23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin və "5-ci kolon"un çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır
Tarix: 19-04-2019 20:08 | Bölmə: Gündəm
"Azərbaycanın iqtisadi möcüzələr, ən islahatçı, xoşbəxt ölkə kimi tanınması və nüfuz qazanması düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Son 15 ildə təkmilləşməni, yeniləşməni dövlət siyasətinin əsas xətti kimi qəbul edib, bu istiqamətdə davamlı addımlar atan dövlətimizin başçısı İlham Əliyev bu məqsədi açıqlayır ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır. Son 15 ilin sosial-iqtisadi göstəricilərinə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna, demokratik dəyərlərin qorunması və inkişaf edirilməsi istiqamətində atılan addımlara və uğurlu nəticələrə diqqət yetirsək, ölkəmizin bu hədəfə yüksək səviyyədə nail olduğunu görərik".
Bu fikirləri Trend-ə YAP Siyasi Şurasının üzvü,"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xarici antiazərbaycan qüvvələrin və onlara dəstək funksiyasını yerinə yetirən daxili bədxahlarımızın - "5-ci kolon"nun çirkin kampaniyasına münasibət bildirərkən söyləyib.
V.Rəhimzadə qeyd edib ki, bu gün hansı sahəyə diqqət yetirsək, Azərbaycanın davamlı inkişafını görərik:
"Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi biri-birindən önəmli enerji layihələrinin uğurlu icrasına, yeni-yeni layihələrin gündəmə gətirilməsinə yol açıb. 2006-cı ildə BTC neft və 2007-ci ildə BTƏ qaz kəmərlərinin istismara verilməsi, bunların davamı olaraq ötən ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi və s. kimi mühüm hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır, ən əsası xalqları, qitələri birləşdirən ölkə imicinə yeni əlavələr gətirir. Bu gün Azərbaycan, eyni zamanda, tranzit ölkə kimi nüfuz qazanıb. Avropanı Asiya ilə birləşdirən BTQ dəmir yolunun istifadəyə verilməsi regionda sabitliyin, təhlükəsizliyin əsas qarantı kimi dəyərləndirilən Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin təzahürüdür”.
V.Rəhimzadə əlavə edib ki, nəzərə alsaq ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır, bu gün Azərbaycanın iqtisadi imkanlarının artması fonunda beynəlxalq aləmdə yerinin və rolunun hansı səviyyədə olduğunu geniş təhlil etməyə ehtiyac yaranmaz:
“Azərbaycan öz müstəqil siyasəti ilə regionun və dünyanın aparıcı qüvvəsinə, əsl söz sahibinə çevrilib. Azərbaycanla ikitərəfli əməkdaşlıqda maraqlı olan ölkələrin sayı artmaqda, bir sözlə, dövlətimiz yeni dostlar qazanmaqdadır. Bu uğurlarımızı şərtləndirən əsas amil dövlətimizin xarici siyasətinin qarşılıqlı hörmət və maraqlar prinsipinə söykənməsi, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlamasıdır. Məhz bunun nəticəsidir ki, dünyanın yeni siyasəti məhz ölkəmizdə müzakirə olundu. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi, 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumu “Dünyanın yeni xarici siyasəti” mövzusunu müzakirə etməklə 27 ildən artıq müstəqillik tarixinə malik Azərbaycanın bu sahədə də təcrübəsinin nümunə olduğuna işıq saldı. Azərbaycanla Avropa İttifaqı, quruma üzv olan ölkələr arasında da əlaqələrin bugünkü səviyyəsi ölkəmizin artan beynəlxalq nüfuzuna işarədir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında «Tərəfdaşlığın prioritetləri» sənədi imzalandı, yaxın günlərdə isə strateji tərəfdaşlıq sazişinin yekun mərhələsi başa çatacaq. Bu, Azərbaycanın Avropa üçün önəmini bir daha təsdiqləyir”.
Baş redaktor bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri də yüksək səviyyədədir:
“Bu il Azərbaycan dünyanın 120-dən artq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmiz 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu kimi mühüm hadisələr Azərbaycana inamın, ölkəmizin ədalətli mövqeyinə dəstəyin göstəricisi, diplomatiyamızın uğurudur. Bu uğurlara yol açan əsas amil isə sabitlikdir ki, onun da əsas təminatçısı xalq-iqtidar birliyidir. Həyata keçirilən siyasətə, irəli sürülən təşəbbüslərə xalqın dəstəyi sabaha olan inamı artırmaqla yanaşı, xalq-iqtidar birliyini də möhkəmləndirir, sarsılmaz edir. Ölkə əhalisi hər addımda özunə diqqətin şahidi olur. Aparılan siyasətin təməlində vətəndaş amilinin dayanması onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan da aydın görünür. Təkcə cari ilin ötən aylarında imzalanan Fərman və sərəncamlara diqqət yetirsək, dövlətimizin başçısının bu addımlarının dünya üçün sosial inqilab nümunəsi olduğunu böyük inam və qətiyyətlə qeyd edərik. Uğurlarımız sırasında yer alan 10 milyonluq ölkə sevincimiz də Azərbaycanda həyata keçirilən güclü sosial-iqtisadi siyasətin göstəricisidir”.
V.Rəhimzadə qeyd edib ki, Fransanın “Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə, təkmil islahatlara xalqın dəstəyinin, həmçinin bu və ya digər sahələrdə uğurlarımızın təqdimatı kimi dəyərləndirilir:
“Sözsüz ki, xalqın öz Prezidentinə inamının böyük olduğu ölkədə davamlı inkişaf, xoş ab-hava, ruh yüksəkliyi inkaredilməzdir. Uğurlarımıza qısa baxış daxili və xarici antiazərbaycan qüvvələrin çirkin kampaniyalarının nə qədər əsassız olduğunu açıqlayır. Bu danılmaz faktdır ki, Azərbaycanın müstəqil siyasətindən, davamlı uğurlarından narahatlıq xarici antiazərbaycan qüvvələrin əsassız təbliğat kampaniyalarına səbəb olur. Amma hər bir cəhdləri reallıqlarımız fonunda uğursuzluğa düçar olmağa məhkumdur. Diqqət çəkən əsas məqam isə bu ünsürlərin daxili bədxahlarımızdan öz çirkin niyyətlərini həyata keçirmələrində bir vasitə kimi bəhrələnmələridir. Xarici antiazərbaycan qüvvələr, onlara xidmət edən “Trensparency İnternational”, “Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Bu kimi çirkin kampaniyaların daha çox hansı vaxtlarda həyata keçirildiyi məlum olaylardandır. Nəzərə alsaq ki, yaxın günlərdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı işlər tamamlanacaq, bu, artıq həmin qüvvələri belə ənənəvi yollarını davam etdirməyə sövqe edir. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də belə narahatlıqların artmasında rol oynayır”.
V.Rəhimzadə bir daha vurğulayıb ki, ölkəmizə qarşı aparılan belə çirkin və ədalətsiz kampaniyalara tutarlı cavab reallıqlarımızdır. Ən yüksək zirvələri fəth edən, hər bir sahədə beynəlxaq səviyyəli tədbirlər üçün ideal məkan seçilən, ən əsası ədaləti əsas meyar kimi qəbul edən Azərbaycana beynəlxalq baxış artdıqca bu kimi cəhdlər qaçılmazdır. Lakin belə əsassız kampaniyalar heç bir təsir imkanına malik deyil, əksinə, Azərbaycan daha da qüdrətlənir, güclənir, davamlı uğurlara imza atır.
Baxış sayı: 711
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib