23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli varlığımızı qoruyub saxlamışdır
Tarix: 10-05-2019 12:16 | Bölmə: Gündəm

14 iyul 1969-cu il: müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gündür..HƏQİQƏTLƏR..FAKTLAR.. "Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq".İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşmüşdür. Məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli varlığımızı qoruyub saxlamışdır. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılmışdır. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə öz xalqına ləyaqətlə xidmət etmək nümunəsi göstərmişdir. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövrünə qədər, xüsusilə ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı strukturlarının günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Bir çox mühüm infrastruktur layihələri bilərəkdən Azərbaycanda yaradılmır, ölkəmiz bunun üçün, necə deyərlər, “məqbul” sayılmırdı. Nəticədə, İkinci Dünya müharibəsindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, buna görə də əli iş tutanların bir qismi çörəkpulu dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu. Bundan başqa, Azərbaycanın keçdiyi tarixi yol da saxtalaşdırılır, xalqın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğinə və yaşadılmasına qadağalar qoyulur, yetişən gənc nəsil yad ideologiya altında tərbiyə edilirdi. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründəki bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Böyük şəxsiyyət yaradılmış süni maneələrə sinə gərərək Azərbaycan xalqının milli əsaslar üzərində inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Fəaliyyəti ilə ulu öndər sübut etmişdir ki, xalqımız yalnız müstəqilliyini qazanaraq öz azadlığına qovuşa bilər. Müstəqilliyi əldə etmək üçünsə möhkəm təməl, iqtisadi inkişaf lazımdır. Görkəmli dövlət xadimi ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə Azərbaycanı Sovetlər Birliyinin ən geridə qalmış aqrar respublikasından ən inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoymuşdur. Dahi şəxsiyyət Azərbaycanı xammal istehsalçısından müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrilməsi üçün mühüm tədbirlər həyata keçirmişdir. Onun səyləri nəticəsində 1969-1982-ci illərdə ölkəmizin müxtəlif regionlarında yaradılmış yeni müəssisələr bu gün də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına əsaslı zəmin yaradır. Ulu öndərimiz həmin dövrdə həyata keçirilən tədbirlərin mahiyyətini sonralar belə izah edəcəkdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”. Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyəti, həyata keçirdiyi tədbirlər elmi araşdırmalara, xüsusi təhlilə ehtiyac yaradan məsələlərdir. Yalnız bu halda görkəmli dövlət xadiminin xalqımız qarşısındakı xidmətlərinə layiqincə qiymət vermək mümkündür. Ancaq bu fakt aydındır ki, ulu öndərimiz öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderin ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi tədbirləri belə xarakterizə etmişdir: “Tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”. Qeyd etmək lazımdır ki, 1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. XX əsrin 70-80-ci illərində ulu öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaratmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Bir faktı da qeyd edək ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş böyük cəsarət, siyasi müdriklik nümayiş etdirmiş, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ulu öndərimizin milli dəyərlərin qorunması, milli şüurun oyanışı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışarkən demişdir: “Ötən əsrin 70-ci illərində baş vermiş proseslərin təhlili göstərir ki, ulu öndərimiz genişmiqyaslı maarifçilik təşəbbüsünü milli ruhun yüksəlişi və millətin tarixi yaddaşının bərpası vəzifələri ilə vəhdət halında götürür, Azərbaycan dilinin tədrisi məsələlərini diqqətdə saxlayırdı. Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir”. Ümummilli liderimizin XX əsrin 70-80-ci illərindəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan 54 ən qabaqcıl ali hərbi məktəbə və hərbi akademiyaya təhsilə göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan idi. Məhz ulu öndərin bu uzaqgörən addımı nəticəsində ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə milli hərbçi kadrların hazırlanması ikinci dəfə müstəqillik qazanan Azərbaycanda milli ordumuz üçün zabit heyətinin formalaşmasında müstəsna rol oynamışdır. Azərbaycanın 1969-cu ildən başlanan inkişafı Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdir. Muxtar respublikada sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunmuşdur. Naxçıvan şəhərində Şüşə və Alüminium Qablar zavodları, Alt Trikotaj Fabriki, Tütün Fermentasiya və Ət-Süd kombinatları, Ordubad və Şərur