxtı oldu. Dövlət quruculuğunun, sosial dayanıqlığın, iqtisadi inkişafın ən zəruri və strateji xəttini müəyyən etməklə, onun davamlılığına şərait və zəmin yaratdı. Muxtar respublikanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər eyni zamanda Azərbaycanın Dövlət Gənclər Siyasətinin hərəkətverici qüvvəsinə çevrildi;
- gənc islahatların paytaxtı kimi fəaliyyət göstərdi. Bazar münasibətlərinə yenicə keçid etdiyimiz ötən əsrin 90-cı illərinin əvvəllərində makoriqtisadi proseslərin tənzimlənməsində və səmərəliliyinin təşkilində yaradıcı ideyalara müəlliflik etdi. Bununa da müasir müstəqillik şəraitində insanların əmək, məşğulluq, istehsal, istehlak və digər sahələr üzrə münasibətlərinə yeniliklər gətirilmiş oldu;
- gənc mədəniyyətlərin paytaxtına çevrildi. Tənzimlənən proseslərin gedişi muxtar respublikadan başlanmaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər həyatında özünü göstərirdi. Bu, həm də makroiqtisadi zəmində regional siyasətin faydalılığına imkanlar açmaqla onun məhsuldarlığını təmin edirdi. Təbii ki, bütün bunlar muxtar respublikanın ölkənin yeni inkişaf mərhələsində mədəniyyətlər mərkəzinə çevrilməsinə imkanlar açırdı. Hələ 2009-cu ildən türkdilli ölkələrin Zirvə görüşünə ev sahibliyi etməklə beynəlxalq mahiyyət kəsb edən mədəniyyətlərə qapılarını açdı. Elə təsadüfi deyil ki, hazırda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinəəsasən yaradılmışdır. Yəni bununla da muxtar respublika mədəniyyətlər mərkəzinə doğru yolda gənc addımlarını atmağa başladı;
- inkişafın paytaxtı kimi səmərəli fəaliyyət sərigələdi. ölkəmizin sosial-iqtisadi həyatında, onun davamlı inkişaf proseslərində daima ən üstün səviyyədə mövqe nümayiş etdirən muxtar respublika Azərbaycanın müasir milli iqtisadi inkişafında öz töhfələrini verməkdədir. Bütün bunlar təbii ki, yeni istehsal münasibətlərinin ən təkmil səviyyəsinə çevrildi. Məşğulluq siyasətinin səmərəliliyi, onun regional mahiyyətinin yüksəldilməsi və bu sahədəki potensialın artırılması ölkədəki makroiqtisadi siyasətin samərəliliyinin təmin edilməsində muxtar respublika öz sözünü dedi. Həyata keçirilən bütün tədbirlər güclü və perspektivli ideyalar fonunda öz təkmil nətcələrini verməkdədir. Təbii ki, bunlar muxtar respublikanın inkişaf yolu ilə gəncləşən simasına yeni dəyərlər gətirmiş oldu.
Bu gün dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Naxçıvan Muxtar Respublikası elmin, təhsilin, araşdırmanın, tədqiqatların, müasir düşüncənin, yüksək elmi cəhətdən əsaslandırılmış fikrin mənbəyi kimi mühüm mərhələni təmin etməkdədir. İqtisadiyyatın sahə strukturunun təşkilatlanması məhz bütün tərəfləri ilə yanaşı, həm də gənclərin təhsili, savadlanması, firəvan yaşaması, asudə vaxtlarının səmərəli keçirilməsi, ölkənin ixtisaslaşdırılmış kadr potensialının inkişafına təkan olmaq kimi vacib məsələlərin təşkilinə istiqamətlənib. Məhz buna görə də muxtar respublikanın ən ucqar kəndlərində belə yeni fikrin, dəqiq araşdırmanın, təhsilin, tədrisin, etibarlı istinadın dərin izlərini görməkdəyik.
Naxçıvan Muxtar Respublikasında gənclərin dövlət qayğısı ilə əhatələnməsi istiqamətində tarixi dövr yaşanmaqdadır. Muxtar Respublika Ali Məclisinin Sədri tərəfindən sosial-iqtisadi və hüquqi islahatların davam etdirilməsi dövlətin digər sahələrlə yanaşı gənclərin diqqətdə saxlanılmasının və vətənpərvərlik ruhunun yüksəldilməsinin çox zəruri təzahürüdür. Bunlara diqqət edəndə görülən perspektivli tənzimləmələr içərisində:
- 31 yanvar 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında imzalanan Fərman və bu Fərmanla təsdiq edilən Naxçıvan Muxtar Respublikasında Gənc İstedadlarının “Qızıl Kitabı”na adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi Qaydaları;
- 20 iyun 2014-cü il tarixdə Naxçıvan Muxtar Respub-likasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam;
- 23 avqust 2014-cü ildə “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatlarının təsis edilməsi, Mükafat Komissiyasının yaradılması və Əsasnaməsinin təsdiq olunması haqqında” Fərman;
- 4 sentyabr 2014-cü ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi haqqında” Fərman;
- 14 mart 2015-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncam;
- 27 iyul 2015-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam və s. görməkdəyik.
Bütün bunlar imkan vermişdir ki, yeni və gənc nəsil özü üçün oxumağı, ölkənin bu günü, sabahı və gələcəyinin etibarlılığının təmin olunması üçün stimul hiss etsin və bu yolda qətiyyətlə addımlasın. Təbii ki, bunlar muxtar respublikada gənclərin fəaliyyəti üçün çox münbit şərait yaratmaqdadır. Onlar daima Azərbaycançılıq ideologiyasının məsuliyyətini dərk edir və bu yöndə bütün qüvvələrini səfərbər edirlər. Elə bu, bütün dövrlər üzrə ən yüksək mədəni kefiyyətləri aşılamaqdadır və Naxçıvan şəhərinin Gənclər Paytaxtı olmasına ümidləri artırmaqda idi.
Çox qürurverici haldır ki, muxtar respublikamız ötən illərdə olduğu kimi yenicə keçid etdiyimiz 2018-ci ilin elə birinci ayından əldə etdiyi uğurlara yenisini də əlavə etdi. Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən hələ 2 iyun 2016-cı il tarixdə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalanmışdır. Bu Naxçıvana yüksək dövlət qayğısının ən böyük təsdiqidir. Eyni zamanda bu, muxtar respublikanın qazandığı uğurlara və onun milli iqtisadiyyatın inkişafına bəxş etdiyi töhfələrin davamlılığına dövlətimizin verdiyi böyük dəyərdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında” 23 yanvar 2017-ci il tarixili Sərəncamı sözügüdən sahə üzrə həyata keçirilən tədbirlərin təşkilati-hüquqi və siyasi əhəmiyyətini daha da artırmışdır.
Beləliklə, Naxçıvan Muxtar Respulikası 2018-ci ilə bütün sahələr üzrə pozitiv addımlarla başladı. Tam inanırıq ki, böyük Heydər Əliyev siyasətinin ölkəmizdə, onun regionlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsi yaxın gələcəkdə ərazi bütövlüyümüzün yenidən bərqərar olunmasına təkan verəcək və QƏLƏBƏLƏR PAYTAXTI müjdəsini belə fəxrlə paylaşacağıq.



Baxış sayı: 1 926
Bölməyə aid digər xəbərlər
13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib













