14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Azərbaycanda elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir - Birinci vitse-prezidentin köməkçisi
Tarix: 31-05-2019 12:33 | Bölmə: Gündəm

                  

Azərbaycanda vəkillərin sayı elə də çox deyil.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında deyib.
Onun sözlərinə görə, son ilyarım ərzində vəkillərin sayı 800 nəfərdən 1500-ə qədər artıb: “Bu, çox yaxşı haldır. Lakin qanunvericiliyə qoyulmuş, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yerləşən şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir”.
G.Kərimov qeyd edib ki, vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var.



Baxış sayı: 583


Bölməyə aid digər xəbərlər