14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Sədr: İçərişəhərdə istisna hallarda tikintiyə icazə verilə bilər, ümumilikdə isə tikinti işləri qadağandır
Tarix: 07-06-2019 19:36 | Bölmə: Gündəm



İçərişəhərdə istisna hallarda tikintiyə icazə verilə bilər, ümumilikdə isə tikinti işləri qadağandır.
Trend-in məlumatına görə, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Əkbərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İçərişəhər daxilində tikinti-bərpa işlərinə icazə birbaşa idarə tərəfindən verilir:
"İçərişəhərdə tikintiyə icazə yoxdur. Lakin 2008-ci ildə təsdiq edilən qaydalara uyğun olaraq bəzi şərtlər altında bərpa işlərinə icazə verilir. Bundan başqa yalnız qəzalı olan binanın köhnə tipologiyasının qorunması şərtilə təmirinə icazə verilir. Başqa heç bir halda hər hansı tikinti işlərinin aparılmasına yol verilmir”.



Baxış sayı: 721


Bölməyə aid digər xəbərlər