Bütün xəbərlər
Daha bir deputat maaşının yarısını Orduya verdi
Tarix: 06-07-2019 19:15 | Bölmə: Gündəm
                          

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycan Ordusuna  dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fondu üçün xeyriyyə aksiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.
Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Eldar İbrahimov bu təşəbbüsə qoşularaq, maaşının yarısını Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüyünü bildirib. O, fonda dəstək təşəbbüsünü alqışlayıb:
“Əli Əhmədovun başlatdığı və maaşının yarısını yatırdığı “Silahlı Qüvvələrə Yardım Fonduna dəstək” aksiyasına mən də qoşuldum. 
Həmçinin Prezidentin imzasıyla Azərbayca Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar xatirə medalı ilə təltif olunmuşam. Buna görə də cənab Prezidentimizə öz təşəkkürlərimi bildirirəm”.



Baxış sayı: 572


Bölməyə aid digər xəbərlər