14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Dağlıq Qarabağın azərbaycanlı icmasından beynəlxalq təşkilatlara daha bir çağırış
Tarix: 10-06-2019 09:20 | Bölmə: Gündəm

                                    

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya daha bir çağrış ünvanlayıb.
Birlikdən Trend-ə verilən məlumata görə, sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan videomüraciət bu dəfə də Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilən Bakıdakı erməni kilsəsindən bəhs edir.
Videomüraciətdə Azərbaycan xalqının multikulturalizim ənənələrinə sadiq qaldığı vurğulanaraq bildirilir ki, Bakının məkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub saxlanıldığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan ətraf rayonlarda tarixi, mədəni, dini abidələr məhv edilir, qədim məscidlərin üzərlərindəki daş kitabələr dəyişdirilərək onların tarixi saxtalaşdırılır.
Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Beynəlxalq təşkilatların və onların rəhbərlərinin ünvanlarına göndərilən müraciətdə əsas məqsəd diqqəti ermənilərin vandal hərəkətlərinə yönəltmək, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrmizin dağıdılmasına son qoymağa nail olmaqdır.



Baxış sayı: 531


Bölməyə aid digər xəbərlər