14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Türkiyə XİN Makronun soyqırımı qərarına sərt münasibət bildirdi
Tarix: 12-04-2019 00:54 | Bölmə: Gündəm



Fransa prezidenti Emmanuel Makron 24 apreli qondarma “erməni soyqırımı qurbanlarının” xatirə günü elan edib.
O, bununla da prezident seçkilərindən öncə, həmçinin bu ilin fevralında Fransa Erməni Təşkilatları Şurasının tədbirində verdiyi söz tutub.
Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun 24 apreli “qondarma erməni soyqırımının” qurbanlarının xatirə günü elan etməsi qərarını tənqid edib.
 Türkiyə XİN-in bəyanatında deyilir: 
“Fransanın Türkiyəyə qarşı dostluq prinsiplərindən uzaq mövqeyi Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək. Emmanuel Makronun qərarı Fransada yaşayan 700 mindən çox etnik türkün hüquqlarını pozur ”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.



Baxış sayı: 559


Bölməyə aid digər xəbərlər