Bütün xəbərlər
Ermənistan ABŞ-ın Azərbaycana yardımından qıcıqlanır, sərhəddə təxribat törədir
Tarix: 30-07-2019 11:09 | Bölmə: Gündəm
                   

“Son bir həftə ərzində ermənilər Azərbaycan sərhədçilərinə və istifadə etdikləri hərbi texnikaya dəfələrlə atəş açıblar. Onların təxribatları adekvat cavabını alır, itki verirlər, ancaq düşmən dayanmır. Düşünürəm ki, onların bu aktivliyinin səbəbi Amerika Konqresindəki erməni lobbiçilərinin ABŞ-ın Azərbaycanın sərhəd qüvvələrinə genişmiqyaslı (təxminən 100 milyon dollar) yardımını dayandırması üçün bəhanə yaratmaqdır”.
Modern.az xəbər verir ki, bu barədə deputat Rasim Musabəyov bildirib. O, Ermənistanın bu cəhdlərinin puç olacağını qeyd edib:
“Azərbaycanın quruda, dənizdə və hava sərhədlərində nəzarəti gücləndirməsi ABŞ-ın milli maraqlarına uyğundur. Bu dövlət Xəzər dənizindəki neft və qaz layihələrinə milyardlarla dollar investisiya yatırıb. Həmçinin Amerika Silahlı Qüvvələri Azərbaycan ərazisindən keçərək Əfqanıstana tranzit edilib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan və sərhədləri Rusiya tərəfindən qorunan Ermənistan Amerikanın hərbi yardımına arxalana bilməz”.
Deputatın sözlərinə görə, halbuki İrəvan hər yolla Azərbaycana təxribatlarını davam etdirir, sərhədlərimizdə sakitliyi pozmağa çalışır.
“Ermənilərin intriqalarını oxumaq asandır və çətin ki, Amerika belə təxribatlara məhəl qoysun”.



Baxış sayı: 588


Bölməyə aid digər xəbərlər