Bütün xəbərlər
Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin təbriki
Tarix: 25-07-2019 18:30 | Bölmə: Gündəm


Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü iltarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü iltarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikasında gənclər siyasəti və gənclərlə iş daima dövlətimizn, onun ali siyasi rəhbərliyinin diqqət və qayğısı ilə əhatə  olunmuşdur. Ümummilli Lider Heydər Əliyev ölkə
rəhbəri olduğu dövrlərdə hər zaman gəncliyi müstəqil Azərbaycanın gələcəyi adlandırmış və sağlam düşüncəli yeni nəslin yetişdirilməsini mühüm dövlət vəzifəsi hesab etmişdir. Son 25 il ərzində Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai birliyi yarandığı zaman tarixindən bugünə kimi, daima Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin daima diqqət mərkəzində olmuşdur.
10 gündən sonra Respublikamızda Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi qeyd olunacaq. Bu münasibətlə Gənclər və İdman Naziri cənab Azad Rəhimovu, nazir müavini cənab İntiqam Babayevi, nazirliyin gənclər təşkilatları ilə iş sektorunun müdiri cənab Fuad Babayevi və başqalarını Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi adından təbrik edirik. Çünki bu adamların gənclərə işin təşkili və inkişafında danılmaz xıdmətləri var.
Sabaha-inamla.Az







Baxış sayı: 1 622


Bölməyə aid digər xəbərlər