22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“Erkən nikahlara son!” maarifləndirici tədbirdə məktəblilərə həmin sosial problem haqqında məlumat verilib
Tarix: 25-01-2018 23:53 | Bölmə: Gündəm

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Maştağa Mədəniyyət Evində “Erkən nikahlara son!” adlı maarifləndirici tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qəsəbədə yerləşən 22, 108, 128, 187, 209, 255, 293 nömrəli məktəblərin şagird, müəllim və valideynləri iştirak ediblər.
Əvvəlcə məktəblilərin çəkdiyi rəsmlərdən ibarət sərgi nümayiş olunub.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, AMEA-nın Fəlsəfə İnstitutunun siyasətin fəlsəfəsi şöbəsinin müdiri Rəna Mirzəzadə, Milli Məclisin üzvü Dilarə Cəbrayılova, “Rəhimə Xanım ziyarətgahı” məscid Dini İcmanın sədri Musa Qasımov və 209 nömrəli məktəbin müəllimi Əzizə Quliyeva çıxış edərək bildiriblər ki, Uşaq Hüquqları Konvensiyasında qeyd olunan müddəalara görə 18 yaşına çatmayanların nikaha daxil olması insan hüquqlarının kobud şəkildə pozulmasıdır və bu hal sosial problem olmaqla yanaşı, psixoloji, tibbi və hüquqi cəhətdən də yolverilməzdir. Qeyd olunub ki, erkən nikahın fəsadları çoxsaylı ana və uşaq ölümləri, həmçinin boşanma və təhsildən yayınma hallarının statistik nəticələrində də özünü qabarıq şəkildə göstərir və ona qarşı mübarizə aparmaq hər birimizin vətəndaşlıq və insanlıq borcudur.
Tədbirdə erkən nikahlar mövzusunda hazırlanan videoçarx nümayiş etdirilib.
Sonra məktəbliləri maraqlandıran suallara cavablar verilib.



Baxış sayı: 779


Bölməyə aid digər xəbərlər