Bütün xəbərlər
İstanbulda “Ermənistanın işğalçı siyasəti və regional təhlükəsizlik" mövzusunda konfrans keçirilib
Tarix: 13-07-2019 21:03 | Bölmə: Gündəm

                                   

Türkiyənin İstanbul şəhərində “Ermənistanın işğalçı siyasəti və regional təhlükəsizlik" mövzusunda konfrans keçirilib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, "Azərbaycan Aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliyinin və “Anadolu 2071” Sosial Media Mərkəzinin dəstəyi ilə baş tutub.
Konfransda ziyalılar, ictimaiyyət nümayəndələri, tarixçilər, bələdiyyə rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən "Azərbaycan Aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Şəhla Yusifova Dağlıq-Qarabağ münaqişəsinin tarixi keçmişindən danışıb, günü-gündən daha çox nüfuzdan düşən Ermənistanın işğalçılıq və qondarma soyqırımı iddialarından geri çəkilmədiyini deyib.
Tədbirdə Tuzla rayon icra başçısı Əli Akcan çıxış edib. İcra başçısı Türkiyənin Azərbaycanın bütün məsələlərdə yanında olduğunu deyib, Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxarmalı olduğunun zəruriliyinə diqqət çəkib.
Tədbirdə çıxış edən Ümraniyə rayon icra başçısının köməkçisi Yusif Əthəm Qoyunçu bu kimi konfransların ermənilərin iç üzlərini ortaya çıxarmaq və türk xalqlarının onların Azərbaycanda törətdiyi qətliamlar barədə məlumatlandırılmaları üçün vacib olduğunu bildirib. İcra başçısı bu kimi tədbirlərdə bütün dəstəyi verməyə hazır olduğunu diqqətə çatdırıb.
Tədbirdə "Müharibə bölgəsində beynəlxalq hüququn tapdanması", "Osmanlı arxivlərinin araşdırılması", "Ermənilərin köç siyasəti", "Qərbin türk dünyasına baxışı" və digər mövzularda çıxışlar dinlənilib. Hələ də, işğalçılıq siyasətini davam etdirən Ermənistanın Azərbaycan torpaqlarında tarixi abidələrə vurduğu ziyandan danışılıb, tarixin müxtəlif dövrlərində Ermənistanın türk coğrafiyalarında torpaq iddalarından söz açılıb.
Tarixçilər mövzular ətrafında tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.













Baxış sayı: 555


Bölməyə aid digər xəbərlər