rayonlarında konserv zavodları tikilərək istifadəyə verilmişdir. Ümumilikdə, regionun inkişaf perspektivlərini artırmaq məqsədilə 250-dən çox müxtəlif təyinatlı müəssisələr yaradılmış, əhalinin işlə təminatına və sosial rifahının yaxşılaşdırılmasına nail olunmuş, hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində 35 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Muxtar respublikanın şəhər, rayon və kəndlərində məktəb binaları, xəstəxanalar, suvarma tədbirlərini yaxşılaşdırmaq məqsədilə 20-dən artıq su anbarı tikilmişdir. Ümumilikdə, 1969-1982-ci illərdə Heydər Əliyev iqtisadi siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafında əldə olunmuş nailiyyətlər, toplanmış potensial və təcrübə müstəqillik illərində ölkə iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynamışdır və yenə oynayır. Bu baxımdan dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin inkişafı sahəsində qazanılmış nailiyyətlər olmasaydı, müstəqilliyin ilk illərində ölkəmiz üzləşdiyi ağır vəziyyətdən bu qədər asanlıqla çıxa bilməzdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etmiş, Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat vermişdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolu Heydər Əliyev quruculuq xəttidir. Buna görədir ki, xalqımız 1993-cü ildə ümummilli liderimizi təkidlə respublika rəhbərliyinə dəvət etmişdir. Əgər xalqın tələbi ilə ulu öndərimizin ali hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, daim tərəqqi edən Azərbaycan dövlətindən danışa bilməzdik. Sevindirici haldır ki, əsası 1969-cu ildə qoyulmuş milli inkişaf konsepsiyası bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. 2003-cü ildən ölkəmizə rəhbərlik edən cənab İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürərkən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü siyasət həyata keçirəcəkdir. Görülən işlər ölkəmizi günü-gündən irəliyə aparır. Artıq Azərbaycan bu gün regionda söz sahibi olan, iqtisadi qüdrətinə görə dünyanın aparıcı dövlətləri sırasına çıxan ölkədir. Bu, 1969-cu ildən başlanan Azərbaycanı Azərbaycana qaytarmaq yolunun real bəhrəsidir. Bugünkü Azərbaycanın möhtəşəm qələbələri, onun dünya dövlətləri arasında özünə öncül sıralarda yer tutması, inamla addımlaması, yeni-yeni tarixi səhifələrə imza atması təsadüfi deyil. Bizim dövlətçilik tariximizin dərin kökləri var. Bu günə qədər şanlı tariximizin müxtəlif mərhələlərində formalaşan dövlətlər və onların qurduğu münasibətlər indiki siyasi təcrübəmizin, dövlətçilik ənənələrimizin əsasını təşkil edir. Azərbaycan üçün çox ağır və ağrılı bir zaman gəldi. Ölkədə çaxnaşmalar, daxili və xarici qüvvələrin səyi ilə xaos yarandı. Belə bir zamanda xalq öz ümidgahını - Heydər Əliyevi təkidlə Bakıya dəvət elədi, o da xalqın istəyinə qarşı durmadı və öz gəlişi ilə yeni Azərbaycanın özül daşını qoydu. Məhz onun yorulmaz fəaliyyəti və uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. Dünyanın ən aparıcı şirkətləri bu möhtəşəm müqavilənin həyata keçirilməsinə qoşuldu, fəqət ən əsası da buydu ki, ölkəmiz ulu öndərin uzaqgörən və məntiqə əsaslanan siyasi əzmkarlığı ilə idarə olunurdu. Məhz bundan sonra regionda yeni geosiyasi vəziyyət yarandı. Təhdidlər, təzyiqlər başlandı, amma bunlar müdrik rəhbəri yolundan döndərə bilmədi. Beləliklə, nailiyyətlər, uğurlar bir-birinin ardınca əldə olundu, Azərbaycan dövlətinin və neftçilərimizin xarici tərəfdaşlarla birgə apardığı məqsədyönlü fəaliyyətinin ilkin nəticələri görünməyə başladı. Əlbəttə, bu əməkdaşlıq peşəkar anlaşmaya, birgə fəaliyyətin kordinasiyasına, tərəflərin mövqe və mənafeyinə qarşılıqlı hörmət və diqqət göstərilməsinə əsaslanırdı. Ötən müddət ərzində görülmüş işlər, aparılmış təhlillər, məqsədyönlü islahatlar nəticəsində dövlətimizin iqtisadi imkanları və gücü qat-qat artdı. Düşünürəm ki, o xalq tarixdə əbədi olaraq yaşaya bilər ki, onun yaddaşı əbədi olsun. Xalq öz tarixini unudanda onun süqutu başlanır. Keçmiş də, bu gün də, gələcək də bizimkidir, bunların biri-biriylə əlaqəsini qıranda kim olduğunu, haradan gəldiyini, haraya getdiyini bilməzsən. Bu gün Azərbaycan təkcə neft ölkəsi deyil, bu gün Azərbaycan həm də yeni mədəni-mənəvi dəyərləri ilə tanınır, bu gün Azərbaycan multikultural ölkə kimi tanınır, bu gün Azərbaycan idman və turizm ölkəsi kimi tanınır. Artıq Azərbaycan iri və mürəkkəb infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi nüfuz sahibidir. Bu gün Azərbaycanın səsi Beynəlxalq təşkilatların kürsülərindən daha gur eşidilir. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, inkişafın Azərbaycan modelinin mövcudluğu ən böyük uğurumuzdur və dünyaya nümunədir. Bəli, Azərbaycan bu gün öz tarixinin ən güclü, güdrətli dövrünü yaşayır.
Vəkil Rövşən Qasımov
Baxış sayı: 1 664
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib