Bütün xəbərlər
Ramil Usubovdan daha bir təyinat
Tarix: 13-04-2019 13:12 | Bölmə: Gündəm

                   



Daxili işlər orqanlarında yeni təyinat olub.
Report-un məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İlqar Şabanov Salyan Rayon Polis Şöbəsi rəisinin əməliyyat üzrə müavini təyin edilib.
Qeyd edək ki, İ.Şabanov bu təyinatadək Kəlbəcər Polis Şöbəsində təhqiqatçı vəzifəsində işləyib.
O, 2013-2019-cu illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Faiq Şabanovun qardaşıdır. F.Şabanov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.


Baxış sayı: 535


Bölməyə aid digər xəbərlər