14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Elmar Məmmədyarov: Ermənistan vətəndaşının Azərbaycan ərazisində hərbi xidmətdə nə işi var?
Tarix: 05-04-2019 13:38 | Bölmə: Gündəm

                         

Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması çox güman ki, tamamilə başqa şərait mühit yarada bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təyyarədə Ermənistan jurnalistlərinin sualına cavab verərkən deyib.
Nazir deyib: “Hamı fikirləşir ki, nəticələr fərqlidir. Əgər siz tarixə baxsanız, hər bir müharibədə fərqli tarixlər var. Hər kəs öz tarixini qurur: kim haqlıdır, kim günahkardır və sairə. Amma ümumilikdə fikrimcə, 2016-cı ilin apreli göstərdi ki, sülh hələ də yaxın deyil. Biz hər zaman deyirik ki, ordu kazarmalara geri dönməlidir. Ancaq bu yolla biz dinc nizamlanmaya yaxınlaşa bilərik. Erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tamamilə yeni mühit yarada bilər. Mənim ölkəmin ərazisi erməni əsgərləri tərəfindən işğal edilib. Bax, Ermənistan vətəndaşının Azərbaycan ərazisində hərbi xidmətdə nə işi var?”



Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər