Bütün xəbərlər
Deputat: Azərbaycan beynəlxaq arenada uğurlu idman ölkəsi kimi tanınır
Tarix: 25-07-2019 18:00 | Bölmə: Gündəm

                    


Hazırda Azərbaycanda bütün sahələr kimi, idman da böyük uğurla inkişaf etdirilir.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hüseynbala Mirələmov deyib.
Deputat bildirib ki, bu sahənin inkişafı Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir: “Dövlət Azərbaycan idmanının inkişafı üçün konkret və ardıcıl addımlar atmaqda davam edir. Cənab Prezidentin idmana və idmançılara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan beynəlxaq arenada uğurlu idman ölkəsi kimi tanınır”.
H.Mirələmov vurğulayıb ki, bu gün Azərbaycan təkcə mühüm beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni forum və simpoziumlara deyil, eləcə də ən mötəbər beynəlxalq idman tədbirlərinə də uğurla ev sahibliyi edir: “Azərbaycan idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində böyük təcrübəyə malik nüfuzlu idman ölkəsidir. Hazırda Bakıda reallaşan və Avropanın 48 ölkəsindən təqribən üç mindən çox gənc idmançının iştirak etdiyi XV Avropa Gənclər Yay Olimpiya Festivalının ən yüksək səviyyədə təşkili və nailiyyətlərlə zəngin gedişatı da Azərbaycanın idman imicinə daha bir parlaq rəng qatıb, dünyanın diqqətini yenidən respublikamıza yönəldib.
Bu mötəbər festivalın keçirilməsi ilə həm də gələcəyin peşəkar idmançılarının karyeralarına ilk böyük beynəlxalq uğurlar Bakımızın adı ilə həkk olunur. Bu, həm də onu göstərir ki, sözügedən nüfuzlu festival vasitəsilə sıralarında gələcəkdə məşhur dünya, Olimpiya və Avropa çempionlarının olacağı bu gənclərin peşəkar idman karyerasına aparan uğurlu yolun başlanğıcına məhz doğma Azərbaycanımızdan start verilir”.



Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər