23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Şəhid övladının yüksək balla universitetə qəbul olması deputatları, hərbçiləri bir araya gətirdi - FOTOLAR
Tarix: 26-07-2019 16:16 | Bölmə: Gündəm
_591.jpeg)
Müdafiə Nazirliyinin tabeliyində olan Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzidə aprel döyüşlərində həlak olmuş, polkovnik- leytenant Sənan Axundovun xatirə gecəsi keçirilib.
Xatirə gecəsində, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Zəminə Xınalının Sənan Axundova həsr etdiyi miniatür “Müqəddəs şəhid” kitabının təqdimatı olub.
Bu dəfə keçirilən xatirə gecəsinin bir səbəbkarı isə Sənan Axundovun oğlu Tahir Axundovun yüksək balla Azərbaycan Tibb Universitetinin hərbi tibb fakwltəsinə qəbul olunması idi.
Görüşdə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi nümayəndələri ilə yanaşı, kursantlar, Milli Məclisin deputatları, Veteranlar Şurasının üzvləri , Nərimanov rayon Ağsaqqalar Şurasının üzvləri, ziyalılar, şəhid ailələri iştirak edirdi.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, mayor İlkin Qayıbov Lələ Təpə yüksəkliyi ərazisində minaya düşən polkovnik yoldaşını xilas edib, qəhrəmanlıqla vətən uğrunda şəhid olan Sənan Axundovun qısa, lakin şərəfli həyat yolundan danışıb.
Onun Azərbaycan Milli Ordusunun zabiti kimi xarici ölkələrdə, Almaniyada Vətəni necə ləyaqtələ təmsil etdiyini, işlədiyi hərbi dairələrdə nüfuz qazandığını söyləyib.
O bildirib ki, bu gün Azərbaycan Ordusunda xidmət edən hərbçilər və veteranlar, şəhidin döyüş yoldaşları Tahir Axundovun yüksək balla hərbi həkim fakültəsinə qəbul olunmasını çox böyük sevinclə qarşılayır.
Şairə və publisist, hərbçi Zəminə xanım Xınalı Sənan Axundova həsr olunan poemadan danışaraq bildirdib ki, Sənan Heydər Əliyev adına Ali Hərbi məktəbi onun gözləri qarşısında bitirib.
Sənan Axundovun barəsində film nümayiş edildikdən sonra, Milli Məslisin deputatı Məlahət İbrahimqızı, Sona Əliyeva çıxış ediblər.
Millət vəkilləri şəhidliyə ucalan vətən qəhrəmanlarının hər bir azərbaycanlının qəlbində xüsusi yeri olduğunu vurğulayıblar.
Aprel döyüşlərinin şəhid və iştirakçılarını isə Azərbaycan döyüş səlnaməsinə yeni bir tarix yazdıqlarını söyləyiblər. Azərbaycan adlı bir dövlətin şəhid ailələrinə göstərdiyi qayğı və imtiyazlardan danışdılar.
Tədbirdə iştirak edən general mayor Fəxrəddin Cəbrayılov, ehtiyatda olan polkovnik , Milli Təhlükəsizlik Orqanları Birliyinin İdarə heyətinin üzvü Sücəddin Abdullayev isə xatirə gecəsində iştirak edən hər kəsi döyüşə səsləyiblər.
Bildiriblər ki, Vətən torpaqlarının azad olunması məsələsində yubanmaq olmaz, şəhidlərimizin qanı tökülmüş torpaqlar bizi gözləyir.
Tədbirdə şəhidlər Əbdülməcid Axundovun, Zakir Cəfərovun, Əlzamin İslamovun, Mahir Quliyevin, Müşfiq Orucovun, Xaliq Əzizzadənin, Mahir Mirzəyevin valideynləri də iştirak ediblər.
Şəhid ailələri adından çıxış edən Əbdülməcid Axundovun anası Tahir Axundovu şərəfli bir peşə seçməsi münasibəti ilə təbrik edib.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev anadan olduğu, işğal altında olan Aşağı Əbdürəhmanlı kəndi haqqında danışıb.
Deyib ki, Sənan da onun doğulduğu ərazidəndir.
“Sənan öz torpaqlarını azad etmək üçün hərb yolunu seçmişdi. Mən hər ayda bir neçə dəfə öz kəndimizin yaxınlığına gedirəm. Kəndimiz də şəhid olub. Viran olmuş yurd yerimizi kənardan ürək ağrısı ilə müşahidə edirəm. Artıq bu döyüşü başlayıb, bitirməyin vaxtıdır. Yoxsa ürək tab gətirmir... Bizim gənclərimiz informasiya məkanında fəal olmalı, bununla yanaşı hər biri vətəni azad etmək haqqında düşünməlidirlər. Bəli, Sənan kimi bir oğulun övladı, Tahir kimi olmalıydı. Başqa yolu yoxdur...”.
Aprel şəhidləri haqqında ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının müəllifi, jurnalist Aida Eyvazlı, Axundovlar ailəsi ilə tanışlığının ilk günündən danışıb:
“Mən ilk dəfə Tahir Axundovu görəndə ona belə bir sual verdim: “Tahir, imtahanlara hazırlaşmaq çətindir, ya atasızlıq?”. Tahir dedi ki, atasızlıq ən çətin imtahandır. Bu gün Tahir həyatın bir imtahanından da üzüağ çıxdı. O hərbi həkim olacaq. İlk təhsilini rus bölməsində aldığından, imtahan öncəsi bəzi sənəd problemləri var idi. Bu problemlərin həlli yolunu tapmaqda, Milli Məclisin deputatı, hər zaman şəhid ailələrinin yanında olan Sona xanım Əliyeva Sənan Axundovun ailəsinə doğru və düzgün yol göstərdi, qayğılarına qaldı. Və bu gün Tahir söz verdiyi uğuru qazandı. Öz biliyi, əzmi ilə yüksək balla hərbi həkim olmaq yoluna çıxıb. Mən inanıram ki, harada olsa Vətənə xoş sorağı gələcək”.
Şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ailəsinə və övladına, şəhidinə göstərdikləri qayğıya, diqqətə görə minnətdarlığını bildirib.
O deyib ki, ən çətin anlarında dövləti öz yanında gördü. Mart ayının sonunda, Azərbaycan Respublikasının birinci vitseprezidenti Mehriban Əliyevanın ailəsinə göstərdiyi xüsusi qayğı və diqqətdən danışıb.
Bildirib ki, Mehriban xanım Əliyevanın onlara bağışladığı evdə də Tahir həkim olandan sonra xoşbəxt bir ömür sürəcək.
Tədbrin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin musiqi kollektivinin konserti olub.
Əməkdar artist Elnarə Abdullayeva və Yaqut Xəlizadə Vətəni, qəhrəmanlarımızı vəsf edən mahnılar oxuyublar.

Baxış sayı: 916
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib