14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Deputat: Əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı
Tarix: 11-05-2019 23:29 | Bölmə: Gündəm



Əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Millət vəkili Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışına toxunub:
"Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı. Bu, həqiqətən də belədir. Bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Şuşanın işğalı ilə bağlı müsahibəsi dərc olunub. O, müsahibədə qeyd edirdi ki, ermənilər üçün Şuşanı almaq bütövlükdə Dağlıq Qarabağ məsələsinin taleyini həll etmək demək idi. O, müsahibəsində açıq şəkildə qeyd edib ki, əslində ermənilər Şuşanı Azərbaycanda baş verən siyasi özbaşınalıq, eyni zamanda siyasi qarşıdurmanın nəticəsində ala bilmişdilər. Bu, bir daha onu göstərir ki, torpaqlarımızın işğalı, bir tərəfdən Ermənistan siyasi rejimi tərəfindən həyata keçirilsə də, digər tərəfdən Azərbaycanda siyasi qarşıdurmanın, səriştəsiz rəhbərliyin mövcud olması və siyasi xaosun hökm sürməsi ilə əlaqədar idi. Bu, bir daha onu deməyə əsas verir ki, əgər həmin dövrdə Azərbaycanda güclü rəhbərlik olsaydı, bu gün ölkəmiz uzun illərdir yaşadığı bu problemlə qarşılaşmayacaqdı. Torpaqlarımız işğal olunmayacaq, bir milyondan artıq qaçqınımız olmayacaqdı. Azərbaycan resurslarının böyük bir hissəsi bu problemə həsr olunmazdı. Bu cəhətdən yanaşsaq, əgər o vaxt Azərbaycanda sabitlik olsaydı və əgər o vaxt Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın rəhbəri olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşə bilməzdi".
T.Mirkişili qeyd edib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi bu problemin daha da dərinləşməsinin qarşısını aldı:
"Azərbaycanda o dövrdə nəinki Dağlıq Qarabağ problemi yaşanırdı, eyni zamanda Şimalda və Cənubda da parçalanma ilə bağlı proseslər gedirdi. Bu proseslərin qarşısını Heydər Əliyev aldı. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı".



Baxış sayı: 595


Bölməyə aid digər xəbərlər