23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Deputatlardan “Qaloş piri”ndəki izdihama fərqli REAKSİYA: “Bara getməkdənsə, ziyarətgaha getsinlər”
Tarix: 11-06-2019 08:44 | Bölmə: Gündəm

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başlaına hansısa geyim əşyasının sürtülməsidir. Əvvəlcə iddialarda həmin geym əşyasının qaloş olduğu bildirilirdi. Guya, insanların mədət umduğu həmin qaloşu vaxtilə burada yaşamış Seyid Miribiş ağa geyinib.
Amma Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov iddianı təkzib edib. O, Modern.az-a açıqlamasında insanların başına çəkilən əşyanın qaloş deyil, papaq olduğunu söyləyib.
İnsanların bu cür davranışlara meyli, pirlərə, seyidlərə sitayiş etməsi haqqında Modern.az-a danışan millət vəkili Fazil Mustafa isə bunu cəhalət adlandırıb. Amma F. Mustafa düşünür ki, belə inancların qalmağına sevinmək lazımdır:
“Çünki cəhalətin stimullaşdırılması üçün aparılan işlər nəticəsini göstərir. Cəhaləti aradan qaldırmaq niyyətilə atılan addımlar dəstəklənmir. Belə batil əməlləri, inancları cəmiyyətin düşüncəsindən silmək üçün yazılmış xüsusi kitabların, tənqidi fikirlərin tirajlanmasına ehtiyac var. Məsələn, Nəriman Nərimanovun məşhur “Pir”, Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” adlı əsərləri var. Bir dönəmdə hətta dövlət tərəfindən qorunmayan bu kişilər, cəmiyyətin cəhalətdən müdafiəsini, cahilliyə qarşı atılmalı addımları gündəmə gətirərək, qurtuluş yollarını araşdırıblar. Hazırda isə bizdə cəhalətin stimullaşdırılması, mollalığın, yanlış düşüncələrin yayılmasının təbliği müşahidə edilir. Bunu arzulayan böyük cəmiyyətin mövcud olduğunu düşünürəm”.
Deputat deyib ki, kimsə, televiziya vasitəsilə səsləndirdiyi fikirlərdə insanların pirə , imamzadələrə getməsinə normal yanaşırsa, bunu dəstəkləyib, təbliğ edirsə, nəticəsinin qaloşa sitayişə gedib çıxacağını dərk etməliyik:
““İslamda seyidlik yoxdur”, “pirə ibadət yalandır”, “Azərbaycanda peyğəmbərlərin izi-tozu belə yoxdur” deyə yazılmış kitablar qadağan edilirsə, deməli, cəhalətin qarşısı alınmayacaq. Baxmayaraq ki, ölkəmizdə əksəriyyət orta və ali təhsillidir, amma bu qabığın altında böyük cəhalət yatır. Ələmin arxasınca sürünən insan selini görəndə anlayırsan ki, çox geriyə getmişik. Hətta indiki kütlə Nərimanov, Haqverdiyev dövründən də cahil hesab oluna bilər. Baxın, ali məktəb diplomlarının altında da savadsızlıq, cəhalət durur. Ali məktəbə gedən şəxsin qəbul olunmaq üçün pirlərin qabağında, ölən şəxslərin məzarında dua etməsi, qurban kəsməsi kimi anormal ənənə hansı inkişaf etmiş ölkədə var? Bu, ancaq Azərbaycanda ola bilər. Çünki biz azərbaycanlını cəhalətə qarşı dirənişi, immuniteti olan toplum kimi yetişdirmirik. Ona görə, cəhalətə qarşı fikirlərin yer aldığı kitab çıxan kimi onu qadağan edirik. Azərbaycanda cəhalətin stimullaşdırılması üçün daha sistemli iş gedir, nəinki onu aradan qaldırmaq”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, insan inanırsa, pirlərə gedəcək, sitayiş edəcək:
“Mən də uşaq vaxtı pirlərə getmişəm. O boyda “İmamzadə”ni Heydər Əliyev Fondu təmir etdirdi, insanların ixtiyarına verdi. Son yayılan videoya baxmamışam, Goranboydakı həmin hadisədən xəbərim yoxdur. Amma ümumiyyətlə, pirlərə getmək ziyanlı deyil. İnsanlar bara, narkotik çəkməyə getmirlər ki, qoy ziyarətgahlara getsinlər.
Cəhalət isə tamam başqa bir şeydir. O insanın inamı var, bəlkə pirə gedib, özünə şəfa tapır. Biz onun qarşısını niyə alaq ki? Xristianlar kilsəyə gedirlər, oturub, kilsə rəhbərinin əlini öpürlər. Bir adam bunu cəhalət adlandırmır. Amma bizdə bir şey olan kimi deyirlər, cəhalətdir. Bizdə Nardaran piri, Ətağanın qəbri və s. var. Mən özüm gedirəm oralara. Mən insanam, bəlkə inancım həqiqət tapır. Bilirsiniz, insan bu yolla Allaha yaxınlaşır, hesab edir ki, orada dua etsə, Allaha daha yaxın olar. Allah birdir, hər şeyi ondan istəməlisən. Ora gedəndə nolar ki, bu adam oğurluq, quldurluq etmir. Buna baxmayaraq, 1-2 dələduz çıxır, yalandan nə isə hazırlayır, insanları cəlb edir. Bu, xurafatdır, tamam başqa məqamdır. Amma ziyarətgahlara getməyə niyə qadağa qoyulsun?"
Deputat Tahir Kərimli isə xatırladıb ki, Quranda bütpərəstlik inkar olunur. Onun fikrincə, insanlar qeyri-ixtiyari öz dərdlərindən qurtulmaq, gələcəyini daha yaxşı qurmaq üçün belə inamlara gedirlər:
“Dinlərə, hər hansı bütlərə inam, pirlər insanların psixologiyasına müsbət təsir edir. İnsanın psixoloji quruluşu elədir, belə inanclar nikbinliyə səbəb olur, müəyyən xəstəliklərin, psixoloji sarsıntının aradan qaldırılmasına şərait yaradır. Amma bundan sui-istifadə edənlər də var. Necə yəni, qaloşu, ya papağı başına sürtməklə insan sağala bilər? Görünür ki, bu insanların inamından sui-istifadə etməkdən başqa bir şey deyil.
1980-ci illərdə Ağsuda baxdığımız bir cinayət işi yadıma düşdü. Qadın cadu ilə məşğul olurdu. Məhkəmədə hər şeyi boynuna aldı. Məlum oldu ki, o xristiandır, Belarusiyadan gəlib. Özü etiraf etdi ki, Azərbaycan camaatının avam olduğunu görüb, insanları aldadaraq, pul qazana biləcəyini düşünüb. Hətta həmin qadının etirafını dinləsələr belə, zərərçəkmişlər ona verdikləri pulu geri almağa qorxurdular. O qədər inanırdılar ki, verdikləri pulu geri almadılar.
Bütün bu nümunələrin mövcudluğu cəhalətin nəticəsidir. Təəssüf edirəm ki, çox az da olsa, belə şeylərə inam hələ də qalıb”.
Baxış sayı: 850
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib